İyunun 18-də Bakıda Bədii Sərgi Salonunda Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günləri çərçivəsində karikatura sərgisi açılmışdır.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda karikaturanın yaranma tarixindən danışmışdır. O bildirmişdir ki, karikatura bizə özümüzü və ətrafdakıları gözlənilməz, fərqli nəzər nöqtəsindən göstərir, müəllifin mənsub olduğu cəmiyyətin və dövrün nöqsanlarını aydın şəkildə əks etdirir.
Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya nazirinin müavini Əbubəkr Bahadur sərgidə nümayiş olunan karikaturalar haqqında məlumat vermişdir ki, rəsmlər nəinki Krallığın, eyni zamanda, müasir dünyanın ictimai-siyasi, sosial həyatında olan nöqsanları satirik vasitə ilə göstərir.
19 июня 2008 года в российской столице стартовал юбилейный - тридцатый - Московский международный кинофестиваль.
AzərTAc xəbər verir ki, iyunun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasında Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin açılışı olmuşdur.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, mədəniyyət günləri çərçivəsində keçiriləcək tədbirlər iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə yeni təkan verəcəkdir.
Türk Dünyasının Çingiz Aytmatovu vəfat etdi
İyunun 6-da uzun müddətdən bəri xəstəlikdən əziyyət çəkən məşhur qırğız yazıçısı, canlı klassik, türkdilli xalqların fəxri Çingiz Aytmatov vəfat edib.
Yazıçı may ayının ortalarında "böyrək çatışmamazlığı" diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Son günlər isə müalicəsini Almaniyanın Nürnberq klinikasında davam etdirirdi.
"Çingiz Aytmatovun dəfn mərasimi şənbə günü Bişkekdə həyata keçiriləcək. Amma yazıçının hansı məzarlıqda torpağa tapşırılacağı hələ bəlli deyil" - deyə yazıçının məsləhətçisi Alimjan Mirzəyev bildirib.
GUAM ölkələri yazıçılarının I Bakı görüşünün iştirakçıları iyunun 4-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.
Yazıçılar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşlarının ailə üzvləri ilə yanaşı, Pekindəki diplomatik korpusda çalışanların uşaqları da iştirak etmişdir.
Mərasimdə şirniyyat süfrəsi ətrafına toplaşan uşaqlar cizgi filmlərinə baxmış, onların arasında keçirilən bilik və qabiliyyət yarışında fərqlənənlərə həvəsləndirici hədiyyələr təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, iyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalının təntənəli açılış mərasimi olmuşdur. Teatrlaşdırılmış mərasim kinofestivalın keçdiyi yolun tarixindən söhbət açan qısa videoklipin nümayişi ilə başlanmışdır. “Şərq çırağı” uşaq yaradıcılıq mərkəzinin yetirmələri qonaqları salamlayaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi səhnəyə dəvət etmişlər.
Nazir vurğulamışdır ki, “Şərq-Qərb” festivalı müntəzəm keçirilir, halbuki bir neçə il əvvəl festivalın onuncu dəfə açılacağını ehtimal etmək çətin idi.



