Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

2008-ci ilin Nobelçi yazarı, yaxud Salman Rüşdinin incikliyinin qarşısını necə alındı...

 

Жан-Мари Густав Леклезио. Фото ©AFP

Жан-Мари Густав Леклезио. Фото ©AFP

Лауреатом Нобелевской премии по литературе стал Жан-Мари Гюстав Леклезио

Davamı...

 

Фестиваль малых народов Азербайджана - Фотосессия (Day.az)

 

Дождитесь полной загрузки страницы.
Нажмите на фотографии для увеличения.

Davamı...

 

Mədəniyyət qalmaqalları, sənət olayları...

 

İqbal Ağazadə ilə bəstəkar arasında pul çəkişməsi

İqbal Ağazadə ilə bəstəkar arasında pul çəkişməsi

Firudin Allahverdi: “Ümid sədri mənə yazdırdığı himnin pulunu vermir”

Gənc bəstəkar Firudin Allahverdi prezidentliyə namizəd İqbal Ağazadən şikayətçidir.
O,  “Bizim Yol”a verdiyi açıqlamada İqbal bəyi onun haqqını kəsməkdə ittiham edib: “Bu yay mənə təklif etdilər ki, onların partiyası üçün bir himn bəstələyəm. Himnin sözlərinin şair Əvəz Qurbanlı yazdı. Mən də sözləri bəstələdim, himnin ilkin variantda oranjimanını edib İqbal bəyə verdim. İşin ilkin mərhələsini tam və

Davamı...

 

Dünyanın maraqlı art-siması

 

Oktyabrın 9-da Nobel Ədəbiyyat Mükafatının yeni laueratı açıqlanacaq

 KultAz: Oktyabrın 9-da Nobel Ədəbiyyat Mükafatının yeni laueratının adı Stokholmda açıqlanacaq.
İsveç Akademiyasının məlumatına görə, potensial namizədlər arasında israilli yazıçı Amos Oz, suriyalı şair Adonis, italyan yazıçı Klaudio Maqris, amerikalı Filip Rot, danimarkalı İnqer Kristinsen, isveçli Tomas Transtremer və başqaları var.
Xatırladaq ki, İsveç Akademiyası az qala hər il sürprizlər etməyi sevir. Məsələn, ötənilki mükafatın sahibi çoxları üçün tam gözlənilməz olmuşdu. Nobel Ədəbiyyat Mükafatı adı mümkün namizədlər arasında çəkilməyən britaniyalı yazıçı Doris Lessinqə verilmişdi.
Qeyd edək ki, “Nobel həftəsi” oktyabrın 6-da başlayacaq və ilkin olaraq fiziologiya və təbabət sahəsində laueratın adı bilinəcək.

Davamı...

 

Teleseriallar, müsabiqələr, Salman Rüşdinin həyasızlığı...

 

Статуэтка "Эмми". Фото пользователя AMK1211 с сата wikipedia.org
Статуэтка "Эмми". Фото пользователя AMK1211 с сата wikipedia.org

Лучшие на "Эмми" 2008

Davamı...

 

Macarıstanda Nizami Gəncəvinin 3 metrlik heykəli qoyulacaq. Başqa xəbərlər

 

Macarıstanda Nizami Gəncəvinin 3 metrlik heykəli qoyulacaq QayNar: Macarıstanın Vensprem şəhərində dahi Nizaminin, Gəncədə isə macar yazıçısı Şanodrun hekəli ucaldılacaq.
Artıq iki şəhərin meri arasında razılıq da əldə olunub. Bu barədə məlumatı "Qaynar.info"-nun Gəncə bürosuna şəhərin baş rəssamı Şərif Şərifov verib. "Məsələ ilə bağlı mən və şəhərin memarı Məmməd İbrahimov Macarıstanda olduq. Şəhər meryası ilə heykəlin harada ucaldılması və nədən hazırlanması məsələlərini müzakirə etdik"- deyə Şərif Şərifov qeyd edib. Qərara alınıb ki, Vensper şəhərinin mərkəzində Nizaminin hündürlüyü 3 metrdən ibarət olan heykəli ucaldılsın. Macar şairinin abidəsinin şəhərin hansı istiqamətində ucaldılacağına gəldikdə isə Gəncə Şəhər İcra Hakimiyyəti hələ tam qərar verməyib.

Davamı...

 

Dünya Ədəbiyyat olayları

 

Фрагмент обложки романа "The Jewel of Medina" с сайта издательства Beaufort Books

Фрагмент обложки романа "The Jewel of Medina" с сайта издательства Beaufort Books

Издателя романа о жене пророка припугнули бомбой

Davamı...

 

Müraciət və xəbərlər...

 

Sayqı Dəyər Azərbaycanlılar!
 
 Xahiş olunur,bu məktubu yaşadığınız ölkələrdə olan şair, yazıçılar cəmiətlərinə çatdırasınız.
 
    
AZƏRBAYCAN ŞAİR, YAZIÇILARININ  DÜNYA ŞAİR, YAZIÇILARINA MÜRACİƏTİ              

        Dəyərli qələmdaşlar,   

        1925-ci ildə Rza şahın hakimiyətə gəlişiylə İran millətlər cəhənnəminə çevrildi. Onun bir “Devlət bir millət” siyasəti sonucu İranda olan başqa dillərə yasaq qoyuldu. Bununla da  çeşitli basqılarla başqa millətləri əritmə siyasətini uyğulamağa  qoydular.

Davamı...

 

Mədəniyyət xəbərləri

 

KultAz: Uzun müddətdir, dərcini dayandırmış “Sənət qəzeti” bu gündən nəşrini bərpa edir.

Davamı...

 

Prezident İlham Əliyevin iki tarixi fərmanı

 

 

Prezident dünya ədəbi nümunələrinin Azərbaycan dilində nəşrinə dəstək verdi

Ehtiyat Fondundan 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqinda sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində çapının maliyyələşdirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat məbləğində vəsait ayrılır.

Davamı...

 

Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasının binasının açılışında

 

Binanın fasadı, otaqları, kabinetləri əsaslı təmir olunub, istilik və havalandırma sistemi yenilənib

Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimində iştirak edib. Dövlət başçısı xanımı ilə birlikdə əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyovun akademiyanın binası qarşısındakı abidəsi önünə gül dəstələri qoyub.

Davamı...

 

“Azərbaycanın epistolyar irsi” adlı saytın təqdimatı keçirilib

 

Veb saytda Azərbaycanın 100-ə yaxın dövlət, siyasət, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin əlyazmaları toplanılıb

Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Musiqi dünyası” jurnalı ilə birgə həyata keçirdiyi “Azərbaycanın epistolyar irsi” layihəsinin təqdimatı keçirilib. Təqdimatda “Azərbaycanın epistolyar irsi” vebsaytı barədə məlumat verilib.

Davamı...

 

Milli musiqi günü. Əbülfəs Qarayev: “Efir məkanı bozbaş müğənnilərlə dolub”

 

 

Mədəniyyət və turizm naziri telekanal rəhbərləri ilə saziş imzalayıb

Davamı...

 

Şəhriyar. PREZİDENT MƏDƏNİYYƏT və İNCƏSƏNƏT XADİMLƏRİNİ MÜKAFATLANDIRDI

 

ŞƏHRİYARIN ƏLYAZMALARI YAXŞI QORUNMUR

Davamı...

 

Yaysonu mədəniyyət xəbərləri...

 

AMSTERDAMDA «GÖRMƏDİYİNİNZİ GÖRƏCƏKSİNİZ» KİTABININ TƏQDİMATI KEÇİRİLİB



Amsterdamda Azərbaycan mətbəxini niderlandlılara tanıtmaq istəyilə yazılmış «Görmədiyininzi görəcəksiniz» kitabının təqdimatı keçirilib.

Davamı...

 

Azərbaycan “Eurovision Dance-2008”-da 5-ci oldu (FOTOLAR + VİDEO)

 

Azərbaycan “Eurovision Dance-2008”-da 5-ci oldu <font color=#ff0000>(FOTOLAR + VİDEO)</font> 
Dünyanın gözü qabağında Eldar diz şöküb Annaya evlənmək təklifi etdi

QayNar: Sentyabrın 6-da Şotlandiyanın Qlazqo şəhərində “Eurovision Dance-2008" yarışmasının final mərhələsi keçirildi. Azərbaycanı təmsil edən rəqqaslarımız Eldar Cəfərov və Anna Sacina 5-ci yerə sahib oldular. Qeyd edək ki, iki ildir keçirilən müsabiqədə Azərbaycan ilk dəfə idi ki, iştirak edirdi və 14 ölkə arasında yeganə müsəlman dövləti idi.
Eldar Cəfərov və Anna Sacina Ünryu Lloyd Uebberin əfsanəvi “Operanın kabusu” musiklinin əsasında hazırlanmış rəqs nömrəsini nümayiş etdirdilər. Yaşar Baxış tərəfindən oranjiman olunan rəqs üç hissədən ibarət idi.

Davamı...

 

EMİN AĞALAROV YENİ ALBOM BURAXIR. Müğənnilik şou-biznes əhli üçün hobbidir...

 

EMİN AĞALAROV YENİ ALBOM BURAXIR 
... və Moskvada ən böyük ticarət və əyləncə kompleksini tikdirir

Moskvada yaşayan milyonçu Araz Ağalarovun oğlu və ölkə başçısı İlham Əliyevin kürəkəni Emin Ağalarov növbəti albomunu buraxmağa hazırlaşır. “Obsesion” albomu və çəkdirdiyi klipindən sonra Emin yenidən ABŞ-a üz tutub. Gələn il Emin ABŞ-da bir neçə mahnı yazdırmağı nəzərdə tutur. Buraxılacaq albomun adı hələ dəqiqləşməyib.
Bu arada o da məlum olub ki, Ağalarovların sahibi olduğu “Krokus” Şirkətlər Qrupu Moskvanın Kaşirski şosse adlanan ərazisində böyük

Davamı...

 

Rəsmi mədəniyyət olayları

 

“DEMOKRATİYA VƏ SABİTLİK NAMİNƏ: ƏMƏKDAŞLIĞIN YENİ İMKANLARI”
BEYNƏLXALQ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXMIŞDIR

Yeni Azərbaycan Partiyasının və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda 2008-ci il mayın 7-də Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın materialları kitab halında çapdan çıxmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbriki ilə açılan kitabda dövlətimizin başçısının qonaqlarla görüşü barədə geniş hesabat və konfransın materialları Azərbaycan, ingilis və rus dillərində verilmişdir.
Dünyanın 30-dan çox ölkəsinin, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada, Çin, Hindistan, Misir, Pakistan, Latviya, Avstriya, Moldova və Vyetnamın parlamentlərinin və siyasi partiyalarının yüksək vəzifəli təmsilçilərinin, eləcə də beynəlxalq

Davamı...

 

Mədəniyyət soraqları, həm də qalmaqalları...

 

Zəlimxan Yaqub Azərbaycan Aşıqlar Birliyinin sədri seçildi

Zəlimxan Yaqub Azərbaycan Aşıqlar Birliyinin sədri seçildi

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Aşıqlarının V Qurultayı keçirilib. Qurultaydan əvvəl Azərbaycan aşıqları Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qurultayda giriş sözü ilə çıxış edən akademik Bəkir Nəbiyev Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini bildirib və birliyə ilk olaraq Hüseyn Arifin rəhbərlik etdiyini qeyd edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurultay iştirakçılarına dövlət

Davamı...

 

Bəstəçimizin uğuru və Pekin Olimpiadası yekunları...

 

1Kultaz: Gənc Azərbaycan bəstəkarı Firudin Allahverdi İsveçrədə keçirilən 4-cü beynəlxalq Pre-Art müsabiqəsinin qalibi olub. F.Allahverdinin “Paradoxes” əsəri dünyanın müxtəlif ölkələrindən müsabiqəyə göndərilən 500 əsər arasından qalib gəlib.
Professor Roland Moserin rəhbərlik etdiyi münsiflərə Matthias Arter, Boris Previsic və Stefan Wirth daxil idi.
Müsabiqədə sonrakı yerləri  Anita Mieze (Latviya) və  Dafina Zeqiri (Kosovo) tutub.F.Allahverdinin bizə verdiyi açıqlamaya görə, bununla əlaqədar Pre-Art tərəfindən 12-29 oktyabr tarixləri arasında İsveçrəyə dəvət olunmuşdur. Bəstəkarın birincilik qazanmış əsəri isə 2008-ci ilin oktyabr ayında “Boswil” ansamblının ifasında İsveçrənin, həmçinin turne şəklində Çexiya, Sloveniya, Polşa və Rusiyanın şəhərlərində ifa olunacaq.
Xatırladaq ki, bu, gənc bəstəkarın beynəlxalq arenada ilk uğuru deyil. Buna qədər də dəfələrlə xaraci müsabiqələr və festivallarda iştirak etmiş və fərqlənməyi bacarmışdır.

Davamı...

 

Yaydakı mədəniyyət faktları...

 

KAZANDA “SÜLH VƏ BARIŞIQ NAMİNƏ” DEVİZİ İLƏ BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLƏCƏKDİR

Avqustun 30-da Tatarıstanın paytaxtı Kazan şəhərində “Sülh və barışıq naminə” devizi ilə böyük musiqi festivalı keçiriləcəkdir.
Dünyanın müxtəlif guşələrindən musiqiçilərin iştirak edəcəyi festivalın əsas məqsədi ayrı-ayrı dinlərə mənsub xalqları bir-birinin mədəniyyəti ilə daha yaxından tanış etməkdir.
Festivala İsrail, Fələstin, Azərbaycan, Ermənistan, ABŞ, İran və digər ölkələrin musiqiçiləri də dəvət olunacaqlar. İştirakçılar sırasına gürcü və osetin musiqiçiləri də daxil edilmişlər.

Davamı...

 

Mədəniyyət, ədəbiyyat və kitab olayları

 

AZƏRBAYCANLI REJİSSOR BEYNƏLXALQ MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİNƏ DAXİL EDİLMİŞDİR

 Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu ilin oktyabrında Həştərxanda “İnsan və dəniz” devizi altında ekoloji mövzuya həsr olunmuş filmlərin beynəlxalq müsabiqəsi keçiriləcəkdir.
Həştərxan şəhərinin 450 illiyinə həsr olunacaq müsabiqənin münsiflər heyətinə Azərbaycanlı rejissor Mirbala Səlimov da daxildir.
Müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri və ekologiya problemləri ilə məşğul olan təşkilatlar da dəvət edilmişlər.
“İnsan və dəniz” beynəlxalq müsabiqəsi barədə ətraflı məlumatı
www.casppress.ru saytından əldə etmək olar.

Davamı...

 

«YENİ SİYASƏT : İNKİŞAFA DOĞRU»

 

Azərbaycanın hərtərəfli inkişafının keyfiyyətcə yeni mərhələsində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirilməsinə və ictimai şüurda düzgün dərkinə təminat yaradan mühüm amillərdən biri də ölkənin çağdaş fəlsəfi-siyasi tarixinin olduğu kimi qələmə alınmasıdır. Respublikanın ötən 15 ildə keçdiyi inkişaf yolunun ayrı-ayrı mərhələləri, liberal dəyərlərə yol açan müsbət sosial-iqtisadi proseslərin mahiyyəti, sosiomədəni tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas seqmentləri, bir sözlə, qloballaşma dövründə milli inkişafın əsas hədəflərinin konkret elmi-nəzəri postulatlar

Davamı...

 

Yeni kitablar və mədəniyyət hadisələri

 

“ERMƏNİ XƏYANƏTİ VƏ GÜRCÜSTAN”

“Hərbi nəşriyyat” “Erməni xəyanəti və Gürcüstan” kitabını çapdan buraxmışdır.
Kitaba son illərdə Gürcüstanın kütləvi informasiya vasitələrində dərc edilmiş müxtəlif yazılar, o cümlədən jurnalist tədqiqatları daxil olunmuşdur. Bu materialları gürcü dilindən kitabın tərtibçisi Nəriman Əliyev tərcümə etmişdir.
Ön sözün müəllifi biologiya elmləri namizədi, Tbilisinin fəxri vətəndaşı, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü Aslan Aslanov, elmi redaktoru tarix elmləri namizədi Kərəm Məmmədovdur.
Kitabdakı materiallarla tanışlıq bir daha göstərir ki, erməni millətçiləri həmişə təkcə Türkiyə və Azərbaycana yox, həm də Gürcüstana qarşı fitnəkar, məkrli siyasət yürütmüş və bu, indi də davam edir. Abxaziyanı erməniləşdirmək, Samtsxe-Cavaxetiyanı Gürcüstandan qopararaq, Qara dənizə çıxış əldə etmək onların ən böyük arzularındandır.

Davamı...

 

Qızmar mədəniyyət - ədəbiyyat soraqları

 

Mahmud Kaşğarlı-1000. Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin qalibləri

Avqustun 7-də Azərbaycanda Atatürk Mərkəzində Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli müsabiqənin münsiflərini və şərtlərini açıqlayıb: “Müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb. Müsabiqəyə 33 yazarın 43 hekayəsi buraxılıb. İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və Elçin Hüseynbəylinin təmsil olunduğu münsiflər heyəti şərti adla təmsil olunmuş yazarların hekayələrini 10 ballıq cədvəl əsasında qiymətləndirib”. Münsiflər heyəti bağlı zərfləri açaraq, şərti adlarla ilk dörd yeri tutan müəlliflərin adlarını açıqlayıblar. Beləliklə, I yeri “Ədnan” imzalı “Salam, baça” hekayəsinin müəllifi Zakir Sadatlı, II yeri “Toğrul Oğuzxan” imzalı

Davamı...

 

Yay mədəniyyət xəbərləri

 

AVROPA ŞURASI MƏDƏNİYYƏT NAZİRLƏRİNİN NÖVBƏTİ TOPLANTISI BAKIDA KEÇİRİLƏCƏKDİR

Dekabrın 2-dən 3-dək Bakıda Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçiriləcəkdir.
Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat vermişdir.
Nazir demişdir ki, toplantıya Avropa və Asiya ölkələrinin mədəniyyət nazirləri, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunacaqlar.

HEYDƏR ƏLİYEV ADINA SARAYDA BƏRPA İŞLƏRİ QRAFİKƏ UYĞUN APARILIR

Heydər Əliyev adına sarayda bərpa işləri qrafikə uyğun aparılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyinə görə, dünya standartlarına

Davamı...

 

Qalmaqallı hekayə müsabiqəsinin nəticələri açıqlanıb

 

1Niyə Elçin Hüseynbəyli əvvəl narazı, indi razıdır?

Mahmud Kaşğarinin 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsi başa çatıb. Azərbaycanda təşkilatçısı «Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəylinin APA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb. Müsabiqəyə 33 yazarın 43 hekayəsi buraxılıb. İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və Elçin Hüseynbəylinin təmsil olunduğu münsiflər heyəti şərti adla təmsil olunmuş yazarların hekayələrini 10 ballıq cədvəl əsasında qiymətləndirib.
Münsiflərin son iclasında aşağıdakı şərti adlar ilk dörd yeri tutublar:

Davamı...

 

В длинный список "Букера" вошли пять авторов-дебютантов

 

Логотип премии The Man Booker Prize

Логотип премии The Man Booker Prize

Davamı...

 

Azərbaycan filmi İtaliya festivalının qalibi oldu

 

Azərbaycanın gənc və istedadlı rejissorlarından biri olan Alina Abdullayevanın “Çalış nəfəs alma” filmi İtaliyada keçirilən beynəlxalq film festivalının qalibi olub. Film “Ən yaxşı qısametrajlı film” nominasiyasında “ən yaxşı rejissor işinə görə” mükafatlandırılıb.
Qeyd edək ki, film “Dərviş” prodüsser mərkəzinin istehsalıdır. Baş rollarda Fəxrəddin Manafov və və “Unformal” rok qrupunun solisti Dilarə Kazımova çəkilib.

Как передает Day.Az, в Италии завершился Международный кинофестиваль короткометражного кино «Salento Finibus Terrae-2008».

Davamı...

 

"Fokus" milli kinojurnal...

 

İncəsənət Universitetinin tələbələrinə belə,
   Əli İsa Cabbarov: "Bizim üçün hər yeni oxucu ATV-nin ağuşundan qoparılan qurbandır"
   
   
  
 "Fokus" jurnalının ilk nömrəsinin işıq üzü görməsindən artıq təxminən bir aya yaxın vaxt keçib. Bu müddət ərzində yeni kino nəşrinə münasibət, onun kinomanlar arasında doğurduğu reaksiya barədə bilmək maraqlı olardı. Axı məlumdur ki, bizim nəinki qara camaat, hətta ziyalı təbəqəsi belə qəzetə, jurnala, kitaba pul xərcləmək istəmir.
   Jurnalın baş redaktoru, rejissor Əli İsa Cabbarovla söhbətimizi bu istiqamətdə qursaq da, söhbətimiz təkcə jurnalla bağlı alınmadı. Kifayət qədər maraqlı işləri olan, öz

Davamı...

 

Dram müsabiqəsi və yeni kitab

 

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ YENİ MÜSABİQƏ ELAN ETMİŞDİR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yeni müsabiqə keçiriləcəyini elan etmişdir. 2008-ci il sentyabrın 1-dən 2009-cu il aprelin 1-nə qədər davam edəcək bu müsabiqədə qələbə uğrunda dramaturqlar mübarizə aparacaqlar. İddiaçıların yaş “senzi” də müəyyən edilmişdir – yaşı 35-dən yuxarı olan şəxslər müsabiqəyə buraxılmır.
Tələblər ənənəvidir: dram əsərləri yüksək bədii səviyyəsi və məzmunu ilə seçilməlidir.
Müsabiqədə iştirak etmək üçün nazirliyə təqdim edilən sənədlər iki zərfə qoyulmalıdır. Birinci zərfdə əsərin kompyuterdə yığılmış mətni (imzasız) və müəllifin tərtib etdiyi bir səhifəlik annotasiya, ikinci zərfdə isə müəllifin şəxsiyyətini təsdiq edən sənədlərin surəti, onun adı (ədəbi təxəllüsü), ev ünvanı və əlaqə telefonları göstərilən sənəd olmalıdır.

Davamı...

 

Sənət aləminin soraqları...

 

İRANDA ÇIXAN “MUSİQİ” JURNALINDA AZƏRBAYCANIN XALQ ARTİSTİ ALİM QASIMOVLA GENİŞ MÜSAHİBƏ DƏRC OLUNMUŞDUR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İranda çıxan “Musiqi” jurnalında tanınmış jurnalist Mehdi Sitatişgərin Azərbaycanın xalq artisti, istedadlı muğam ifaçısı Alim Qasımovla geniş müsahibəsi dərc edilmişdir.
“Şərq musiqisinin dahisi” sərlövhəli müsahibədə xalq artisti A.Qasımov xalqımızın zəngin milli muğam və musiqi sənəti, onun ecazkar qüdrəti ilə bağlı fikirlərini açıqlamış, öz ifaçılıq sənəti barədə ətraflı məlumat vermiş və bununla bağlı sualları cavablandırmışdır.
Eyni zamanda, jurnalın üz qabığında A.Qasımovun irihəcmli fotoşəkli verilmişdir. 

Davamı...

 

Tarixin mədəniyyət cildləri...

 

BAKIDA AVROPA ŞURASI MƏDƏNİYYƏT NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLƏCƏKDİR
 
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə dekabrın 2-3-də Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçiriləcəkdir.
Konfrans çərçivəsində dekabrın 4-də Bakıda Avropa Şurasının mədəniyyət üzrə rəhbər komitəsi bürosunun və Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramının milli əlaqələndiricilərinin növbəti görüşləri, dekabrın 4-5-də isə Avropa Şurasına üzv dövlətlərin milli müəlliflərinin “Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunmuş iclası keçiriləcəkdir.
Konfransın və digər tədbirlərin keçirilməsindən əsas məqsəd həm Avropa Şurasına, həm İSESKO-ya üzv kimi Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü rolunu oynamaq və iki sivilizasiya arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan

Davamı...

 

Mədəniyyət olayları, yay hərarəti...

 

AZƏRBAYCAN ALİMLƏRİ “BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİNDƏ AĞRI DAĞI” MÖVZUSUNDA KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

İyunun 28-dən 30-dək Türkiyənin İğdır vilayətində “Beynəlxalq türk mədəniyyətində Ağrı dağı” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə ölkəmizi akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əbülfəz Amanoğlu, AMEA Folklor institutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılov və Naxçıvan mərkəzi kitabxanasının direktoru, filologiya elmləri namizədi Yusif Səfərov təmsil etmişlər.
İki gün İğdırda, sonrakı gün isə Naxçıvanda davam etdirilən konfransda 30-a yaxın məruzə dinlənilib müzakirə olunmuşdur. Beynəlxalq tədbirdə İ.Həbibbəylinin “Qafqaz-rus mənbələrində Ağrı dağı”, H.İsmayılovun “Folklorda Ağrı dağı obrazı və erməni saxtakarlığının mənəvi-ideoloji mahiyyəti”, Ə.Amanoğlunun “Ağrı dağı çevrəsində qədim türk toponimləri”, Y.Səfərovun “Azərbaycan folklorunda Nuhun tufanı və Ağrı dağı əfsanələri” mövzularında məruzələri xüsusi maraqla qarşılanmışdır.

Davamı...

 

Emin Ağalarov və Leyla Əliyeva klipə çəkildilər (VİDEO + Fotolar)

 

Emin Ağalarov və Leyla Əliyeva klipə çəkildilər <font color=#ff0000>(VİDEO + Fotolar)</font>

Yol polisi ilə gənc xanım arasında romantik məhəbbət...

QayNar: Emin Ağalarov "Stick Together" adlı yeni mahnısına Nyu-York-da klip çəkdirib. "Qaynar.info"-nun məlumatına görə, klipin rejissoru amerikalı Pol Koem Alendir. Bu rejissor bir çox tanınmış dünya ulduzlarına kliplər çəkib.
Klipin süjeti də çox maraqlıdır. Süjetdə yol hərəkəti qaydalarını pozan xanım sürücü ilə yol polisi arasında ilk baxışdan başlanan romantik məhəbbət təşkil edir. Rolları Emin Ağalarovla Leyla Əliyeva ifa edir. // T.İsmayılov, QayNar

Davamı...

 

Mədəniyyət olaylarından tarix yapaq...

 

AZƏRBAYCANDA SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ MƏDƏNİYYƏT GÜNLƏRİ BAŞLAMIŞDIR

AzərTAc xəbər verir ki, iyunun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasında Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin açılışı olmuşdur.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, mədəniyyət günləri çərçivəsində keçiriləcək tədbirlər iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə yeni təkan verəcəkdir.

Davamı...