Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Oskar Ödülünün qalibləri (geniş məlumat və şəkillərlə)

 

oscarABŞ-da Amerika Kino Akademiyasının mükafatlarının təqdimetmə mərasimi keçirilib. “Oskar” adı ilə tanınan bu mükafatların təqdim olunması mərasimi ənənəyə uyğun olaraq Los-Ancelesdəki “Kodak” kinozalında keçirilib.İlin baş kino mükafatı nominasiyasında “Burada qocalara yer yoxdur” (No country for old men), “Neft” (There will be blood), “Günahların təmizlənməsi” (Atonement), “Cuno” (Juno) və “Maykl Kleyton” (Michael Clayton) filmləri mübarizə aparıb. Münsiflər heyətinin qərarına görə, ilin baş “Oskar” mükafatını “Burada qocalara yer yoxdur” kriminal dramı qazanıb. Koen qardaşlarının çəkdiyi bu film həm də “Ən yaxşı adaptasiya olunmuş film” mükafatına layiq görülüb. İlin ən yaxşı aktrisası adına Marion Kotiyar (“La vie en rose” filmi), ən yaxşı kişi rolu ifaçısı adına isə Deniel Dey-Luis (“Neft” filmində yaratdığı maqnat obrazına görə) layiq görülüb. İkinci planda ən yaxşı qadın roluna görə Tilda Suinton (“Maykl Kleyton” filmi), ən yaxşı kişi roluna görə isə ispan aktyoru Havyer Bardem

Davamı...

 

Kulturoloji proseslərin xəbərləri

 

Bakıda beynəlxalq karikatura müsabiqəsi keçiriləcək

 Azərbaycan Karikaturaçılar Birliyi “Molla Nəsrəddin” Azərbaycan - 2008 Beynəlxalq Karikatura Müsabiqəsi keçirir. “Ən yaxşı karikaturam” adlanan müsabiqənin şərtlərini aşağıda təqdim edirik:

1.Müsabiqə bütün həvəskar və professional karikaturaçılara açıqdır.
2. Müsabiqəyə başqa bir yarışda mükafat almış karikaturalar da göndərilə bilər.
3. Mövzu “Ən yaxşı əsərim” sərbəst.
4. Müsabiqəyə max 3 karikatura göndərilə bilər
5. Format min A4, max A3
6. Son tarix 1 mart.
7. Karikaturalar original olmalıdır. Kopiya qəbul olunmur

Davamı...

 

TÜRK ŞEİRİ «ƏSRAR DƏDƏDƏN ORXAN ARASADƏK»

 

Davamı...

 

Oskar ödülü 2008: bütün nominantlar, iddiaçılar...

 

 

 

Davamı...

 

Xocalı Soyqırımı 16 ildən sonra...

 

FRANSIZ DİLİNDƏ NƏŞR EDİLMİŞ “ƏSİR TORPAQ-QARABAĞ” KİTABININ TƏQDİMATI OLMUŞDUR

AzərTAc xəbər verir ki, fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində fransız dilində nəşr edilmiş “Terre occupe-Haut Karabakh” (“Əsir torpaq-Qarabağ”) kitabının təqdimatı olmuşdur.
Kitabın müəllifi, Belçika Azərbaycan Evinin sədri Bülent Gürcam rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, artıq 8 ildir fəaliyyət göstərən təşkilat Belçikada Azərbaycan diasporunun formalaşması və inkişafında, ölkəmizdə gedən proseslərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparır, müxtəlif layihələr həyata keçirir. Azərbaycan diaspor numayəndələrinin fəallığının artırılması məqsədi ilə Belçika Azərbaycan Evi “Euro Xəbər” qəzeti ilə birlikdə “Yurd daşı” adlı xüsusi mükafat təsis etmişdir. Bu mükafat Avropada Azərbaycan həqiqətlərinin yayılmasında xüsusi xidmətlər göstərmiş soydaşlarımıza hər il təqdim ediləcəkdir.

Davamı...

 

Dünya mədəniyyəti şoulaşır

 

Fransada yazıçı Simon de Bovuarın çılpaq rəsmi dərc olunub
Çılpaq qadın    Lit.az xəbər verir ki, bu gün Fransanın bütün mətbaut orqanlarında tanınmış fransız yazıçısı, filosof, milli qadın hərəkatının aparıcı üzvlərindən biri Simona de Bovuarın (1908-1986) 50-ci illərdə Çikaqoda çəkilmiş çılpaq rəsmi dərc olunub. Şəkli isə həmin vaxt onunla birlikdə oteldə olan sevgilisi Jan Pol Sartr çəkib. Məlumat üçün bildirək ki, onlar uzun müddət birgə yaşayıblar. Bovuar öz xatirələrində Sartrdan təsirləndiyini dönə-dönə vurğulayıb. Sarbonn universitetində fəlsəfə üzrə təhsil almış Bovuar ədəbiyyata 30-cu illərdə gəlib. 1944-cü ildə Jan Pol Sart və Reymond Aronla birgə 'Les Temps Modernes' adlı jurnal təsis ediblər. Bir çox əsərlərin müəllifi olan yazıçı 1986-cı ildə dünyasını dəyişib və altı ay ondan öncə həyatdan köçmüş Sartla yanbayan dəfn olunub.

Davamı...

 

Mədəniyyət olayları - mədəni qalmaqallar

 

"Buker"in münsifləri S.Rüşdini yenidən qalib etmək istəyir?

 Böyük Britaniyada "Buker" həyəcanı yenidən başlanıb. Belə ki, təşkilat komitəsi bu ilin iyulunda son 40 ildə (1968-2008) yazılmış və "Buker"ə layiq görülmüş əsərlərdən birini yenidən mükafatlandırmaq qərarına gəlib. Hələ 15 il bundan öncə "Buker"in münsifləri mükafatın 25 illiyi ilə əlaqədar "Gecə yarısının övladları" (1981) adlı romanına görə Salman Rüşdini sevindirmişdilər. Artıq "Super Buker"ə namizədlərin adları açıqlanıb. Onların arasında Salman Rüşdinin də adı var. Bundan başqa Yan Martelin "Pinin ömrü", Maykl Ondatcenin "İngilis pasienti", Barri Ansvortun "Müqəddəs aclıq" və Marqaret Etvudun "Kor qatil" adlı romanları da mükafata namizəddirlər. Namizədlərin tam siyahısı bu ilin may ayında açıqlanacaq, iyulda isə Londonun "Southbank Centre" adlı yerində mükafatlandırma mərasimi təşkil olunacaq.

Davamı...

 

Qalmaqallı Art-xəbərlər

 

“Eurovision”da Türkiyəni təmsil edəcək mahnı müəyyənləşib

“Eurovision”da Türkiyəni təmsil edəcək mahnı müəyyənləşib

 

Türkiyəni “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək “Mor və Ötəsi” qrupunun ifa edəcəyi mahnı müəyyənləşib. Qrupun TRT-yə təqdim etdiyi üç mahnı arasında seçim aparılıb və “Dəli” adlı mahnı bəyənilib. “Dəli” fevralın 15-də TRT-nin İstanbuldakı Təpəbaşı studiyasında ictimaiyyətə təqdim olunacaq. Qrup mətbuat konfransında mahnını canlı ifa edəcək.
Xatırladaq ki, 53-cü “Eurovision” musiqi yarışmasının finalı mayın 22-də Serbiyanın paytaxtı Belqradda olacaq.

Davamı...

 

Dünya və milli ədəbi-mədəni hadisələrdən xəbər tutun

 

Elif Şafak

 

Məşçhur türk yazarı Elif Şafak New Yorkda özü və çağdaş Amerika yazıçısı Çarles Baxter üçün düzənlənən qiraət gecəsinə qatılıb. Unterberg Şeir Mərkəzi tərəfindən düzənlənən ədəbiyyat gecəsində yazar xanım son romanlarından biri olan “Ata və bic” (Baba və peç) romanından bir parçanı oxucuların qarşısında oxuyub.
“Yazçıların həm də yaxşı dinləyici olması lazımdır. Onlar uşaq kimi öyrənməyə də hər zaman hazır olmalıdırlar” - deyə Elif xanım oxucularıyla söhbətində bildirib.

Davamı...

 

Elşin Əlibəyli ədəbiyyatı TV-yə - "El işinə" gətirdi və peşiman oldu...

 

“El İçində”KultAz: ATV-nin “El İçində” verişinin bu dəfəki buraxılışı ədəbiyyata, daha konkret desək ədəbiyyatın problemlərinə həsr olunmuşdu. Verilişi izləyənlər bilir ki, problemlərin müzakirəsi baş tutmadı. Veriliş haqqında danışmaq, onu şərh etmək fikrimiz yoxdur. Proqramı izləyənlərin fikirlərini öyrənmək daha maraqlı olardı.
Məlumat üçün qeyd edək ki, bu veriliş ikinci dəfə idi çəkilirdi. Birinci verilişdə daha konkret söhbətlər aparılmış, ədəbiyyatın və ədəbi prosesin problemləri ciddi şəkildə müzakirə olunmuşdu. Problemlərin yaranmasında sorunlu olan konkret ünvanlar göstərilmişdi. İki gün sonra isə məlum oldu ki, guya “veriliş pozulub”, hansısa “texniki xətalar” meydana gəlib. “Amma narahat olmayın, biz verilişi təzədən çəkəcəyik”. Sonrası verilişi izləyən hər kəsə bəllidir.

Davamı...

 

Mədəniyyətimizdə baş verənlər

 

Milli Ensiklopediya açıq satışa çıxarılmayacaq

 Milli Ensiklopediyanın baş redaktoru Tofiq Nağıyevin TrendLife-a bildirdiyinə görə, yeni nəşr kitab köşklərində satışa buraxılmayacaq. Bunun səbəblərindən danışan T.Nağıyev eyni zamanda bildirdi ki, kitabın qiyməti 30-35 manat təşkil edəcək. Açıq satışın olmayacağının səbəblərini izah edən baş redaktor vurğuladı ki, bu addımı kitabın öz qiymətindən baha satılmasının qarşısını almaq üçün atıblar: «Artıq dünəndən ensiklopediya Prezident Aparatının göstərişi ilə rəsmi dövlət instansiyalarına, məktəblərə, kitabxanalara paylanmağa başlayıb. Bu proses başa çatdıqdan sonra isə ensiklopediya rus və ingilis dillərinə tərcümə olunaraq internetdə yerləşdiriləcək».

Davamı...

 

HƏFTƏLİK AFİŞA

 

Dövlət Filarmoniyası

   19 fevral - Fortepiano musiqisi axşamı, solist Mixail Lidski (Rusiya), saat 19.00
   20 fevral - Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının konserti, solist Aslan İlyasov, saat 19.00
   22 fevral - Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin konserti, bədii rəhbər və baş dirijor Rauf Abdullayev, solist Fuad İbrahimov, saat 19.00
 


Akademik Milli Dram Teatrı
16 fevral - T.Cücənoğlu. “Uçqun”, saat 19.00
   17 fevral - Ə.Əmirli. “Mesenat”, saat 19.00

Davamı...

 

DÜNYANIN YÜZDƏN ÇOX ZİYALISI «ZƏNAN» JURNALININ BAĞLANMASINA QARŞI ÇIXDI

 

«Zənan» jurnalının sonuncu sayının üz qabığı

Davamı...

 

Mədəniyyətlərarası dialoqa dair kitab

 

SİVİLİZASİYALARIN DİALOQUNDA PARTİYALARIN ROLU
BEYNƏLXALQ KONFRANSIN MATERİALLARI YENİ AZƏRBAYCAN PARTİYASININ VƏ AZƏRTAC-IN BİRGƏ LAYİHƏSİNDƏ

Yeni Azərbaycan Partiyasının və AzərTAc-ın birgə layihəsi olan “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” kitabı yenicə çapdan çıxmışdır.
Kitaba keçən ilin payızında keçirilmiş “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda beynəlxalq konfransın materialları - dünyanın 20-dən çox ölkəsinin, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada, Çin, Hindistan, Misir, Pakistan, Latviya, Avstriya, Moldova və Vyetnamın parlamentlərinin və siyasi partiyalarının yüksək vəzifəli təmsilçilərinin, eləcə də beynəlxalq təşkilatların, Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin, alimlərin çıxışları daxil edilmişdir.

Davamı...

 

Лауреаты премии World Press Photo

 

"Фотография года". Солдат, отдыхающий в бункере. Тим Хезерингтон для Vanity Fair
700x467, 75K
"Срочные новости", первое место. Убийство Беназир Бхутто. Джош Мур, Getty Images
700x467, 48K
"Срочные новости", второе место. Беспорядки во время выборов в Кении. Роберто Шмидт, France Presse
700x467, 95K

Davamı...

 

Оскаровский сезон 2008

 

13.02.2008 16:23:44
Оскаровский сезон 2008
Зимний сезон награждения лучших фильмов прессой и представителями профессиональных гильдий начался 6 декабря 2007 года. В отсутствие явных фаворитов кинобщественность прислушивается к происходящему с удвоенным вниманием. Больше всего наград пока снискали "Искупление", "Война Чарли Уилсона", "Суини Тодд", "Старикам тут не место" и "Майкл Клейтон". Юбилейная - восьмидесятая - церемония вручения "Оскаров" пройдет 24 февраля 2008 года в Лос-Анджелесе.

Davamı...

 

"Грэмми" для Эми

 

Трансляция выступления Эми Уайнхаус на церемонии "Грэмми". Фото AFP

Davamı...

 

Dünya kulturoloji olayları

 

Обложка сборника Тома Слея "Space Walk". Иллюстрация с сайта amazon.com

Обложка сборника Тома Слея "Space Walk". Иллюстрация с сайта amazon.com

Davamı...

 

Mədəniyyət salnaməsinin epizodik səhifələri

 

RAMİZ HƏSƏNOĞLUNUN EMALATXANASI 15 YAŞA ÇATDI


Davamı...

 

AZƏRBAYCAN XALQ NAĞILLARI” KİTABININ ALMAN DİLİNDƏ

 

“AZƏRBAYCAN XALQ NAĞILLARI” KİTABININ ALMAN DİLİNDƏ İKİNCİ NƏŞRİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə avstriyalı azərbaycanşünas Liliane Qrimmin tərcümə etdiyi “Azərbaycan xalq nağılları” kitabının alman dilində ikinci nəşri çapdan çıxmışdır. Berlində “Verlag Dr. Köster” nəşriyyatı tərəfindən nəfis tərtibatda nəşr edilmiş kitabda 17 Azərbaycan xalq nağılı və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsili toplanmışdır.
Kitab üçün çəkilmiş illüstrasiyaların müəllifi Almaniyada yaşayan tanınmış rəssam İbrahim Əhrari, redaktorları isə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı

Davamı...

 

«AVROVİZİYA» ÜZRƏ MİLLİ FİNALDA MUĞAM BOĞAZININ «ŞEYTAN»a TAPŞIRILMASINA MÜTƏXƏSSİSLƏRİN MÜNASİBƏTİ

 

Davamı...

 

YANVAR AYI ƏRZİNDƏ 25 QƏZETDƏ PEŞƏ PRİNSİPİ 287 DƏFƏ POZULUB (Mətbuat Şurasının monitorinqi)

 

 Mətbuat Şurası kütləvi informasiya vasitələrində ümumi tendensiyaları müəyyənləşdirmək məqsədilə apardığı monitorinqin yanvar ayı üçün yekunlarını açıqlayıb.

Monitorinqə 25 gündəlik və həftəlik nəşr - «Azərbaycan», «Xalq qəzeti», «525-ci qəzet», «Zerkalo», «Yeni Müsavat», «Azadlıq», «Gün səhər», «Exo», «Şərq», «Səs», «Ədalət», «Bakı xəbər», «Xalq cəbhəsi», «Olaylar», «Respublika», «Ekspress», «İki sahil», «Mərkəz», «Yeni Azərbaycan», «İmpuls», «Paritet», «Palitra», «Kaspi», «Xəzər» və «Reytinq» cəlb olunub.

Monitorinq 3 istiqamətdə aparılıb.

Davamı...

 

Yeni nəşr və musiqi xəbəri...

 

AZƏRBAYCANLI PSİXOLOQUN YENİ KİTABI ÇAPDAN ÇIXIB

Davamı...

 

SONUNCU İRAN ŞAHININ XANIMI FƏRƏH PƏHLƏVİNİN «XATİRƏLƏR»i NƏŞR OLUNUB

 

 

Davamı...

 

Mədəniyyət və ədəbiyyat olayları

 

Əkrəm Əylisli “Daş yuxular”

Yazıçı, millət vəkili Əkrəm Əylisli uzun müddət idi ki, yeni roman üzərində işlədiyini deyirdi. Bu günlərdə isə Əkrəm müəllim romanını tamamlayıb. Yazçı yeni əsərinin “Daş yuxular” adlandığını bildirib.
Romanın çapının bir müddət gecikəcəyini deyən Ə. Əylisli bunu əsər üzərində işinin bitməməsi ilə izah edib: “Romanı tamamlasam da, onun üzərində əl gəzdirməyə ehtiyac var. “Daş yuxular” hələ çap üçün hazır deyil”. Əkrəm müəllim romanın ən azı üç-dörd aydan sonra kitab şəklində çap ediləcəyini söyləyib. Amma yazıçı əsərini hansı nəşriyyatda dərc etdirəcəyini deməyib. Bildirib ki, bunu özü də bilmir. Hələ ki, heç bir nəşriyyatdan təklif yoxdur, özü isə bu barədə düşünməyib.

Davamı...

 

Билл Гейтс ушел из Facebook

 

Билл Гейтс. Фото AFP

Билл Гейтс. Фото AFP

Davamı...

 

Очередная (уже пятидесятая по счету) "Грэмми" - 2008

 

О премии

"Грэмми" - одна из самых престижных наград в сфере музыки, своего рода музыкальный аналог "Оскара". Премия вручается Американской академией звукозаписи с 1959 года. Награду - статуэтку в форме позолоченного граммофона (grammy по-английски - "граммофончик") - получают исполнители, авторы песен, аранжировщики и продюсеры, работающие в совершенно разных жанрах.

Очередная (уже пятидесятая по счету) церемония награждения "Грэмми" состоится в спортивном комплексе Staples Center в Лос-Анджелесе 10 февраля 2008 года.

Davamı...

 

Evrovision-2008 müsabiqəsi milli seçiminin qaliblərini dəstəkləyək

 

Elnur Hüseynov və Samir Cavadzadə ilə müsahibə

Elnur Hüseynov və Samir Cavadzadə ilə müsahibə

"Kürənlərin bəxti gətirir"

 Evrovision-2008 müsabiqəsi milli seçiminin qalibləri

- Təəssüratlarınız necədir? Samir, səhnə sənin üçün yenilik deyil, sən Röya ilə birgə də çıxış etmisən, ancaq Elnur üçün böyük səhnə hələ yenilikdir.
Elnur: Mən hər gün toylara gedir və 500-600 nəfərlik auditoriya qarşısında çıxış edirdim, bu isə öz növbəsində, böyük zal deməkdir (gülür).

Davamı...

 

Mədəniyyətimizdə nə var, nə yox?!

 

QARA QARAYEVİN XATİRƏSİ ANILMIŞDIR

AzərTAc xəbər verir ki, fevralın 5-də Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar respublika musiqi ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək, xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək demişdir ki, Qara Qarayev dünya şöhrətli

Davamı...

 

QOCAMAN JURNALİST VƏFAT EDİB. "Əli və Nino" romanımız Banqladeşdə

 


Rouz Heker

Davamı...

 

CORC BUŞUN ARVADI ORXAN PAMUKU BƏYƏNİB

 

Lora Buş

ABŞ prezidenti Corc Buşun həyat yoldaşı Lora Buş Türkiyə yazıçısı Orxan Pamukun Nobel mükafatına layiq görülən «Mənim adım qırmızı» əsərini oxuyur.

«Media forum» saytı xəbər verir ki, «Fox News» xəbər televiziyasının qonağı olan ABŞ-ın birinci ledisi «Siz keçmiş kitabxanaçısınız və oxumuğa böyük marağınız var. Bugünlərdə nə oxuyursunuz» sualına cavabında deyib ki, Türkiyənin Vaşinqtondakı səfirinin həyat yoldaşı Gülgün Şensoy ona «Mənim adım qırmızı» kitabını hədiyyə edib. L.Buş əsərin çox maraqlı olduğunu bildirib.

 

"Nizami" - Qlobal Kulturoloji Mükafat təsis edildi...

 

"Nizami" - Qlobal Kulturoloji Mükafat təsis edildi...

Nizami

Yanvarın 28-də Yeni Yazarlar və Sənətçilər Qurumu, Gənclər "Pen-klub"u, www.xariciedebiyyat.tk saytı və "Poeziya" klubunun rəsmilərinin iştirakı ilə keçirilən iclasda bu qurumların birgə təşkilatçılığıyla "Nizami" - Qlobal Kulturoloji Mükafatının təsis edilməsi barədə qərara alınıb.

Davamı...

 

Bu sərsəm, fəqət maraqlı sənət hadisələri...

 

Kultaz: Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, portalımızın yazarı, yazıçı-kulturoloq Aydın Xan bu gün ANS-in efirində “Qaynar Qazan” verilişinin aparıcısı qismində çıxış etdi.
Güman ki, ANS-in bu addımı Gənclər Günü ilə bağlı idi.Veriliş boyu çağdaş ədəbiyyat haqqında da məlumat verməyə çalışan Aydın bəy ümumilikdə aparıcı işinin öhdəsindən pis gəlmədi.

1 2

Davamı...

 

Çağdaş İncəsənətimizin maraqlı olayları

 

GƏNC DİRİJOR ƏYYUB QULİYEV POLŞADA KEÇİRİLƏCƏK ƏNƏNƏVİ SİMFONİK MUSİQİ FESTİVALINDA İŞTİRAK EDƏCƏKDİR

Fevralın 28-dən martın 7-dək Polşanın Keltse şəhərində görkəmli polyak bəstəkarı V.A.Motsartın yaradıcılığına həsr olunmuş ənənəvi simfonik musiqi festivalı keçiriləcəkdir.
“Motsartın portreti” adlanan festivalda iştirakçılar yalnız Motsartın musiqisini ifa edəcəklər.
Gənc azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev bu festivala Oskar Kolberq adına Keltse Filarmoniyasının rəhbərliyi tərəfindən dəvət edilmişdir. Ə.Quliyev festivalda Keltse Filarmoniyasının orkestrinə dirijorluq edəcəkdir. Orkestr Motsartın 33-cü və 34-cü simfoniyalarını, fortepiano və orkestr üçün 20-ci konsertini ifa edəcəkdir

Davamı...

 

Avdoviziya - 2008: Azərbaycan Avropanı fəht edəcəkmi?

 

MÜĞƏNNİ ELNUR HÜSEYNOV “AVROVİZİYA MAHNI MÜSABİQƏSİ-2008” MİLLİ SEÇİM TURUNUN QALİBİ OLMUŞDUR

AzərTAc xəbər verir ki, Elnur Hüseynov “Avroviziya mahnı müsabiqəsi-2008” milli seçmə mərhələsinin qalibi olmuşdur. Fevralın 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən final yarışması möhtəşəm konsert proqramı ilə yekunlaşmışdır.
Məhz bu konsertdən sonra E.Hüseynov Azərbaycanı mayda Belqradda keçiriləcək “Avroviziya mahnı müsabiqəsi-2008”də təmsil etmək hüququ qazanmışdır.

Davamı...