Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimində iştirak edib. Dövlət başçısı xanımı ilə birlikdə əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyovun akademiyanın binası qarşısındakı abidəsi önünə gül dəstələri qoyub.




