Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Фестиваль малых народов Азербайджана - Фотосессия (Day.az)

 

Дождитесь полной загрузки страницы.
Нажмите на фотографии для увеличения.

Davamı...

 

Prezident İlham Əliyevin iki tarixi fərmanı

 

 

Prezident dünya ədəbi nümunələrinin Azərbaycan dilində nəşrinə dəstək verdi

Ehtiyat Fondundan 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqinda sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində çapının maliyyələşdirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat məbləğində vəsait ayrılır.

Davamı...

 

Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasının binasının açılışında

 

Binanın fasadı, otaqları, kabinetləri əsaslı təmir olunub, istilik və havalandırma sistemi yenilənib

Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimində iştirak edib. Dövlət başçısı xanımı ilə birlikdə əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyovun akademiyanın binası qarşısındakı abidəsi önünə gül dəstələri qoyub.

Davamı...

 

“Azərbaycanın epistolyar irsi” adlı saytın təqdimatı keçirilib

 

Veb saytda Azərbaycanın 100-ə yaxın dövlət, siyasət, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin əlyazmaları toplanılıb

Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Musiqi dünyası” jurnalı ilə birgə həyata keçirdiyi “Azərbaycanın epistolyar irsi” layihəsinin təqdimatı keçirilib. Təqdimatda “Azərbaycanın epistolyar irsi” vebsaytı barədə məlumat verilib.

Davamı...

 

Milli musiqi günü. Əbülfəs Qarayev: “Efir məkanı bozbaş müğənnilərlə dolub”

 

 

Mədəniyyət və turizm naziri telekanal rəhbərləri ilə saziş imzalayıb

Davamı...

 

Şəhriyar. PREZİDENT MƏDƏNİYYƏT və İNCƏSƏNƏT XADİMLƏRİNİ MÜKAFATLANDIRDI

 

ŞƏHRİYARIN ƏLYAZMALARI YAXŞI QORUNMUR

Davamı...

 

Yaydakı mədəniyyət faktları...

 

KAZANDA “SÜLH VƏ BARIŞIQ NAMİNƏ” DEVİZİ İLƏ BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLƏCƏKDİR

Avqustun 30-da Tatarıstanın paytaxtı Kazan şəhərində “Sülh və barışıq naminə” devizi ilə böyük musiqi festivalı keçiriləcəkdir.
Dünyanın müxtəlif guşələrindən musiqiçilərin iştirak edəcəyi festivalın əsas məqsədi ayrı-ayrı dinlərə mənsub xalqları bir-birinin mədəniyyəti ilə daha yaxından tanış etməkdir.
Festivala İsrail, Fələstin, Azərbaycan, Ermənistan, ABŞ, İran və digər ölkələrin musiqiçiləri də dəvət olunacaqlar. İştirakçılar sırasına gürcü və osetin musiqiçiləri də daxil edilmişlər.

Davamı...

 

Mədəniyyət olayları, yay hərarəti...

 

AZƏRBAYCAN ALİMLƏRİ “BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİNDƏ AĞRI DAĞI” MÖVZUSUNDA KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

İyunun 28-dən 30-dək Türkiyənin İğdır vilayətində “Beynəlxalq türk mədəniyyətində Ağrı dağı” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə ölkəmizi akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əbülfəz Amanoğlu, AMEA Folklor institutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılov və Naxçıvan mərkəzi kitabxanasının direktoru, filologiya elmləri namizədi Yusif Səfərov təmsil etmişlər.
İki gün İğdırda, sonrakı gün isə Naxçıvanda davam etdirilən konfransda 30-a yaxın məruzə dinlənilib müzakirə olunmuşdur. Beynəlxalq tədbirdə İ.Həbibbəylinin “Qafqaz-rus mənbələrində Ağrı dağı”, H.İsmayılovun “Folklorda Ağrı dağı obrazı və erməni saxtakarlığının mənəvi-ideoloji mahiyyəti”, Ə.Amanoğlunun “Ağrı dağı çevrəsində qədim türk toponimləri”, Y.Səfərovun “Azərbaycan folklorunda Nuhun tufanı və Ağrı dağı əfsanələri” mövzularında məruzələri xüsusi maraqla qarşılanmışdır.

Davamı...

 

Azərbaycanımızın çağdaş kulturoloji həyatı

 

OLİMPİYA ŞƏHƏRCİYİ BAKINI DÜNYANIN EKOLOJİ CƏHƏTDƏN ABAD VƏ TƏMİZ ŞƏHƏRLƏRDƏN BİRİNƏ ÇEVİRƏCƏKDİR
 Bakının 2016-cı ilin Olimpiya oyunlarını keçirməsi məqsədi ilə sifariş kitabını hazırlayan Almaniyanın “AS&P - Albert Speer und Partner GmbH” şirkəti həyata keçirəcəyi layihələrlə bağlı “Excelsior” mehmanxanasında mətbuat konfransı keçirmişdir.
Tədbirdə çıxış edən şirkətin nümayəndəsi Rudiger Kriqel bildirmişdir ki, Bibiheybət qəsəbəsində salınacaq Olimpiya parkı ilə yanaşı, paytaxt və ətraf ərazilərdə böyük infrastruktur layihələri, yeni nəqliyyat qovşaqları Bakının dünyada tanınmasına imkan verəcəkdir.

Davamı...

 

Yazın mədəniyyət - ədəbiyyat qovğaları...

 

AZƏRBAYCANDA MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANMIŞDIR

Aprelin 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olmuşdur.
Tədbir Misirin Bakıdakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əliqismət Lalayev Azərbaycan ilə Misir arasındakı dostluq əlaqələrinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da inkişaf etdiyini və ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirildiyini bildirmişdir.

Davamı...

 

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN UĞURLARI

 

HEYDƏR ƏLİYEV FONDUNUN AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ DAHA BİR TÖHFƏSİ
Aprelin 11-də Heydər Əliyev Fondunda Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan xalq artisti, bəstəkar, pianoçu Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomunun təqdimatı olmuşdur.
Heydər Əliyev Fondunun hazırladığı bu albom həm də Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə 1994-cü il martın 19-da Bakı metrosunda törədilmiş terror aktının qurbanı olan Rafiq Babayevin simasında erməni təcavüzü və terroru nəticəsində həlak olmuş bütün insanların xatirəsinə həsr edilmişdir.

Davamı...

 

BAKIDA BEYNƏLXALQ FİLM FESTİVALI

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85 İLLİYİ MÜNASİBƏTİLƏ BAKIDA BEYNƏLXALQ FİLM FESTİVALI KEÇİRİLƏCƏKDİR

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar YAP Gənclər Birliyinin və VVS şirkətinin təşkilatçılığı ilə Bakıda mayın 3-dən 5-dək beynəlxalq film festivalı keçiriləcəkdir. Bu barədə aprelin 9-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında YAP Gənclər Birliyinin sədri Ramil Həsənov və VVS şirkətinin direktoru Teymur Nəcəfzadə məlumat vermişlər. Bildirilmişdir ki, Azərbaycanda ilk dəfə keçiriləcək bu festivalda müxtəlif dövrlərdə ulu öndər Heydər Əliyev haqqında hazırlanmış filmlər göstəriləcəkdir.
Peşəkar mütəxəssislər tərəfindən aprelin ortalarında formalaşacaq münsiflər heyəti filmləri “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı dramaturgiya”, “Xatirələri qoruyan ən yaxşı film”, “Heydər Əliyevə kənardan ən yaxşı baxış” nominasiyaları üzrə seçəcəkdir.

Davamı...

 

Art-Azərbaycanın olayları, kulturoloji dünyanın soraqları

 

MƏNƏVİ SƏRVƏTLƏRİMİZ GÖZ BƏBƏYİ KİMİ QORUNMALIDIR
ERMƏNİ İDDİALARINA LAYİQLİ CAVAB OLAN LAYİHƏ - “SARI GƏLİN” DİSKİ TƏQDİM EDİLMİŞDİR

Aprelin 4-də AMEA-nın İnsan Hüquqları İnstitutunda ortaq türk mədəniyyətinin nadir musiqi nümunələrini dünyaya tanıtmaq məqsədi daşıyan “Bizim mahnı, bizim türkü” seriyasından ilk musiqi toplusunun - təkcə Azərbaycanda, Türkiyədə və İranda deyil, digər ölkələrdə də sevilən “Sarı gəlin “ xalq mahnısının yazıldığı CD təqdim edilmişdir. Bu, o “Sari gəlin”dir ki, ermənilər hər vasitə ilə öz adlarına çıxarmağa çalışırlar.
İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev məlumat vermişdir ki, layihənin müəllifi və rəhbəri institutun əməkdaşı Araz Qurbanovdur. O vurğulamışdır ki, bu gün siyasi cəhətdən dünyanı zəbt etməyə çalışan ermənilik Azərbaycana uduzmaq ərəfəsindədir. Bunun səbəbi Azərbaycanda milli sərvətlərə sahiblik hissinin güclənməsidir. Bu proses qanuni xarakter daşıyır, davamlıdır və heç nə onun qarşısını

Davamı...

 

Mədəniyyət hadisələri - ədəbiyyat qalmaqalları

 

Son dövrlərdə Çində istedadlı yazıçı qıtlığı yaranıb


Lit.az xəbər verir ki, Çində bir çox nəşriyyatlar uşaq ədəbiyyatı üzrə ixtisaslaşmış yazıçıların azlığından əziyyət çəkir. Bu günlərdə Pekinin baş nəşriyyatının rəsmiləri ən yaxşı uşaq ədəbiyyatı nümunəsini onlara təqdim edəcək yazıçıya ikiqat qonorar vəd ediblər. Statistik göstəricilərə görə Çində azyaşlı uşaqlar və məktəblilər əsasən xarici dillərdən tərcümə edilən uşaq ədəbiyyatını mütaliə edirlər. Çinin Təhsil nazirliyinin nümayəndələri isə bu qıtlığı son dövrlərdə istedadlı yazıçıların yetişməməsində görür

Yaponiyada bar işçisi "Aqutaqava mükafatı"na layiq görülüb

 

Davamı...

 

Kulturoloji proseslərin xəbərləri

 

Bakıda beynəlxalq karikatura müsabiqəsi keçiriləcək

 Azərbaycan Karikaturaçılar Birliyi “Molla Nəsrəddin” Azərbaycan - 2008 Beynəlxalq Karikatura Müsabiqəsi keçirir. “Ən yaxşı karikaturam” adlanan müsabiqənin şərtlərini aşağıda təqdim edirik:

1.Müsabiqə bütün həvəskar və professional karikaturaçılara açıqdır.
2. Müsabiqəyə başqa bir yarışda mükafat almış karikaturalar da göndərilə bilər.
3. Mövzu “Ən yaxşı əsərim” sərbəst.
4. Müsabiqəyə max 3 karikatura göndərilə bilər
5. Format min A4, max A3
6. Son tarix 1 mart.
7. Karikaturalar original olmalıdır. Kopiya qəbul olunmur

Davamı...

 

Mədəniyyətimizdə baş verənlər

 

Milli Ensiklopediya açıq satışa çıxarılmayacaq

 Milli Ensiklopediyanın baş redaktoru Tofiq Nağıyevin TrendLife-a bildirdiyinə görə, yeni nəşr kitab köşklərində satışa buraxılmayacaq. Bunun səbəblərindən danışan T.Nağıyev eyni zamanda bildirdi ki, kitabın qiyməti 30-35 manat təşkil edəcək. Açıq satışın olmayacağının səbəblərini izah edən baş redaktor vurğuladı ki, bu addımı kitabın öz qiymətindən baha satılmasının qarşısını almaq üçün atıblar: «Artıq dünəndən ensiklopediya Prezident Aparatının göstərişi ilə rəsmi dövlət instansiyalarına, məktəblərə, kitabxanalara paylanmağa başlayıb. Bu proses başa çatdıqdan sonra isə ensiklopediya rus və ingilis dillərinə tərcümə olunaraq internetdə yerləşdiriləcək».

Davamı...

 

Mədəniyyət salnaməsinin epizodik səhifələri

 

RAMİZ HƏSƏNOĞLUNUN EMALATXANASI 15 YAŞA ÇATDI


Davamı...

 

Yeni nəşr və musiqi xəbəri...

 

AZƏRBAYCANLI PSİXOLOQUN YENİ KİTABI ÇAPDAN ÇIXIB

Davamı...

 

SONUNCU İRAN ŞAHININ XANIMI FƏRƏH PƏHLƏVİNİN «XATİRƏLƏR»i NƏŞR OLUNUB

 

 

Davamı...

 

Çağdaş İncəsənətimizin maraqlı olayları

 

GƏNC DİRİJOR ƏYYUB QULİYEV POLŞADA KEÇİRİLƏCƏK ƏNƏNƏVİ SİMFONİK MUSİQİ FESTİVALINDA İŞTİRAK EDƏCƏKDİR

Fevralın 28-dən martın 7-dək Polşanın Keltse şəhərində görkəmli polyak bəstəkarı V.A.Motsartın yaradıcılığına həsr olunmuş ənənəvi simfonik musiqi festivalı keçiriləcəkdir.
“Motsartın portreti” adlanan festivalda iştirakçılar yalnız Motsartın musiqisini ifa edəcəklər.
Gənc azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev bu festivala Oskar Kolberq adına Keltse Filarmoniyasının rəhbərliyi tərəfindən dəvət edilmişdir. Ə.Quliyev festivalda Keltse Filarmoniyasının orkestrinə dirijorluq edəcəkdir. Orkestr Motsartın 33-cü və 34-cü simfoniyalarını, fortepiano və orkestr üçün 20-ci konsertini ifa edəcəkdir

Davamı...