Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Teatra patoloji nifret edənlər üçün AFİŞA

 

Teatr                          

    İbrus Teatrı

04.04.08- Jan Kokto “Tək səs” tamaşası
18.04.08- R. İbrahimbəyov “İvan Buninin sonuncu döyüşü” tamaşası
25.04.08- R. İbrahimbəyov “Arabir görüşməyə kişi axtarıram” tamaşası30.04.08- R. İbrahimbəyov “Şirə bənzər” tamaşası
Qeyd: Bütün tamaşalar saat 19:00 başlanır. Biletlərin qiyməti 6-10 manat arasındadır.

Davamı...

 

Mədəniyyət hadisələri - ədəbiyyat qalmaqalları

 

Son dövrlərdə Çində istedadlı yazıçı qıtlığı yaranıb


Lit.az xəbər verir ki, Çində bir çox nəşriyyatlar uşaq ədəbiyyatı üzrə ixtisaslaşmış yazıçıların azlığından əziyyət çəkir. Bu günlərdə Pekinin baş nəşriyyatının rəsmiləri ən yaxşı uşaq ədəbiyyatı nümunəsini onlara təqdim edəcək yazıçıya ikiqat qonorar vəd ediblər. Statistik göstəricilərə görə Çində azyaşlı uşaqlar və məktəblilər əsasən xarici dillərdən tərcümə edilən uşaq ədəbiyyatını mütaliə edirlər. Çinin Təhsil nazirliyinin nümayəndələri isə bu qıtlığı son dövrlərdə istedadlı yazıçıların yetişməməsində görür

Yaponiyada bar işçisi "Aqutaqava mükafatı"na layiq görülüb

 

Davamı...

 

Kulturoloji-ədəbi hadisələrin icmalı...

 

Xalq yazıçısı Anarın yubileyi “Üns” teatrında qeyd olundu 

 Martın 15-də “Üns” teatrında xalq yazıçısı Anarın anadan olmasının 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi. Mərasimi millət vəkili, AMEA-nın müxbir üzvü Rafael Hüseynov açaraq dedi: “Ədəbi və ictimai-siyasi həyatımızın tanınmış simalarından biri olan Anar öz yaradıcılığıyla tamam başqa həqiqət vasitələri kəşf edib. Anar hər zaman olacaq, Anar qatarı hər zaman gələcəyə doğru sürət götürəcək. Anar varlığıyla, doğurduqlarıyla elə bir mənəviyyat qatarı yaradıb ki, bu qatar ən uzaq keçmişlərimizdən gəlir, ən uzaq sabahlarımıza yönəlib. Anar dar bir çərçivədə olan yazıçı deyil, dar yerdə böyük bir şəxsiyyət deyil, Anar Azərbaycan mədəniyyətinin və Azərbaycan mənəviyyatının nadir və sevimli bir hadisəsidir. Anar körpüdür — keçmişlə bu gün arasındakı körpü. Babalarla gələcək nəsillər arasındakı körpüdü. 1873-cü ildə Anarın bir mənəvi babası o biri mənəvi babasına məktub yazırdı. Məktubu yazan Həsən bəy Zərdabi, məktubu alan Mirzə fətəli Axundzadə idi. Həsən bəy yazırdı ki, söhbət xalqa məhəbbətdən, camaatı maarifləndirməkdən gedəndə müftə işləyib, sağ ol eşitməmək əhəmiyyətsizdi. Belə şəxslər mükafatı öz-özündə tapır, öz vicdanını təmizləyir.

Davamı...

 

“Arılar arasında” tamaşasına ictimai baxış keçirilmişdir

 

Martın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Arılar arasında” pyesi əsasında rejissor Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşaya ictimai baxış keçirilmişdir.
Yeni səhnə əsərinin əsas süjet xətti insanlar arasında yaşamaqdan bezən, buna görə də tənhalıq axtararaq təbiətin qoynuna üz tutan babanın ətrafında cərəyan edir. Tənha baba təbiətin qoynunda milyonlarla ulduzun içərisindən uzaqda, lap balaca, gözlə güclə seçilən bir ulduz tapır. fikirləşir ki, həmin ulduz da onun kimi tənhadır. Əvvəlcə istəyir ki, mehrini ona salsın.

Davamı...

 

Musiqi, incəsənət...

 

BERLİNDƏ ALMAN MUSİQİSEVƏRLƏRİ AZƏRBAYCAN MUĞAMLARINI HEYRANLIQLA DİNLƏMİŞLƏR
 Almaniyada keçirilən “Azərbaycan İli” mədəniyyət proqramı çərçivəsində martın 29-da Berlin şəhərinin mərkəzində yerləşən “Fransız kilsəsi”ndə “Xalqın ruhu” adlı muğam axşamı təşkil edilmişdir. Axşamda alman musiqisevərləri məşhur xanəndə, xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova, eyni zamanda gənc sənətkarlar Aidə Əliyeva və Pərvaz İbrahimlinin ifasında Azərbaycan muğamlarını heyranlıqla dinləmişlər.

Davamı...

 

Bayramlar: Novruz və ədəbiyyat...

 

NOVRUZ BAYRAMI NYU-YORK MERİNİN İQAMƏTGAHINDA QEYD EDİLMİŞDİR

Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) Nyu-York şəhərinin meri Maykl Blumberqin iqamətgahında Novruz bayramını qeyd etmişdir.
AAC-nin prezidenti Tomris Azərinin verdiyi məlumata görə, Manhettendəki “Qreysi” iqamətgahında cəmiyyətin təşkil etdiyi ziyafətdə türk, İran, Pakistan və əfqan diasporunun fəalları da iştirak etmişlər. Qonaqlar arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev də olmuşdur.
Mer M.Blumberq Azərbaycan icması üzvlərini və Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etmişdir.

Davamı...

 

Kitablar, Putin-Ömər Xəyyam, A.Klark, qalmaqalçı Nobelçi...

 

Обложка книги, победившей в конкурсе. иллюстрация с сайта amazon.co.uk

Обложка книги, победившей в конкурсе. иллюстрация с сайта
Британский журнал выбрал самое курьезное название книги

Davamı...

 

Yazıçı aləmi, yaradıcı dünyası

 

Çinğiz Aytmatov: "Bakıda hər şey mənə doğma idi


«Bakıda mənim yubiley ilim start götürdü, Astanada isə davam etdi». Bunu  Astanada jurnalistlərlə söhbətində yazıçı Çingiz Aytmatov deyib.
"Bakı çox gözəl şəhərdir. Orada olanda bir daha hiss etdim ki, türk dünyası yaradıcılığıma necə böyük simpatiya və xüsusi diqqət göstərir", - deyə Aytmatov 80 illik yubileyi münasibəti ilə Qırğızstanın Astanadakı səfirliyində keçirilən qəbulda bəyan edib.
Yazıçı Bakıda bir həftə qaldığını xatırladıb. "Bu günlər təmaslarla zəngin idi. Prezident İlham Əliyevlə görüş keçirildi, onunla bir saat söhbət etdik. Daha çox söhbət edə bilərdik, lakin mən onun vaxtını çox almaq istəmədiyim üçün bunu özümə rəva bilmədim", - deyə o qeyd edib.

Davamı...

 

Mədəniyyətdə kimlər keçdi...

 

XALQ ARTİSTİ TÜKƏZBAN İSMAYILOVA VƏFAT ETDİ

XALQ ARTİSTİ TÜKƏZBAN İSMAYILOVA VƏFAT ETDİ

85 yaşında dünyasını dəyişən müğənni uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi

QayNar: Azərbaycan mədəniyyətinə və ictimaiyyətinə ağır itki üz verib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən xalq artisti, musiqi tarixmizin korifeylərindən biri Tükəzban İsmayılova vəfat edib.
Xatırladaq ki, "Şöhrət" oredenli müğənninin 85 yaşı var idi. Martın əvvəllərində səhhəti kəskin pisləşmiş  T. İsmayılovanı Mərkəzi Klinik Xəstəxanaya aparmışdılar. Xalq artisti çanaq-bel sümüyündən əməliyyat olunmuş və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimləri onun vəziyyətinin kritik olduğunu deyirdilər.

Davamı...

 

Dünyanın mədəniyyəti, mədəniyyətin dünyası

 

BAHA TAHİR "ƏRƏB BUKERİ"Nİ ALDI

Tanınmış Misir yazıçısı Baha Tahir "Buker"in ərəb analogu sayılan və 50.000 dollarlıq pul mükafatını nəzərdə tutan ödülə sahib olub. Mükafatın təqdim olunması mərasimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Zəbi şəhərində keçirilib.
73 yaşlı Baha Tahir bu ödülə "Qürub vadisi" (Sunset Oasis) adlı romanına görə layiq bilinib. Münsiflər heyəti bu romanı "itirilmiş insanın ekzistensial böhranını əks etdirən " əsər kimi dəyərləndirib.
Baha Tahirin rəqibləri sırasında Livan, İordaniya, Suriya və Misirdən olan ünlü ərəb yazarları vardı.

Davamı...

 

VIII Bakı Kitab Bayramı: İllik Milli Kulturoloji Yarışmasına start verildi...

 

Azərbaycan Xalq Cümhuriyyətinin - 90,  Mir Cəlal (Paşayev) - 100

VIII Bakı Kitab Bayramı      

   Yubileyimiz – 10 ilimiz

Azərbaycan Respublikasında İllik Milli Kulturoloji Layihə

Kitab bayrami

(Ötənilki - VII Bakı Kitab Bayramının rəsmi mərasimindən kadr)

Davamı...

 

Ədəbiyyatda, sənətdə, mədəniyyətdə oyanış, həyatda isə...

 

“Sənət qəzeti” bərpa olunur

 Samir Sədaqətoğlu  təsisçisi və baş redaktoru olduğu  “Sənət qəzeti”nin  bərpası istiqamətində  fəaliyyətə başlayıb. Qəzetin bir qrup müəllifi ilə görüşən baş redaktor  «Sənət qəzeti»in yenidən  nəşrə başlaması üçün  ciddi maliyyə problemlərinin olduğuna diqqət çəkib. Görüşdə müxtəlif layihələr nəzərdən keçirilib,  «Sənət qəzeti”nin bərpası ilə əlaqədar işçi qrupunun yaradılması qərara alınıb.İşçi qrupu müəlliflərə də müraciət edərək, onlara öz yazılarını bu emailə göndərmələrini rica edir: senetqazeti@gmail.com.
Xatırladaq ki,  “Sənət qəzeti” bir müddət öncə  baş redaktorun  həbsi ilə əlaqədar fəaliyyətini dayandırmışdı.
Samir Sədaqətoğlu  keçən ilin dekabrında prezidet fərmanı ilə əfv olunub.

Davamı...

 

Azərbaycan mədəniyyəti: uğurlar, axtarışlar...

 

Çingiz Abdullayev yeni əsər üzərində çalışır

Çingiz Abdullayev yeni əsər üzərində çalışır

Çingiz Abdullayevin növbəti əsərinin qəhrəmanı yenə Dronqo olacaq. Dedektiv janrında olacaq yeni əsər psixoloji hadisələrlə zəngindir. Ən maraqlı hadisələr Bakının küçələrində cərəyan edir. Yazıçının TrendLife-a bildirdiyinə görə, onun yeni əsərləri yaxın aylarda reallaşacaq İngiltərə, Türkiyə və Fransa səfərləri zamanı müzakirə ediləcək. Eyni zamanda, səfər zamanı ədibin yeni nəşrlərinin təqdimatı da nəzərdə tutulub. Söhbət əsnasında onu da öyrəndik ki, Ç.Abdullayev əsərlərindən birinin ekran ssenarisi üzərində işləyir. Dövlət sifarişi ilə çəkiləcək film Azərbaycan və Rusiyanın birgə istehsalı olacaq.

Davamı...

 

Siyasət və ədəbiyyat. İngilislərin ən dəyərli kitabı...

 

Иллюстрация © Frankfurt Book Fair

Иллюстрация © Frankfurt Book Fair

Финны обиделись на Франкфуртскую книжную выставку

Davamı...

 

В Великобритании издана книга о сексе в Ветхом Завете

 

"Вирсавия" кисти Карла Брюллова. Фрагмент репродукции с сайта abcgallery.com

"Вирсавия" кисти Карла Брюллова. Фрагмент репродукции с сайта abcgallery.com

Davamı...

 

Mədəni dünyada nələr olurmuş...

 

Фото с сайта sarahbethpurcell.com
Фото с сайта sarahbethpurcell.com

Искушение жизнью других. Фальсифицированные мемуары разозлили читателей

Davamı...

 

Kulturoloji prosesdə nə baş verir: böhran, yoxsa sıçrayış (faktlar)

 

AzərTAc-IN FOTOMÜXBİRİ BEYNƏLXALQ MÜSABİQƏDƏ NÖVBƏTİ DƏFƏ QƏLƏBƏ QAZANMIŞDIR

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın fotomüxbiri İlqar Cəfərovun işləri Moskvada Dövlət Darvin Muzeyinin təşkil etdiyi “Analıq” müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan fotoqrafının “Üçəmlərin anası” və “Gənc analar” fotoları ən yaxşı işlər sayılmışdır. Müsabiqənin 10 qalibinin işləri muzeydə təşkil olunacaq “Ana və uşaq” sərgisində nümayiş etdiriləcəkdir.
Xatırladaq ki, bu, AzərTAc-ın müxbirinin beynəlxalq müsabiqədə artıq beşinci qələbəsidir.

Davamı...