Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

İnternetləşək ki, ədəbiyyatımız dünyada tanınsın...

 

ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ İXTİSAS SEÇİMİ İNTERNET VASİTƏSİLƏ APARILACAQ

ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ İXTİSAS SEÇİMİ İNTERNET VASİTƏSİLƏ APARILACAQ

QayNar: Xəbər verildiyi kimi, orta ixtisas məktəblərinə orta təhsil bazasından (11 illik) tələbə qəbulu respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.
"Qaynar.info" AzərTAc-a istinadən xəbər verir ki, ixtisas seçimi avqustun 10-dan 15-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali məktəblərin boş qalan plan yerlərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, ixtisas seçimi mərhələsində abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 12-dək ixtisas kodunu seçir və onları www.tqdk.gov.az/ali2008/pageparol.aspx -internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK–nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir. // T.İsmayılov, QayNar

1Lit.az Rumıniya və Bolqarıstanla əhəmiyyətli müqavilələr imzaladı

KultAz: Bu günlərdə Rumınyanın paytaxtı Buxarest şəhərinə səfər edən Lit.az ədəbiyyat portalının rəhbərliyi bir sıra əhəmiyyətli müqavilələr imzalayıb. Portalın rəhbəri Cavid Cəfərzadənin “Kultaz”a verdiyi məlumata görə, Lit.az-la yerli “Kurtya Veke” nəşriyyatı arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Eyni zamanda Buxarestdə səfərdə olan “Bukvite”- Bolqarıstan Ədəbiyyat Fondunun prezidenti xanım Kameliya İvanova ilə Lit.az ədəbiyyat layihəsinin rəhbəri C.Cəfərzadə arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən hər iki dildə yerli yazarların əsərlərindən ibarət antologiya hazırlanacaq, “Bukvite” fondunun “Müəllif mərkəzi”, “Bukvite” nəşriyyatı, “Ədəbiyyat studiyası”, “Kitab evi” Lit.az –la birgə layihələr həyata keçirəcək. Tərəflər 10 gün ərzində antologiyalara daxil ediləcək əsərlərin siyahısını bir-birlərinə təqdim etməyi öhdələrinə götürüb. Bundan əlavə xanım Kameliya İvanova son bir ay ərzində Azərbaycanın ədəbiyyat portalında bolqar ədəbiyyatı nümunələrinin dərcini əməkdaşlıq üçün təqdirəlayiq hal kimi qiymətləndirib: “Hörmətli akademikimiz, yazıçı Elin Pelinin, Yordan Radiçkovun, Georgi Karaslavovun və digərlərinin əsərləri elektron formada Azərbaycan oxucusuna çatdırılır. Bu bizim üçün sevindirici addımdır. İndi isə növbə bizimdir”. Xatırladaq ki, portalda dərc olunan bolqar ədəbiyyatı nümunələrinin elektron variantı Səyavuş Məmmədzadənin tərcüməsində nəşr olunan “Bolqar hekayələri” adlı kitab əsasında hazırlanıb.

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha