SON MƏNZİLƏ
Avqustun 8-də respublikamızın ictimaiyyəti görkəmli uroloq-alim və pedaqoq, Dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Mirməmməd Cavadzadəni son mənzilə yola salmışdır. Mərhumun cənazəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun matəmsayağı bəzədilmiş böyük akt salonunda postament üzərində qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından, habelə Səhiyyə Nazirliyi adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Respublikanın tanınmış alimləri, ziyalılar


