Azərbaycanın gənc və istedadlı rejissorlarından biri olan Alina Abdullayevanın “Çalış nəfəs alma” filmi İtaliyada keçirilən beynəlxalq film festivalının qalibi olub. Film “Ən yaxşı qısametrajlı film” nominasiyasında “ən yaxşı rejissor işinə görə” mükafatlandırılıb.
Qeyd edək ki, film “Dərviş” prodüsser mərkəzinin istehsalıdır. Baş rollarda Fəxrəddin Manafov və və “Unformal” rok qrupunun solisti Dilarə Kazımova çəkilib.
Как передает Day.Az, в Италии завершился Международный кинофестиваль короткометражного кино «Salento Finibus Terrae-2008».
Əli İsa Cabbarov: "Bizim üçün hər yeni oxucu ATV-nin ağuşundan qoparılan qurbandır"
"Fokus" jurnalının ilk nömrəsinin işıq üzü görməsindən artıq təxminən bir aya yaxın vaxt keçib. Bu müddət ərzində yeni kino nəşrinə münasibət, onun kinomanlar arasında doğurduğu reaksiya barədə bilmək maraqlı olardı. Axı məlumdur ki, bizim nəinki qara camaat, hətta ziyalı təbəqəsi belə qəzetə, jurnala, kitaba pul xərcləmək istəmir.
Jurnalın baş redaktoru, rejissor Əli İsa Cabbarovla söhbətimizi bu istiqamətdə qursaq da, söhbətimiz təkcə jurnalla bağlı alınmadı. Kifayət qədər maraqlı işləri olan, öz
Fridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olundu
“Fikir Antologiyası" seriyasından növbəti kitab
QayNar: “Zəkioğlu” nəşriyyatı "Fikir antologiyası" seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.
AzərTAc xəbər verir ki, iyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalının təntənəli açılış mərasimi olmuşdur. Teatrlaşdırılmış mərasim kinofestivalın keçdiyi yolun tarixindən söhbət açan qısa videoklipin nümayişi ilə başlanmışdır. “Şərq çırağı” uşaq yaradıcılıq mərkəzinin yetirmələri qonaqları salamlayaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi səhnəyə dəvət etmişlər.
Nazir vurğulamışdır ki, “Şərq-Qərb” festivalı müntəzəm keçirilir, halbuki bir neçə il əvvəl festivalın onuncu dəfə açılacağını ehtimal etmək çətin idi.


