Rəsmi mədəniyyət olayları
BEYNƏLXALQ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXMIŞDIR
Yeni Azərbaycan Partiyasının və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda 2008-ci il mayın 7-də Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın materialları kitab halında çapdan çıxmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbriki ilə açılan kitabda dövlətimizin başçısının qonaqlarla görüşü barədə geniş hesabat və konfransın materialları Azərbaycan, ingilis və rus dillərində verilmişdir.
Dünyanın 30-dan çox ölkəsinin, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada, Çin, Hindistan, Misir, Pakistan, Latviya, Avstriya, Moldova və Vyetnamın parlamentlərinin və siyasi partiyalarının yüksək vəzifəli təmsilçilərinin, eləcə də beynəlxalq

“Hərbi nəşriyyat” “Erməni xəyanəti və Gürcüstan” kitabını çapdan buraxmışdır.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İranda çıxan “Musiqi” jurnalında tanınmış jurnalist Mehdi Sitatişgərin Azərbaycanın xalq artisti, istedadlı muğam ifaçısı Alim Qasımovla geniş müsahibəsi dərc edilmişdir.
AzərTAc xəbər verir ki, “Zəkioğlu” nəşriyyatı Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxmışdır. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilmişdir.
AzərTAc xəbər verir ki, jurnalist, qanlı 20 Yanvar hadisələrinin və Qarabağ müharibəsinin canlı şahidi Gülbəniz Arifqızının (Beniz Spencer) “Əsirlikdə qalan kəndim” kitabı çapdan çıxmışdır.
İyunun 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatırında XX əsr poeziyamızın görkəmli nümayəndəsi, böyük ilham sahibi, nakam taleli Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, iyunun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasında Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin açılışı olmuşdur.
GUAM ölkələri yazıçılarının I Bakı görüşünün iştirakçıları iyunun 4-də Heydər Əliyev Fondunda olmuşlar. 
ABŞ paytaxtının meri Adrian Fenti mayın 28-ni Vaşinqtonda Azərbaycan Günü elan etmişdir. Bu qərarı əks etdirən bəyannaməni merin xarici əlaqələr üzrə müavini Stefani Skott Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi bayram ziyafətində səfir Yaşar Əliyevə təqdim etmişdir. 
Belqradda “Avroviziya-2008” mahnı müsabiqəsi başa çatmışdır. 
Lit.az "The Times" qəzetinə istinadən xəbər verir ki, may ayının 11-də ədəbiyyat üzrə sonuncu Nobel mükafatçısı britaniyalı yazıçı Doris Lessinq bu mükafatı aldığına görə peşmanlığını dilə gətirib. "İndi günüm ancaq müxtəlif kütləvi informasiya vasitələrinə müsahibə verməklə və fotoqraflara yumşaq desək, reverans etməklə keçir" deyə 88 yaşlı yazıçı gileylənib. Yazıçı deyir ki, mükafat kimi ona təqdim olunan 775 min funt sterlinqin artıq çox hissəsini xırıd edib: "Uşaqlarıma, nəvələrimə, qohum-əqrəbama xərclədim". İndi onun büdcəsində 243 min funt sterlinq qalıb. Lessinq deyir ki, bu pulları iki ilə xərcləyəcək və 90 illik yubileyində özünə yaxşı bir hədiyyə edəcək. Hədiyyənin nədən ibarət olduğunu isə yazıçı açıqlamayıb. Yeri gəlmişkən, avqustda Doris Lessinqin sonuncu romanı-"Alfred və Emili" adlı əsəri işıq üzü görəcək.
Mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü günü Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatının (RAGT) internet saytı açılmışdır.
Mayın 12-də Azərbaycan kinoteatrında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filminin təqdimat mərasimi keçirilmişdir.
Mayın 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyət” kataloqu təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin təşkilatçılığı ilə böyük yazıçı, görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Aprelin 29-da “Gülüstan” sarayında Asiya Müsəlmanları Komitəsinin sədri, Küveytin vəqflər və islam işləri nazirinin müavini Adil Abdulla əl-Fəllahın “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabının təqdimatı olmuşdur.
Aprelin 23-də Avstriya Milli Kitabxanasının “Kamineum” zalında dünya poeziyasının görkəmli nümayəndələrindən biri, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin bu kitabxanada saxlanan əlyazması əsasında hazırlanmış multimedia diskinin təqdimat mərasimi keçirilmişdir.

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birinci katibi, Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının (BATƏŞ) fəxri prezidenti Fuad Hümbətov AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, BATƏŞ tərəfindən Benilüks ölkələrindəki bütün aparıcı kitabxanalara Azərbaycanın inkişaf səviyyəsi, iqtisadi potensialı, mədəniyyəti, eləcə də ölkəmizə qarşı davam edən erməni işğalı barədə kitabların, kompakt disklərin paylanılması kampaniyası keçirilir.