Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Musiqiç ədəbiyyatç xeyriyyəçilik

 

AZƏRBAYCANLI DİRİJOR SANKT-PETERBURQDA KEÇİRİLƏCƏK MUSİQİ FESTİVALINDA ÇIXIŞ EDƏCƏKDİR

Mayın 25-də Sankt-Peterburqda “Musiqi Olimpi” festivalı başlanacaqdır. Hər il keçirilən bu festival son illərin ən nüfuzlu beynəlxalq müsabiqələrinin qaliblərini rusiyalı tamaşaçılara təqdim edir. Dünyanın 14 ölkəsindən olan 25 gənc musiqiçinin iştirak edəcəyi builki festivalda Azərbaycanı beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, dirijor Eyyub Quliyev təmsil edəcəkdir.
Festival konsertləri Rusiyanın “şimal paytaxtı”nın ən yaxşı akademik salonlarında – Sankt-Peterburq filarmoniyasının Böyük zalında, İ.M.Qlinka adına Akademik Kapellada və Ermitaj Teatrında olacaqdır. Festivalın ilk günündə E.Quliyevin dirijorluğu ilə Dövlət Ermitajının orkestri A.Petrovun simfonik orkestr üçün “Vivat, Olimp!” uvertürasını, L.Şporun klarnet və orkestr üçün 4 nömrəli Mi Minor konsertini, F.Martenin trombon və orkestr üçün balladasını, P.Çaykovskinin 1 nömrəli kvartetindən “Andante Cantabile”ni,

Davamı...