Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Maraqlı kulturoloji olaylar sorağında...

 

TRENİNQ İNSANIN İMKANLARINI ÜZƏ ÇIXARIR

 Azərbaycan Kinematoqrafçılar İttifaqı Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyası (IFA-SC) ilə birlikdə iyunun 10-11-də “Cənubi Qafqazın sənədli kinosunun yaxşılaşdırılması” mövzusunda treninqlər təşkil edirlər. Treninqləri rejissorlar - sənədli kino ustaları Rolf Ortel (Hollandiya) və Janna Bertu (İsveçrə) keçirəcəklər. Onlar insanın görünməmiş imkanlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafına və bunların təcrübədə tətbiqinə yönəldilmişdir.
Birinci tədbirin mövzusu “Əhvalatın danışılmasının beş üsulu”nun təhlili olacaqdır. Təşkilatçıların ideyasına görə, tədbirdə iştirakçılar əks etdirilən əhvalatın söylənilməsinin müxtəlif üsullarını təhlil etməlidirlər. İkinci treninq “Az məbləğdə pul və gözəl ideyalar, yaxud sizin ölkənizdə hansı filmlər çəkilməlidir”, “Beynəlxalq auditoriyanı da maraqlandırmaq üçün mövzuları necə müzakirə etmək lazımdır”, “Filmi necə daha səmərəli etməli?” mövzularına həsr olunacaqdır.

Davamı...

 

Milli-mənəvi irsimiz

 

PUBLİSİST RƏHİLƏ GÜLGÜNÜN “GÖYLƏR ADAMI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Mayın 30-da publisist Rəhilə Gülgünün görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevə həsr olunmuş “Göylər adamı” (Esse-araşdırma. Yeni yozum) kitabının və M.F.Axundov adına Milli Kitabxananın hazırladığı “Mir Cəlal irsi” elektron biblioqrafik göstəricisinin təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Mir Cəlalın həyat və yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.

Davamı...

 

Ədəbi-mədəni Azərbaycan

 

MAYIN 28-İ VAŞİNQTONDA AZƏRBAYCAN GÜNÜ ELAN EDİLMİŞDİR

 ABŞ paytaxtının meri Adrian Fenti mayın 28-ni Vaşinqtonda Azərbaycan Günü elan etmişdir. Bu qərarı əks etdirən bəyannaməni merin xarici əlaqələr üzrə müavini Stefani Skott Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi bayram ziyafətində səfir Yaşar Əliyevə təqdim etmişdir.
Mer Vaşinqtonda yaşayan Azərbaycan icmasına təbrik göndərmiş və şəhərin bütün sakinlərini Azərbaycanın milli bayramını qeyd etməyə çağırmışdır. Adrian Fenti, həmçinin ölkəmizin Vaşinqtondakı səfirliyinə şəhərin təhsil və mədəni həyatında, o cümlədən Vaşinqtonun orta məktəbləri ilə işləyən himayədarlıq proqramında iştirak etdiyi üçün minnətdarlığını

Davamı...

 

Azərbaycanımızın çağdaş kulturoloji həyatı

 

OLİMPİYA ŞƏHƏRCİYİ BAKINI DÜNYANIN EKOLOJİ CƏHƏTDƏN ABAD VƏ TƏMİZ ŞƏHƏRLƏRDƏN BİRİNƏ ÇEVİRƏCƏKDİR
 Bakının 2016-cı ilin Olimpiya oyunlarını keçirməsi məqsədi ilə sifariş kitabını hazırlayan Almaniyanın “AS&P - Albert Speer und Partner GmbH” şirkəti həyata keçirəcəyi layihələrlə bağlı “Excelsior” mehmanxanasında mətbuat konfransı keçirmişdir.
Tədbirdə çıxış edən şirkətin nümayəndəsi Rudiger Kriqel bildirmişdir ki, Bibiheybət qəsəbəsində salınacaq Olimpiya parkı ilə yanaşı, paytaxt və ətraf ərazilərdə böyük infrastruktur layihələri, yeni nəqliyyat qovşaqları Bakının dünyada tanınmasına imkan verəcəkdir.

Davamı...

 

VIII Bakı Kitab Bayramı möhtəşəm keşirildi: Milli Kulturoloji Mükafatlar verildi

 

 

Davamı...

 

ELNUR HÜSEYNOV–SAMİR CAVADZADƏ DUETİ “AVROVİZİYA-2008”-də

 

ELNUR HÜSEYNOV–SAMİR CAVADZADƏ DUETİ “AVROVİZİYA-2008” MÜSABİQƏSİNDƏ 8-Cİ YERİ TUTMUŞDUR
Belqradda “Avroviziya-2008” mahnı müsabiqəsi başa çatmışdır.
AzərTAc xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Elnur Hüseynov-Samir Cavadzadə dueti “Day after day” mahnısı ilə finala adlayan 25 ölkənin iştirakçısı arasında 8-ci olmuşdur.
Azərbaycan təmsilçiləri final mərhələsində 20-ci nömrə altında çıxış edirdilər. Azərbaycana ən çox xal verən Türkiyə və Macarıstan (12 xal) olmuşlar. Bundan əlavə, Ukrayna (10 xal), Rusiya (10 xal), Çexiya (10 xal), Makedoniya (8 xal), Belarus (8 xal), Moldova (8 xal), Belçika (7 xal), Andorra (7xal), Polşa (7 xal), Litva (7 xal), Latviya (4 xal), Yunanıstan (3 xal), Bolqarıstan (3 xal), İsrail (3 xal), Rumıniya (2 xal), Niderland (2 xal), Sloveniya (1 xal) və Almaniyanın (1 xal) Azərbaycana verdiyi səslər Elnur Hüseynov və Samir Cavadzadə duetinin yekun nəticəsinə təsir göstərmişdir.
Birinci yeri isə Rusiya müğənnisi Dima Bilan tutmuşdur. Ukrayna təmsilçsi Anya Lorak ikinci, Yunanıstan ifaçısı Kalomira isə üçüncü olmuşdur. Beləliklə, gələn il “Avrovziya” müsabiqəsi Rusiyada təşkil ediləcəkdir.

Davamı...

 

Mədəniyyət Olayları, ədəbi xəbərlərimiz...

 

VIII BAKI KİTAB BAYRAMI KEÇİRİLƏCƏKDİR

AzərTAc xəbər verir ki, mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçiriləcəkdir.
Bayramın Təşkilat Komitəsindən bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçımız Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr edilmiş tədbirdə “İlin kitabı” Kulturoloji müsabiqəsinin qalibləri mükafatlandırılacaq, ölkəmizdəki nəşriyyatların və müəlliflərin iştirakı ilə yeni kitabların, habelə gənc yazıçıların əsərlərinin sərgisi nümayiş olunacaq, müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların görüşü keçiriləcəkdir.

Davamı...

 

AZƏRBAYCAN "EURİVİSİON"UN FİNALINDA!!!! (Fotolar)

 

AZƏRBAYCAN

Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü möhtəşəm çıxış etdi

QayNar: Həyacanla gözlədiyimiz "EuroVision-2008" mahnı müsabiqəsi nəhayət ki, başladı. Azərbaycanın ilk dəfə iştirak etdiyi bu möhtəşəm mahnı müsabiqəsi Serbiyanın paytaxtı Belqradda Bakı vaxtı ilə saat 12-00-da start götürdü. Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə 7 nömrə altında möhtəşəm "Day after day" parçasını təqdim etdilər. Zaldan "Azərbaycan" sədaları eşitmək çox xoş idi. Sonda səsvermə anları da həyacanlı keçdi.

Davamı...

 

Mədəniyyət - musiqi tariximiz...

 

AZƏRBAYCANDA MÜASİR AVROPA TİPLİ İLK MUSİQİ TƏHSİLİ OCAĞININ 110 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AVROPA NOTLU MUSİQİ TƏHSİLİ CƏNUBİ QAFQAZDA VƏ YAXIN ŞƏRQDƏ MƏHZ AZƏRBAYCANDAN BAŞLAYIR

Mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) yaradılmasının 110 illik yubileyi qeyd edilmişdir.
Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov əlamətdar hadisə münasibətilə həmkarlarını təbrik etmiş, ölkəmizin musiqi həyatında qocaman musiqi təhsili ocağının xidmətlərindən danışmış, onun ötən illərdəki fəaliyyətinin bəzi məqamlarından söz açmışdır. Bildirmişdir ki, mədəniyyətimizin, musiqi sənətimizin böyük himayədarı və qayğıkeşi, bu günlərdə 85 illik yubileyini dərin hörmət və məhəbbətlə qeyd etdiyimiz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda

Davamı...

 

AzərTagşcom saytının mədəniyyət xəbərləri

 

BAKIDA AVROPA FİLMLƏRİ HƏFTƏSİ KEÇİRİLƏCƏKDİR
[18 May, 2008 00:57:22]
AzərTAc xəbər verir ki, mayın 19-dan 26-dək Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda “Mövqeli film” mövzusunda Avropa filmləri həftəsi keçiriləcəkdir...

 

“ZOLOTOY VİTYAZ” BEYNƏLXALQ KİNOFORUMUNDA AZƏRBAYCAN FİLMİ DƏ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR
[18 May, 2008 00:51:06]
AzərTAc “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, burada 2007-ci ildə rejissor Tahir Əliyevin quruluşunda istehsal olunmuş “Səhra gülü” sənədli filmi Moskvada ...

Davamı...

 

26 mayda ellikcə VIII Bakı Kitab Bayramına!!! İntellektə - bilgiyə "BƏLİ" deyək...

 

VIII Bakı Kitab Bayramı      

26 May, 2008-ci il Saat 14 00-da

 M.F.Axundov adına Milli Kitabxanada

bildirish

Davamı...

 

Musiqiç ədəbiyyatç xeyriyyəçilik

 

AZƏRBAYCANLI DİRİJOR SANKT-PETERBURQDA KEÇİRİLƏCƏK MUSİQİ FESTİVALINDA ÇIXIŞ EDƏCƏKDİR

Mayın 25-də Sankt-Peterburqda “Musiqi Olimpi” festivalı başlanacaqdır. Hər il keçirilən bu festival son illərin ən nüfuzlu beynəlxalq müsabiqələrinin qaliblərini rusiyalı tamaşaçılara təqdim edir. Dünyanın 14 ölkəsindən olan 25 gənc musiqiçinin iştirak edəcəyi builki festivalda Azərbaycanı beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, dirijor Eyyub Quliyev təmsil edəcəkdir.
Festival konsertləri Rusiyanın “şimal paytaxtı”nın ən yaxşı akademik salonlarında – Sankt-Peterburq filarmoniyasının Böyük zalında, İ.M.Qlinka adına Akademik Kapellada və Ermitaj Teatrında olacaqdır. Festivalın ilk günündə E.Quliyevin dirijorluğu ilə Dövlət Ermitajının orkestri A.Petrovun simfonik orkestr üçün “Vivat, Olimp!” uvertürasını, L.Şporun klarnet və orkestr üçün 4 nömrəli Mi Minor konsertini, F.Martenin trombon və orkestr üçün balladasını, P.Çaykovskinin 1 nömrəli kvartetindən “Andante Cantabile”ni,

Davamı...

 

Yeni kitab

 

YENİ MƏDƏNİYYƏT MƏKANINA İNTEQRASİYA PROBLEMLƏRİNİN TƏHLİLİNƏ HƏSR OLUNMUŞ SANBALLI ƏSƏR

“Müstəqillik azad siyasəti, yəni öz inkişafını suveren milli maraqlardan çıxış edərək qurmağı nəzərdə tutur. Ümummilli liderin siyasi uğurunun ana xəttini məhz milli maraqların prioritet hədəf kimi seçilməsi təşkil etmişdir. Hazırda bütün postsovet məkanında çoxçalarlı “demokratiya” anlayışını bəsit mənada, kimlərinsə diktə etdiyi universal model kimi başa düşənlər, öz siyasi proqramlarını Qərbə ünvanlayan, hər bir məsələyə müxtəlif mənbələrdən bildirilən münasibətlər müqabilində güzəştə getməyi şüar tutan, buna ümid edən təqlidçi və təslimçi siyasi qüvvələr məğlubiyyətə uğramış, marginal qurumlara çevrilmişlər. Demokratik transferin, vətəndaş cəmiyyətinin hazır reseptlər və “ixrac modelləri” əsasında deyil, Azərbaycanın özünəməxsus

Davamı...

 

Ədəbiyyat qovğaları, mədəniyyət dovğaları...

 

Nobel mükafatını aldığına görə peşman olan yazıçı
Doris LessinqLit.az "The Times" qəzetinə istinadən xəbər verir ki, may ayının 11-də ədəbiyyat üzrə sonuncu Nobel mükafatçısı britaniyalı yazıçı Doris Lessinq bu mükafatı aldığına görə peşmanlığını dilə gətirib. "İndi günüm ancaq müxtəlif kütləvi informasiya vasitələrinə müsahibə verməklə və fotoqraflara yumşaq desək, reverans etməklə keçir" deyə 88 yaşlı yazıçı gileylənib. Yazıçı deyir ki, mükafat kimi ona təqdim olunan 775 min funt sterlinqin artıq çox hissəsini xırıd edib: "Uşaqlarıma, nəvələrimə, qohum-əqrəbama xərclədim". İndi onun büdcəsində 243 min funt sterlinq qalıb. Lessinq deyir ki, bu pulları iki ilə xərcləyəcək və 90 illik yubileyində özünə yaxşı bir hədiyyə edəcək. Hədiyyənin nədən ibarət olduğunu isə yazıçı açıqlamayıb. Yeri gəlmişkən, avqustda Doris Lessinqin sonuncu romanı-"Alfred və Emili" adlı əsəri işıq üzü görəcək.

Davamı...

 

Xaricdə nə var, nə yox?!!

 

RUSİYANIN AZƏRBAYCANLI GƏNCLƏR TƏŞKİLATININ İNTERNET SAYTI AÇILMIŞDIR

Mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü günü Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatının (RAGT) internet saytı açılmışdır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, rus dilində çıxan “Baku” jurnalının baş redaktoru və naşiri Leyla Əliyeva ölkəmizi çoxəsrlik dostluq tellərinin bağladığı Rusiya ərazisində yaşayan gənc həmvətənlərimizə təbriklə müraciət etmişdir.
Müraciətdə deyilir: “İndi biz azərbaycanlı

Davamı...

 

İncəsənətdə baş verənlər...

 

HÖKMDARIN TALEYİ” BƏDİİ FİLMİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR

Mayın 12-də Azərbaycan kinoteatrında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filminin təqdimat mərasimi keçirilmişdir.
Film ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmişdir.
Filmin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən filmin ssenarisinin və dialoqların müəllifi Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev demişdur: “Bir tamaşaçı kimi filmdən razıyam, film mənim xoşuma gəlir. Bilirsiniz ki, bu film İlyas Əfəndiyevin “Hökmdar və

Davamı...

 

Mədəniyyət olayları: bizə nə xeyri?

 

“MƏDƏNİYYƏT” KATALOQU TƏQDİM OLUNMUŞDUR

Mayın 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyət” kataloqu təqdim edilmişdir.
Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri, şair-publisit Vaqif Bəhmənli tədbiri açaraq bildirmişdir ki, təqdim ounan kataloq nazirliyin vəsaiti hesabına “Əfəndi” MMC tərəfindən nəşr edilmişdir. Burada nazirliyin son bir ildəki fəaliyyəti öz əksini tapmışdır. Heydər Əliyevin portreti ilə açılan nəşri ulu öndərimizin anadan olmasının 85 illiyinə layiqli töhfə kimi dəyərləndirən natiq vurğulamışdır ki, Azərbaycan, rus və ingilis dillərində işıq üzü

Davamı...

 

Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu Azərbaycan: Mədəniyyətlə bağlı layihələri

 

Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu Azərbaycan
İncəsənət və Mədəniyyət Proqramı aşağıdakı mövzularda kiçik qrantlar üzrə müsabiqələr elan edir:


“Mədəni məhsulların və xidmətlərin inkişaf etdirilməsinə  dəstək”

Müsabiqənin məqsədi mədəniyyət və incəsənət sahəsinə aid və daha geniş mənada yaradıcı istehsalatla məşğul olan şəxslər və müəssisələrə yardım edən layihələrə təkan verməkdir. Buraya  konslatinq xidmətlərinin təşkili, uğurlu təcrübənin toplanması və təbliq edilməsi, yeni müəssisələrin və emalatxanaların gurulması üzrə təlim, yardıcı potensialın aşkarlanması və səmərələşdirilməsi, praktiki yönüm daşıyan tədqiqatlar və bu kimi fəaliyyət növləri nəzərdə tutulur.

Davamı...

 

Mədəni proseslər, yubileylər...

 

QÜRURLU ÖMÜR YAŞAMIŞ BÖYÜK İNSAN, MİLLİ RUHLU ƏDİB VƏ GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ALİM

AzərTAc xəbər verir ki, mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin təşkilatçılığı ilə böyük yazıçı, görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Mir Cəlalın övladları - Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru, professor Hafiz Paşayev, nəvəsi - Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru,

Davamı...

 

Интервью с известным и модным российским писателем Эдуардом Багировым.

 

Эдуард Багиров: «Если бы я действительно полностью описал все то, что с чем сталкиваются типичные азербайджанцы, приехавшие в Москву, не имея в этом городе связей и знакомств, то это уже был бы не роман, а ужастик»

 - Эдуард, начну с традиционного вопроса: первый ли Вы раз посетили Баку?

- Да, в Баку я в первый, но очень надеюсь, что не в последний раз. Пользуясь случаем, хочу поблагодарить за приглашение депутата парламента Азербайджана, моего большого друга и просто очень хорошего человека Анара Мамедханова. Ну а сам город мне очень понравился; такой архитектуры, как в столице Азербайджана, на мой взгляд, нет даже в Барселоне.

Davamı...

 

Мать Мишеля Уэльбека вступилась за свою честь

 

Люси Cеккальди, Мишель Уэльбек. Фото AFP
Люси Cеккальди, Мишель Уэльбек. Фото
AFP

Davamı...

 

“QƏRİBƏ TƏSADÜF” FİLMİNİ GÜRCÜ KİNEMATOQRAFÇILARI XİLAS ETMİŞLƏR

 

Eldar Ryazanovun məşhur “Qəribə təsadüf və ya həmişə təmizlikdə!” filmi SSRİ Dövlət mükafatını gürcü kinematiqrafçılarının sayəsində almışdır.
Bunu jurnalistlərə 25 ildən sonra yenidən Tbilisiyə gəlmiş Eldar Ryazanov bildirmişdir.
O demişdir ki, filmin namizədliyini dövlət mükafatına irəli sürmək istəmirdilər. Oktyabr inqilabının 60-cı ildönümü ərəfəsində (1977-ci il) sərxoş həkimin macəralarından bəhs edən filmi dövlət mükafatına layiq görmək münasib sayılmırdı. Onda Rezo Çxeidze filmi “Gürcüstanfilm” kinostudiyasının adından təqdim etmək təklifini irəli sürmüşdü.
Rejissor əlavə etmişdir ki, “Gürcüstanfilm” Barbara Brılskayanın da namizədliyini SSRİ dövlət mükafatına təqdim etdi. O illər heç bir əcnəbi aktrisa bu yüksək mükafata layiq görülməmişdi. Lakin gürcü kinematoqrafçılarının təkidi ilə gözəl sarışın polyak aktrisası da mükafatlandırıldı.

Davamı...

 

Kitablarda ömür

 

LAKİN BİR DƏFƏ “SƏN YAZ” DEDİ...

AzərTAc xəbər verir ki, aprelin 30-da C.Cabbarlı adına Respublika gənclər kitabxanasında Milli Məclisin deputatı, əməkdar jurnalist, yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının təqdimatı olmuşdur. Kitaba ön sözü görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenov yazmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq bildirdi ki, təqdim edilən ikicildlik bir çox baxımdan dəyərlidir. Böyük faktoloji və politoloji materialın toplandığı kitabda ümummilli

Davamı...

 

Türk Dünyasının kulturoloji-intellektual birliyi

 

BAKIDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85 İLLİYİ İLƏ ƏLAQƏDAR TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN VII İCLASI KEÇİRİLİR
FƏXRİ XİYABANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu”

Davamı...