Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

Blog Haqqında

artyazar
Diqqətçəkən - maraqli kulturoloji informasiyalar və intellektual materiallar Sizin ixtiyarınızda...

Axtarış

Sayqaç

  • İndi blogda: 15
  • Keçən ayın hiti: 3577
  • Dünənki hit: 124
  • Bugünki hit: 124
  • Ümumi hit: 28685

Müxtəlif



Rəsmi mədəniyyət olayları

artyazar     Avqust 29, 2008 21:09
“DEMOKRATİYA VƏ SABİTLİK NAMİNƏ: ƏMƏKDAŞLIĞIN YENİ İMKANLARI”
BEYNƏLXALQ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXMIŞDIR

Yeni Azərbaycan Partiyasının və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda 2008-ci il mayın 7-də Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın materialları kitab halında çapdan çıxmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbriki ilə açılan kitabda dövlətimizin başçısının qonaqlarla görüşü barədə geniş hesabat və konfransın materialları Azərbaycan, ingilis və rus dillərində verilmişdir.
Dünyanın 30-dan çox ölkəsinin, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada, Çin, Hindistan, Misir, Pakistan, Latviya, Avstriya, Moldova və Vyetnamın parlamentlərinin və siyasi partiyalarının yüksək vəzifəli təmsilçilərinin, eləcə də beynəlxalq

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:4     Avqust 29, 2008 21:09    

Mədəniyyət soraqları, həm də qalmaqalları...

artyazar     Avqust 29, 2008 17:07

Zəlimxan Yaqub Azərbaycan Aşıqlar Birliyinin sədri seçildi

Zəlimxan Yaqub Azərbaycan Aşıqlar Birliyinin sədri seçildi

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Aşıqlarının V Qurultayı keçirilib. Qurultaydan əvvəl Azərbaycan aşıqları Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qurultayda giriş sözü ilə çıxış edən akademik Bəkir Nəbiyev Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini bildirib və birliyə ilk olaraq Hüseyn Arifin rəhbərlik etdiyini qeyd edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurultay iştirakçılarına dövlət

Davamı...
Art-xəbərlər, Art-qalmaqal, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:3     Avqust 29, 2008 17:07    

Bəstəçimizin uğuru və Pekin Olimpiadası yekunları...

artyazar     Avqust 26, 2008 11:57

1Kultaz: Gənc Azərbaycan bəstəkarı Firudin Allahverdi İsveçrədə keçirilən 4-cü beynəlxalq Pre-Art müsabiqəsinin qalibi olub. F.Allahverdinin “Paradoxes” əsəri dünyanın müxtəlif ölkələrindən müsabiqəyə göndərilən 500 əsər arasından qalib gəlib.
Professor Roland Moserin rəhbərlik etdiyi münsiflərə Matthias Arter, Boris Previsic və Stefan Wirth daxil idi.
Müsabiqədə sonrakı yerləri  Anita Mieze (Latviya) və  Dafina Zeqiri (Kosovo) tutub.F.Allahverdinin bizə verdiyi açıqlamaya görə, bununla əlaqədar Pre-Art tərəfindən 12-29 oktyabr tarixləri arasında İsveçrəyə dəvət olunmuşdur. Bəstəkarın birincilik qazanmış əsəri isə 2008-ci ilin oktyabr ayında “Boswil” ansamblının ifasında İsveçrənin, həmçinin turne şəklində Çexiya, Sloveniya, Polşa və Rusiyanın şəhərlərində ifa olunacaq.
Xatırladaq ki, bu, gənc bəstəkarın beynəlxalq arenada ilk uğuru deyil. Buna qədər də dəfələrlə xaraci müsabiqələr və festivallarda iştirak etmiş və fərqlənməyi bacarmışdır.

Davamı...
Yazarlar, yazarlar, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:1     Avqust 26, 2008 11:57    

Sənət aləminin soraqları...

artyazar     İyul 28, 2008 16:29
İRANDA ÇIXAN “MUSİQİ” JURNALINDA AZƏRBAYCANIN XALQ ARTİSTİ ALİM QASIMOVLA GENİŞ MÜSAHİBƏ DƏRC OLUNMUŞDUR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İranda çıxan “Musiqi” jurnalında tanınmış jurnalist Mehdi Sitatişgərin Azərbaycanın xalq artisti, istedadlı muğam ifaçısı Alim Qasımovla geniş müsahibəsi dərc edilmişdir.
“Şərq musiqisinin dahisi” sərlövhəli müsahibədə xalq artisti A.Qasımov xalqımızın zəngin milli muğam və musiqi sənəti, onun ecazkar qüdrəti ilə bağlı fikirlərini açıqlamış, öz ifaçılıq sənəti barədə ətraflı məlumat vermiş və bununla bağlı sualları cavablandırmışdır.
Eyni zamanda, jurnalın üz qabığında A.Qasımovun irihəcmli fotoşəkli verilmişdir. 

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:12     İyul 28, 2008 16:29    

Hər şeydən əvvəl - mədəniyyət...

artyazar     İyul 28, 2008 16:19
“FİKİR ANTOLOGİYASI” SERİYASINDAN NÖVBƏTİ KİTAB ÇAPDAN ÇIXMIŞDIR

AzərTAc xəbər verir ki, “Zəkioğlu” nəşriyyatı Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxmışdır. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilmişdir.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.

Davamı...
Art-xəbərlər, Yazarlar, yazarlar, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:12     İyul 28, 2008 16:19    

Tarixin mədəniyyət cildləri...

artyazar     İyul 28, 2008 16:16

BAKIDA AVROPA ŞURASI MƏDƏNİYYƏT NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLƏCƏKDİR
 
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə dekabrın 2-3-də Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçiriləcəkdir.
Konfrans çərçivəsində dekabrın 4-də Bakıda Avropa Şurasının mədəniyyət üzrə rəhbər komitəsi bürosunun və Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramının milli əlaqələndiricilərinin növbəti görüşləri, dekabrın 4-5-də isə Avropa Şurasına üzv dövlətlərin milli müəlliflərinin “Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunmuş iclası keçiriləcəkdir.
Konfransın və digər tədbirlərin keçirilməsindən əsas məqsəd həm Avropa Şurasına, həm İSESKO-ya üzv kimi Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü rolunu oynamaq və iki sivilizasiya arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan

Davamı...
Art-xəbərlər, Art-qalmaqal, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:9     İyul 28, 2008 16:16    

Kitab vəsənət hadisələri, bəlkə də faktları...

artyazar     İyul 28, 2008 16:14
“ƏSİRLİKDƏ QALAN KƏNDİM”

AzərTAc xəbər verir ki, jurnalist, qanlı 20 Yanvar hadisələrinin və Qarabağ müharibəsinin canlı şahidi Gülbəniz Arifqızının (Beniz Spencer) “Əsirlikdə qalan kəndim” kitabı çapdan çıxmışdır.
Kitabın təqdimat mərasimində Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Zemfira Məhərrəmli, şair Çingiz Əlioğlu və başqaları çıxış edərək bildirmişlər ki, başı müsibətlər çəkmiş Füzuli mahalının səmasında qara buludlar görünəndə Bakıda ali təhsilini başa vuran G.Arifqızı tez-tez ata yurduna baş çəkmiş, hərbi hissələrə, batalyonlara gedərək, ön xətdəki

Davamı...
Art-xəbərlər, Ədəbi proses, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:11     İyul 28, 2008 16:14    

Beynəlxalq mədəniyyət əlaqələrimiz...

artyazar     İyul 28, 2008 15:45
MƏDƏNİYYƏT VƏ TURİZM SAHƏSİNDƏ AZƏRBAYCAN-İORDANİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, iyulun 3-dən 6-dək Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində Ə.Qarayev İordaniya Kralının Divanının rəhbəri B.Avadallah, mədəniyyət naziri xanım N.Bəkir, turizm naziri xanım M.Xatib ilə görüşlər keçirmiş, Krallığın mədəniyyət və turizm sahəsindəki imkanları ilə tanış olmuşdur.
İyulun 3-də İordaniya Kralının Divanının rəhbəri B.Avadallah ilə keçirilən görüşdə Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin Kral II Abdullaha səmimi salamlarını çatdırmış və İordaniyanın dövlət başçısına ünvanladığı məktubunu təqdim etmişdir. Ə.Qarayev sürətlə inkişaf edən ikitərəfli münasibətlərə toxunaraq, ölkə Prezidenti İlham Əliyevin 2007-ci il iyulun 29-30-da İordaniyaya rəsmi səfərindən sonra bu əlaqələrin

Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:6     İyul 28, 2008 15:45    

İtki, festival, tapıntı, bir sözlə yay...

artyazar     İyul 28, 2008 15:28

Nadir ƏbdürrəhmanovKultAz: Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sabiq sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov 2008-ci il iyul ayının 26-da ömrünün 83-cü ilində vəfat edib.Mərhumun cənazəsi 2008-ci il iyulun 27-də saat 15.00-da Tərlan Əliyarbəyov küçəsindəki 2 nömrəli binadan götürülüb.
Dəfn mərasimi Fəxri xiyabanda keçirilib.

Bioqrafiyası:

Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub.

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Mədəni itki     Şərhlər(0)     Baxış sayı:9     İyul 28, 2008 15:28    

"Alma" qəzetinin art-infoları

artyazar     İyul 22, 2008 13:47

Fridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olunduFridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olundu

“Fikir Antologiyası" seriyasından növbəti kitab

QayNar: “Zəkioğlu” nəşriyyatı "Fikir antologiyası" seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.

Davamı...
Yazarlar, yazarlar, Mədəniyyət tariximiz, Kinomuz     Şərhlər(0)     Baxış sayı:13     İyul 22, 2008 13:47    

Mədəniyyətin maraqlı olayları...

artyazar     İyul 16, 2008 21:05

«QIZIL KƏLMƏ ƏDƏBİ MÜKAFATI»NA DÖRD NOMİNASİYA ÜZRƏ ƏSƏRLƏRİN QƏBULU ELAN EDİLİR

Mədəniyyət və Turizm Nazirliyi yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə «Qızıl Kəlmə Ədəbi Mükafatı» təsis edilmişdir.
«Qızıl Kəlmə Ədəbi Mükafatı»na aşağıdakı janrlarda yaradılmış və toplu halında çap edilmiş əsərlər təqdim oluna bilər:
bədii nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi); poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri); tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri; orijinaldan bədii tərcümə əsərləri.
Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin xarici ölkə

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:17     İyul 16, 2008 21:05    

Yayın mədəniyyət mozaikası...

artyazar     İyul 1, 2008 9:00
MİKAYIL MÜŞFİQİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR

İyunun 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatırında XX əsr poeziyamızın görkəmli nümayəndəsi, böyük ilham sahibi, nakam taleli Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirilmişdir.
Teatrın foyesində Mikayıl Müşfiqin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu. Sərgidə şairin latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuş 3 çildlik əsərləri, “Həyat sevgisi”, “Yenə o bağ olaydı”, “Əbədiyyət nəğməsi” kitabları, şair haqqında yazılmış monoqrafiyalar və fotolar nümayiş etdirilirdi.

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:17     İyul 1, 2008 9:00    

Sərgi və əlaqələr...

artyazar     İyun 19, 2008 21:44
BAKIDA SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞI RƏSSAMLARININ KARİKATURA SƏRGİSİ AÇILMIŞDIR

İyunun 18-də Bakıda Bədii Sərgi Salonunda Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günləri çərçivəsində karikatura sərgisi açılmışdır.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda karikaturanın yaranma tarixindən danışmışdır. O bildirmişdir ki, karikatura bizə özümüzü və ətrafdakıları gözlənilməz, fərqli nəzər nöqtəsindən göstərir, müəllifin mənsub olduğu cəmiyyətin və dövrün nöqsanlarını aydın şəkildə əks etdirir.
Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya nazirinin müavini Əbubəkr Bahadur sərgidə nümayiş olunan karikaturalar haqqında məlumat vermişdir ki, rəsmlər nəinki Krallığın, eyni zamanda, müasir dünyanın ictimai-siyasi, sosial həyatında olan nöqsanları satirik vasitə ilə göstərir.

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:19     İyun 19, 2008 21:44    

Mədəniyyət olaylarından tarix yapaq...

artyazar     İyun 17, 2008 22:59
AZƏRBAYCANDA SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ MƏDƏNİYYƏT GÜNLƏRİ BAŞLAMIŞDIR

AzərTAc xəbər verir ki, iyunun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasında Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin açılışı olmuşdur.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, mədəniyyət günləri çərçivəsində keçiriləcək tədbirlər iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə yeni təkan verəcəkdir.

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:19     İyun 17, 2008 22:59    

Mədəniyyət və ədəbiyyat qovğaları...

artyazar     İyun 11, 2008 18:06

Türk Dünyasının Çingiz Aytmatovu vəfat etdi

<font color=#ff0000>Çingiz Aytmatov vəfat etdi (Yenilənib)</font>

İyunun 6-da uzun müddətdən bəri xəstəlikdən əziyyət çəkən məşhur qırğız yazıçısı, canlı klassik, türkdilli xalqların fəxri  Çingiz Aytmatov vəfat edib.
Yazıçı may ayının ortalarında "böyrək çatışmamazlığı" diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Son günlər isə müalicəsini Almaniyanın Nürnberq klinikasında davam etdirirdi.
"Çingiz Aytmatovun dəfn mərasimi şənbə günü Bişkekdə həyata keçiriləcək. Amma yazıçının hansı məzarlıqda torpağa tapşırılacağı hələ bəlli deyil" - deyə yazıçının məsləhətçisi Alimjan Mirzəyev bildirib.

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar, Mədəni itki     Şərhlər(0)     Baxış sayı:26     İyun 11, 2008 18:06    

GUAM ölkələri yazarlarının kulubu yaradıldı

artyazar     İyun 5, 2008 13:10

GUAM ÖLKƏLƏRİ YAZIÇILARININ BİRİNCİ BAKI GÖRÜŞÜNÜN İŞTİRAKÇILARI HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR
 GUAM ölkələri yazıçılarının I Bakı görüşünün iştirakçıları iyunun 4-də Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.
Yazıçılar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin
Davamı...
Art-xəbərlər, Yazarlar, yazarlar, Mədəniyyət tariximiz     Şərhlər(1)     Baxış sayı:41     İyun 5, 2008 13:10    

“Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalı...

artyazar     İyun 2, 2008 22:04
ŞƏRQ VƏ QƏRB KİNOSUNUN YOLLARINI KƏSİŞDİRƏN FESTİVAL AÇILMIŞDIR
AzərTAc xəbər verir ki, iyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalının təntənəli açılış mərasimi olmuşdur.
Teatrlaşdırılmış mərasim kinofestivalın keçdiyi yolun tarixindən söhbət açan qısa videoklipin nümayişi ilə başlanmışdır. “Şərq çırağı” uşaq yaradıcılıq mərkəzinin yetirmələri qonaqları salamlayaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi səhnəyə dəvət etmişlər.
Nazir vurğulamışdır ki, “Şərq-Qərb” festivalı müntəzəm keçirilir, halbuki bir neçə il əvvəl festivalın onuncu dəfə açılacağını ehtimal etmək çətin idi.
Davamı...
Dünya kinosu, Mədəniyyət tariximiz, Kinomuz     Şərhlər(0)     Baxış sayı:24     İyun 2, 2008 22:04    

Maraqlı kulturoloji olaylar sorağında...

artyazar     May 31, 2008 21:36
TRENİNQ İNSANIN İMKANLARINI ÜZƏ ÇIXARIR

 Azərbaycan Kinematoqrafçılar İttifaqı Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyası (IFA-SC) ilə birlikdə iyunun 10-11-də “Cənubi Qafqazın sənədli kinosunun yaxşılaşdırılması” mövzusunda treninqlər təşkil edirlər. Treninqləri rejissorlar - sənədli kino ustaları Rolf Ortel (Hollandiya) və Janna Bertu (İsveçrə) keçirəcəklər. Onlar insanın görünməmiş imkanlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafına və bunların təcrübədə tətbiqinə yönəldilmişdir.
Birinci tədbirin mövzusu “Əhvalatın danışılmasının beş üsulu”nun təhlili olacaqdır. Təşkilatçıların ideyasına görə, tədbirdə iştirakçılar əks etdirilən əhvalatın söylənilməsinin müxtəlif üsullarını təhlil etməlidirlər. İkinci treninq “Az məbləğdə pul və gözəl ideyalar, yaxud sizin ölkənizdə hansı filmlər çəkilməlidir”, “Beynəlxalq auditoriyanı da maraqlandırmaq üçün mövzuları necə müzakirə etmək lazımdır”, “Filmi necə daha səmərəli etməli?” mövzularına həsr olunacaqdır.

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:32     May 31, 2008 21:36    

Milli-mənəvi irsimiz

artyazar     May 31, 2008 21:05
PUBLİSİST RƏHİLƏ GÜLGÜNÜN “GÖYLƏR ADAMI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Mayın 30-da publisist Rəhilə Gülgünün görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevə həsr olunmuş “Göylər adamı” (Esse-araşdırma. Yeni yozum) kitabının və M.F.Axundov adına Milli Kitabxananın hazırladığı “Mir Cəlal irsi” elektron biblioqrafik göstəricisinin təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Mir Cəlalın həyat və yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.
Davamı...
Yazarlar, yazarlar, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:35     May 31, 2008 21:05    

Ədəbi-mədəni Azərbaycan

artyazar     May 31, 2008 21:02
MAYIN 28-İ VAŞİNQTONDA AZƏRBAYCAN GÜNÜ ELAN EDİLMİŞDİR

 ABŞ paytaxtının meri Adrian Fenti mayın 28-ni Vaşinqtonda Azərbaycan Günü elan etmişdir. Bu qərarı əks etdirən bəyannaməni merin xarici əlaqələr üzrə müavini Stefani Skott Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi bayram ziyafətində səfir Yaşar Əliyevə təqdim etmişdir.
Mer Vaşinqtonda yaşayan Azərbaycan icmasına təbrik göndərmiş və şəhərin bütün sakinlərini Azərbaycanın milli bayramını qeyd etməyə çağırmışdır. Adrian Fenti, həmçinin ölkəmizin Vaşinqtondakı səfirliyinə şəhərin təhsil və mədəni həyatında, o cümlədən Vaşinqtonun orta məktəbləri ilə işləyən himayədarlıq proqramında iştirak etdiyi üçün minnətdarlığını

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:34     May 31, 2008 21:02    

Azərbaycanımızın çağdaş kulturoloji həyatı

artyazar     May 31, 2008 20:56
OLİMPİYA ŞƏHƏRCİYİ BAKINI DÜNYANIN EKOLOJİ CƏHƏTDƏN ABAD VƏ TƏMİZ ŞƏHƏRLƏRDƏN BİRİNƏ ÇEVİRƏCƏKDİR
 Bakının 2016-cı ilin Olimpiya oyunlarını keçirməsi məqsədi ilə sifariş kitabını hazırlayan Almaniyanın “AS&P - Albert Speer und Partner GmbH” şirkəti həyata keçirəcəyi layihələrlə bağlı “Excelsior” mehmanxanasında mətbuat konfransı keçirmişdir.
Tədbirdə çıxış edən şirkətin nümayəndəsi Rudiger Kriqel bildirmişdir ki, Bibiheybət qəsəbəsində salınacaq Olimpiya parkı ilə yanaşı, paytaxt və ətraf ərazilərdə böyük infrastruktur layihələri, yeni nəqliyyat qovşaqları Bakının dünyada tanınmasına imkan verəcəkdir.
Davamı...
Art-xəbərlər, Yeni mədəniyyətimiz, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:25     May 31, 2008 20:56    

VIII Bakı Kitab Bayramı möhtəşəm keşirildi: Milli Kulturoloji Mükafatlar verildi

artyazar     May 26, 2008 21:43
Yazarlar, yazarlar, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:28     May 26, 2008 21:43    

ELNUR HÜSEYNOV–SAMİR CAVADZADƏ DUETİ “AVROVİZİYA-2008”-də

artyazar     May 26, 2008 21:39
ELNUR HÜSEYNOV–SAMİR CAVADZADƏ DUETİ “AVROVİZİYA-2008” MÜSABİQƏSİNDƏ 8-Cİ YERİ TUTMUŞDUR
Belqradda “Avroviziya-2008” mahnı müsabiqəsi başa çatmışdır.
AzərTAc xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Elnur Hüseynov-Samir Cavadzadə dueti “Day after day” mahnısı ilə finala adlayan 25 ölkənin iştirakçısı arasında 8-ci olmuşdur.
Azərbaycan təmsilçiləri final mərhələsində 20-ci nömrə altında çıxış edirdilər. Azərbaycana ən çox xal verən Türkiyə və Macarıstan (12 xal) olmuşlar. Bundan əlavə, Ukrayna (10 xal), Rusiya (10 xal), Çexiya (10 xal), Makedoniya (8 xal), Belarus (8 xal), Moldova (8 xal), Belçika (7 xal), Andorra (7xal), Polşa (7 xal), Litva (7 xal), Latviya (4 xal), Yunanıstan (3 xal), Bolqarıstan (3 xal), İsrail (3 xal), Rumıniya (2 xal), Niderland (2 xal), Sloveniya (1 xal) və Almaniyanın (1 xal) Azərbaycana verdiyi səslər Elnur Hüseynov və Samir Cavadzadə duetinin yekun nəticəsinə təsir göstərmişdir.
Birinci yeri isə Rusiya müğənnisi Dima Bilan tutmuşdur. Ukrayna təmsilçsi Anya Lorak ikinci, Yunanıstan ifaçısı Kalomira isə üçüncü olmuşdur. Beləliklə, gələn il “Avrovziya” müsabiqəsi Rusiyada təşkil ediləcəkdir.
Davamı...
Art-xəbərlər, Şou-biznes, Çağdaş şou-biznes, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:48     May 26, 2008 21:39    

Mədəniyyət Olayları, ədəbi xəbərlərimiz...

artyazar     May 24, 2008 20:57
VIII BAKI KİTAB BAYRAMI KEÇİRİLƏCƏKDİR

AzərTAc xəbər verir ki, mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçiriləcəkdir.
Bayramın Təşkilat Komitəsindən bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçımız Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr edilmiş tədbirdə “İlin kitabı” Kulturoloji müsabiqəsinin qalibləri mükafatlandırılacaq, ölkəmizdəki nəşriyyatların və müəlliflərin iştirakı ilə yeni kitabların, habelə gənc yazıçıların əsərlərinin sərgisi nümayiş olunacaq, müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların görüşü keçiriləcəkdir.

Davamı...
Art-xəbərlər, Yazarlar, yazarlar, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:33     May 24, 2008 20:57    

Mədəniyyət - musiqi tariximiz...

artyazar     May 21, 2008 19:32
AZƏRBAYCANDA MÜASİR AVROPA TİPLİ İLK MUSİQİ TƏHSİLİ OCAĞININ 110 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AVROPA NOTLU MUSİQİ TƏHSİLİ CƏNUBİ QAFQAZDA VƏ YAXIN ŞƏRQDƏ MƏHZ AZƏRBAYCANDAN BAŞLAYIR

Mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) yaradılmasının 110 illik yubileyi qeyd edilmişdir.
Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov əlamətdar hadisə münasibətilə həmkarlarını təbrik etmiş, ölkəmizin musiqi həyatında qocaman musiqi təhsili ocağının xidmətlərindən danışmış, onun ötən illərdəki fəaliyyətinin bəzi məqamlarından söz açmışdır. Bildirmişdir ki, mədəniyyətimizin, musiqi sənətimizin böyük himayədarı və qayğıkeşi, bu günlərdə 85 illik yubileyini dərin hörmət və məhəbbətlə qeyd etdiyimiz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda

Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:36     May 21, 2008 19:32    

Yeni kitab

artyazar     May 14, 2008 17:51
YENİ MƏDƏNİYYƏT MƏKANINA İNTEQRASİYA PROBLEMLƏRİNİN TƏHLİLİNƏ HƏSR OLUNMUŞ SANBALLI ƏSƏR

“Müstəqillik azad siyasəti, yəni öz inkişafını suveren milli maraqlardan çıxış edərək qurmağı nəzərdə tutur. Ümummilli liderin siyasi uğurunun ana xəttini məhz milli maraqların prioritet hədəf kimi seçilməsi təşkil etmişdir. Hazırda bütün postsovet məkanında çoxçalarlı “demokratiya” anlayışını bəsit mənada, kimlərinsə diktə etdiyi universal model kimi başa düşənlər, öz siyasi proqramlarını Qərbə ünvanlayan, hər bir məsələyə müxtəlif mənbələrdən bildirilən münasibətlər müqabilində güzəştə getməyi şüar tutan, buna ümid edən təqlidçi və təslimçi siyasi qüvvələr məğlubiyyətə uğramış, marginal qurumlara çevrilmişlər. Demokratik transferin, vətəndaş cəmiyyətinin hazır reseptlər və “ixrac modelləri” əsasında deyil, Azərbaycanın özünəməxsus

Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:31     May 14, 2008 17:51    

Xaricdə nə var, nə yox?!!

artyazar     May 13, 2008 8:48
RUSİYANIN AZƏRBAYCANLI GƏNCLƏR TƏŞKİLATININ İNTERNET SAYTI AÇILMIŞDIR

Mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü günü Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatının (RAGT) internet saytı açılmışdır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, rus dilində çıxan “Baku” jurnalının baş redaktoru və naşiri Leyla Əliyeva ölkəmizi çoxəsrlik dostluq tellərinin bağladığı Rusiya ərazisində yaşayan gənc həmvətənlərimizə təbriklə müraciət etmişdir.
Müraciətdə deyilir: “İndi biz azərbaycanlı

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:608     May 13, 2008 8:48    

İncəsənətdə baş verənlər...

artyazar     May 13, 2008 8:44
HÖKMDARIN TALEYİ” BƏDİİ FİLMİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR

Mayın 12-də Azərbaycan kinoteatrında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filminin təqdimat mərasimi keçirilmişdir.
Film ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmişdir.
Filmin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən filmin ssenarisinin və dialoqların müəllifi Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev demişdur: “Bir tamaşaçı kimi filmdən razıyam, film mənim xoşuma gəlir. Bilirsiniz ki, bu film İlyas Əfəndiyevin “Hökmdar və

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:37     May 13, 2008 8:44    

Mədəni proseslər, yubileylər...

artyazar     May 6, 2008 8:18
QÜRURLU ÖMÜR YAŞAMIŞ BÖYÜK İNSAN, MİLLİ RUHLU ƏDİB VƏ GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ALİM

AzərTAc xəbər verir ki, mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin təşkilatçılığı ilə böyük yazıçı, görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Mir Cəlalın övladları - Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru, professor Hafiz Paşayev, nəvəsi - Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru,

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:48     May 6, 2008 8:18    

Türk Dünyasının kulturoloji-intellektual birliyi

artyazar     May 1, 2008 8:55
BAKIDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85 İLLİYİ İLƏ ƏLAQƏDAR TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN VII İCLASI KEÇİRİLİR
FƏXRİ XİYABANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu”

Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:50     May 1, 2008 8:55    

Zərifə xanım Əliyeva: intellektual Azərbaycan anası...

artyazar     Aprel 29, 2008 18:58
“AZƏRBAYCAN TİBB JURNALI”NIN XÜSUSİ BURAXILIŞI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 85 illiyi ilə bağlı “Azərbaycan tibb jurnalı”nın xüsusi buraxılışı çapdan çıxmışdır.
Nəşr səhiyyə naziri Oqtay Şirəliyevin “Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafında akademik Zərifə Əliyevanın rolu” məqaləsi ilə açılır. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, akademik Mirməmməd Cavadzadə, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Qasımov öz məqalələrində görmə orqanlarının peşə patologiyası problemlərinin araşdırılmasında, oftalmologiyanın yeni istiqamətlərinin tədqiqində Zərifə xanımın xidmətlərini qeyd etmişlər.
Xüsusi buraxılışda təbabətin aktual problemlərinə həsr edilmiş məqalələr dərc olunmuşdur.

Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:43     Aprel 29, 2008 18:58    

Azərbaycanda Mir Cəlal - 100 tədbirləri...

artyazar     Aprel 26, 2008 21:15
GÖRKƏMLİ ƏDİB, ALİM VƏ PEDAQOQ MİR CƏLAL PAŞAYEVİN BARELYEFİNİN AÇILIŞI OLMUŞDUR

AzərTAc xəbər verir ki, aprelin 26-da Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının və elminin inkişafında böyük xidmətləri olan görkəmli yazıçı, alim və pedaqoq, professor Mir Cəlal Paşayevin vaxtilə rəhbərlik etdiyi “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının önündə barelyefinin açılışı olmuşdur.
Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, zəngin ədəbi irsinin əhəmiyyətindən, şəxsiyyətinin böyüklüyündən danışmışdır.

Davamı...
Yazarlar, yazarlar, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:43     Aprel 26, 2008 21:15    

Əliyevlər ailəsi: Azərbaycan tarixinin xüsusi parçası (disk, kitab)...

artyazar     Aprel 26, 2008 21:12
GÖRKƏMLİ ALİM, SƏDAQƏTLİ ÖMÜR YOLDAŞI, QAYĞIKEŞ ANA

Aprelin 26-da “Avropa” mehmanxanasında Heydər Əliyev Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsi çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illiyi ilə əlaqədar hazırlanmış multimedia diskinin, www.zarifa-aliyeva.az saytının və poçt markasının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində Prezidentin İcra Aparatının humanitar-siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak etmişlər.

Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:46     Aprel 26, 2008 21:12    

YAZIÇI VƏ ALİM, GÖRKƏMLİ PEDAQOQ MİR CƏLAL PAŞAYEVİN 100 İLLİYİ BDU-da

artyazar     Aprel 25, 2008 21:26
BÖYÜK YAZIÇI VƏ ALİM, GÖRKƏMLİ PEDAQOQ MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
AzərTAc xəbər verir ki, aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş ikigünlük elmi konfrans öz işinə başlamışdır.
Ayrı-ayrı dövlət qurumları nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ali məktəb rektorlarının, pedaqoqların, deputatların, Rusiya, Ukrayna və digər ölkələrdən olan alimlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı,
Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:46     Aprel 25, 2008 21:26    

MİR CƏLAL: BİR YARPAQ SÖZ

artyazar     Aprel 25, 2008 19:19
“YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, 2008-2009-cu illərdə “Leyli və Məcnun” operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileyləri respublikamızda dövlət səviyyəsində keçiriləcəkdir.
Filologiya elmləri namizədi ALMAZ ÜLVİNİN AzərTAc-ın xahişi ilə yazdığı növbəti, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal haqqında məqaləni oxuculara təqdim edirik.

Mir Cəlal. Heç bir fəxri ad, titul adı sadalamadan bu iki kəlmə daha dolğun, daha möhtəşəm, daha nəhəng səslənir. İnsan qəlbini ilıq duyğu çulğalayır. Bu məhəbbəti, ehtiramı Mir Cəlal sağlığında özü qazanmışdır. Çox güman ki, Mir Cəlalın ikinci, üçüncü, ...yeddinci... yüzillik bayramları daha çox onun ölməz əsərlərinin işığında, bəşəri dəyəri fonunda Azərbaycan xalqının, ədəbi ictimaiyyətin diqqətində dayanacaq, qeyd olunacaqdır.
Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:47     Aprel 25, 2008 19:19    

VYANADA “XƏMSƏ”Sİ ƏSASINDA HAZIRLANMIŞ DİSKİN TƏQDİMATI

artyazar     Aprel 25, 2008 19:16
VYANADA NİZAMİ GƏNCƏVİNİN “XƏMSƏ”Sİ ƏSASINDA HAZIRLANMIŞ DİSKİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Aprelin 23-də Avstriya Milli Kitabxanasının “Kamineum” zalında dünya poeziyasının görkəmli nümayəndələrindən biri, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin bu kitabxanada saxlanan əlyazması əsasında hazırlanmış multimedia diskinin təqdimat mərasimi keçirilmişdir.
Təqdimatda Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Avstriyanın
Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:42     Aprel 25, 2008 19:16    

Mədəniyyat ummanı...

artyazar     Aprel 25, 2008 19:14
ALMATIDA 7-Cİ AVRASİYA MEDİA FORUMU İŞƏ BAŞLAMIŞDIR

 Qazaxıstanın Almatı şəhərində 7-ci Avrasiya Media Forumu işə başlamışdır. Forumda dünyanın 50-dən çox ölkəsindən 450-dən artıq siyasətçi, beynəlxalq ekspert, politoloq, tanınmış jurnalist və yazıçı, həmçinin nüfuzlu beynəlxalq nəşrlərin baş redaktorları, o cümlədən BMT, NATO və ATƏT-in nümayəndələri iştirak edir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri (1977-1981), tanınmış siyasətçi Zbiqnev Bzejinski, ATƏT-in Baş katibi Mark Perrin Brişambo, NATO-nun nümayəndəsi Tuqay Tuncer və digər tanınmış şəxslər də nümayəndələr arasındadır.
Tədbirdə ölkəmizi səfir Lətif Qəndilov, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktoru Elxan Nuriyev, Dövlət Teleqraf Agentliyinin (AzərTAc) əməkdaşı Nazim Xıdırov və “Trend” agentliyinin direktoru İlqar Hüseynov təmsil edirlər.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev, BMT Baş Məclisi 62-ci sessiyasının prezidenti Serjana Kərim və Media Forum Təşkilat Komitəsinin sədri Dariqa

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:49     Aprel 25, 2008 19:14    

Ədəbiyyat, teatr və memarlıq olayları...

artyazar     Aprel 22, 2008 21:07
BİR ÖMÜRDƏ ÜÇ ÖMÜR YAŞAMIŞ İNSAN: ƏDƏBİYYATŞÜNAS ALİM, YAZIÇI, MÜƏLLİM MİR CƏLAL
Aprelin 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə günü keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə yubilyarın həyat və yaradıcılığı ilə əlaqədar kitabxana əməkdaşlarının hazırladıqları “Mir Cəlal Paşayev-100” sərgisi ilə tanış olmuşlar.
Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:49     Aprel 22, 2008 21:07    

Avropada Azərbaycan kitabı. Mir Cəlal - 100...

artyazar     Aprel 21, 2008 20:51
AVROPA ÖLKƏLƏRİNİN KİTABXANALARI AZƏRBAYCANA AİD KİTABLARLA ZƏNGİNLƏŞİR
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birinci katibi, Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının (BATƏŞ) fəxri prezidenti Fuad Hümbətov AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, BATƏŞ tərəfindən Benilüks ölkələrindəki bütün aparıcı kitabxanalara Azərbaycanın inkişaf səviyyəsi, iqtisadi potensialı, mədəniyyəti, eləcə də ölkəmizə qarşı davam edən erməni işğalı barədə kitabların, kompakt disklərin paylanılması kampaniyası keçirilir.
Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:43     Aprel 21, 2008 20:51    

Yazın mədəniyyət - ədəbiyyat qovğaları...

artyazar     Aprel 21, 2008 11:35
AZƏRBAYCANDA MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANMIŞDIR

Aprelin 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olmuşdur.
Tədbir Misirin Bakıdakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əliqismət Lalayev Azərbaycan ilə Misir arasındakı dostluq əlaqələrinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da inkişaf etdiyini və ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirildiyini bildirmişdir.

Davamı...
Art-xəbərlər, Yeni mədəniyyətimiz, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:44     Aprel 21, 2008 11:35    

RESPUBLİKA UŞAQ KİTABXANASINDA KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR (fotolarla)

artyazar     Aprel 10, 2008 12:11
Aprelin 9-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Rixard Zorge adına parkda kitab bayramı keçirmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin gənc nəslin tərbiyə olunmasına, vətənpərvər ruhda böyüməsinə, biliklərə yiyələnməsinə xüsusi diqqət yetirdiyini söyləmişdir. Nazir uşaqlara kitabı sevməyi, kitablarla dostlaşmağı tövsiyə etmişdir. O vurğulamışdır ki, ən böyük uğur kitablardan başlanır.
Tədbir çərçivəsində müsabiqələr, viktorinalar, “Nağıl kitablarının paradı” təşkil edilmişdir. Dövlət Kukla Teatrının əməkdaşları uşaqları “Cırtdan”, “Göyçək Fatma”,
Davamı...
Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:61     Aprel 10, 2008 12:11    

Hemunqey, Nitşe və Tac Mahaldan olan...

artyazar     Aprel 8, 2008 20:01

 

Эрнст Хемингуэй на венецианской площади св. Марка в 1954 году. Фото из архива библиотеки имени Джона Кеннеди

Эрнст Хемингуэй на венецианской площади св. Марка в 1954 году. Фото из архива библиотеки имени Джона Кеннеди

Воспетый Хемингуэем ресторан делает скидки бедным американцам

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:38     Aprel 8, 2008 20:01    

Mədəniyyət hadisələri - ədəbiyyat qalmaqalları

artyazar     Mart 31, 2008 20:23

Son dövrlərdə Çində istedadlı yazıçı qıtlığı yaranıb


Lit.az xəbər verir ki, Çində bir çox nəşriyyatlar uşaq ədəbiyyatı üzrə ixtisaslaşmış yazıçıların azlığından əziyyət çəkir. Bu günlərdə Pekinin baş nəşriyyatının rəsmiləri ən yaxşı uşaq ədəbiyyatı nümunəsini onlara təqdim edəcək yazıçıya ikiqat qonorar vəd ediblər. Statistik göstəricilərə görə Çində azyaşlı uşaqlar və məktəblilər əsasən xarici dillərdən tərcümə edilən uşaq ədəbiyyatını mütaliə edirlər. Çinin Təhsil nazirliyinin nümayəndələri isə bu qıtlığı son dövrlərdə istedadlı yazıçıların yetişməməsində görür

Yaponiyada bar işçisi "Aqutaqava mükafatı"na layiq görülüb

 

Davamı...

“Arılar arasında” tamaşasına ictimai baxış keçirilmişdir

artyazar     Mart 30, 2008 20:58
Martın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Arılar arasında” pyesi əsasında rejissor Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşaya ictimai baxış keçirilmişdir.
Yeni səhnə əsərinin əsas süjet xətti insanlar arasında yaşamaqdan bezən, buna görə də tənhalıq axtararaq təbiətin qoynuna üz tutan babanın ətrafında cərəyan edir. Tənha baba təbiətin qoynunda milyonlarla ulduzun içərisindən uzaqda, lap balaca, gözlə güclə seçilən bir ulduz tapır. fikirləşir ki, həmin ulduz da onun kimi tənhadır. Əvvəlcə istəyir ki, mehrini ona salsın.
Davamı...
Yazarlar, yazarlar, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:44     Mart 30, 2008 20:58    

Bayramlar: Novruz və ədəbiyyat...

artyazar     Mart 30, 2008 20:49
NOVRUZ BAYRAMI NYU-YORK MERİNİN İQAMƏTGAHINDA QEYD EDİLMİŞDİR

Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) Nyu-York şəhərinin meri Maykl Blumberqin iqamətgahında Novruz bayramını qeyd etmişdir.
AAC-nin prezidenti Tomris Azərinin verdiyi məlumata görə, Manhettendəki “Qreysi” iqamətgahında cəmiyyətin təşkil etdiyi ziyafətdə türk, İran, Pakistan və əfqan diasporunun fəalları da iştirak etmişlər. Qonaqlar arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev də olmuşdur.
Mer M.Blumberq Azərbaycan icması üzvlərini və Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etmişdir.

Davamı...
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:46     Mart 30, 2008 20:49    

VIII Bakı Kitab Bayramı: İllik Milli Kulturoloji Yarışmasına start verildi...

artyazar     Mart 17, 2008 23:40

Azərbaycan Xalq Cümhuriyyətinin - 90,  Mir Cəlal (Paşayev) - 100

VIII Bakı Kitab Bayramı      

   Yubileyimiz – 10 ilimiz

Azərbaycan Respublikasında İllik Milli Kulturoloji Layihə

Kitab bayrami

(Ötənilki - VII Bakı Kitab Bayramının rəsmi mərasimindən kadr)

Davamı...
Art-xəbərlər, Ədəbi proses, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:42     Mart 17, 2008 23:40    

  Yazılar cəmi: 46   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com