Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Yazar həbs olunur, Mahsun Qırmızıgül Lənkəranlılaşır...

 

Türkiyədə nəşr edilən \"Allahın qızları\" romanı barəsində istintaq başlanıb

Yazıçının romanda İslam dinini və peyğəmbəri təhqir etdiyi iddia edilir

Türkiyədə Nedim Gürsel adlı yazıçının bu ilin mart ayında çap edilən və qısa müddətdə 20 min nüsxədə satılan \"Allahın Qızları\" adlı romanı haqqında Şişli Prokurorluğu istintaqa başlayıb.

 CNN Türk-ün məlumatına görə, yazıçının romanda İslam dinini və peyğəmbər Həzrəti Məhəmmədi təhqir etdiyi iddia edilir.
Qeyd edək ki, Türkiyə Cəza Qanununun 216-cı maddəsinin 3-cü bəndi, \"Xalqın bir seqmentinin mənimsədiyi dini dəyərləri alçaldan adamı, hərəkətin cəmiyyətdəki sabit vəziyyəti pozmağa əlverişli olması halında altı aydan bir ilə qədər həbs cəzasını\" nəzərdə tutur.


Əsərləri bir çox xarici dilə tərcümə edilən və yazıçılığının qırxıncı ilini 2006-da qeyd edən Nedim Gürsel romanının Türkiyədən sonra Fransa başda olmaqla başqa Avropa ölkələrində də nümayiş olunacağını açıqlayıb. Gürsel, özünə yönəldilən ittihamlara bu mərhələdə cavab verməyəcəyini və xəyalın məhsulu olan bir sənət əsəri üçün Türkiyədə istintaq aparılmasını, üstəlik istintaqın səbəbinin \"din tənqidi\" mövzusunda oluğunu heyrət və hüznlə qarşıladığını açıqlayıb

Mahsun Qırmızıgül: «Mən lənkəranlıyam»

Türk sənətçisi «Xəzər-Lənkəran»- «Lex» matçını izləməkdən ötrü Bakıya gəlib

Qonaqlı-qaralı paytaxtımızın bu dəfəki musiqili müsafiri Türkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgüldür.

APA-nın məlumatına görə, sənətçinin səfərinin məqsədi dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən «Xəzər-Lənkəran»-«Lex» matçını izləməkdir. Qeyd edək ki, bu oyun UEFA kubokunun I təsnifat mərhələsi çərçivəsində keçiriləcək. Bu arada bildirək ki, Mahsun Qırmızıgül Türkiyədə fəaliyyət göstərən «Palmali» şirkətlər qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Məsimovla dostluq edir. Odur ki, türk sənətçisinin «Xəzər-Lənkəran»a azarkeşlik etməsi heç də təəccüb doğurmur. Hətta Bakıda olarkən, M.Qırmızıgül müsahibələrindən birində «Mən lənkəranlıyam» demişdi.

Yalçın Rzazadə retro mahnlar üzərində işləyir

«Gec olsun, güc olsun» prisipi ilə çalışan xalq artisti Yalçın Rzazadə iki ildən artıqdır planlaşdırdığı solo konsertini nəhayət, həyata keçirəcək.

Amma sənətçi hələ də müəyyənləşdirməyib ki, hesabat xarakteri daşıyacaq konsertini harada reallaşdırsın. Deyir ki, bir az da səbirli olsam, konsertimi sarayda keçirə bilərəm.

Öncə konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirəcəyini planlaşdıran Yalçın Rzazadə, daha sonra fikrindən daşındığını bildirib: \"Konsertimin dövlət səviyyəsində keçirilməsini istəyirəm. Mən buna layiqəm. Əvvəlcə düşündüm ki, konsert Filarmoniyada olsun. Ancaq sonra fikrimdən daşındım. Sonuncu konsertimin tarixini tam xatırlaya bilmirəm. Düşünürəm ki, klassika həvəskarlarının yaddaşını təzələmək lazımdır. Amma bütün bunların gerçəkləşməsi üçün maddi vəsait lazımdır. Ancaq mənim maddi vəziyyətim bir o qədər ürəkaçan deyil». Yalçın Rzazadə onu da bildirib ki, Mədəniyyət və Turizm Nazirliyində konsertin keçirilməsi ilə bağlı danışıqlar aparılıb. O, dövlət qurumunun ona dəstək olacağına əminliyini bildirdi. Hazırda yeni albom üzərində işləyən xalq artisti Eldar Mansurov və İqbal Ağayevlə yaradıcılıq əməkdaşlığını davam etdirir. Eyni zamanda, sənətkar retro mahnılarına yeni nəfəs verib.

Mənbə: "Bizim yol" qəzeti

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha