

A Ç I Q L A M A
Azərbaycan Xalq Cümhuriyyətinin – 90
Mir Cəlal (Paşayev) - 100
VIII Bakı Kitab Bayramı
Azərbaycanda İllik Milli Kulturoloji Layihə
Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla, Azərbaycan Respublikası Gənclər və Turizm Nazirliyinin maliyyə dəstəyi, eləcə də AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımıyla bu ilin mart-iyun aylarını əhatə edən VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, görüşlər, müzakirələr və b. tədbirlər təşkil olunub. Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı Kitab Bayramı Milli Kulturoloji Layihənin əsas mərasimi – sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilir. Builki VIII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın Paşayevin 100 illiyinə həsr olunub.
Ədəbi-mədəni içtimaiyyətin – yazarların, naçirlərin, oxucuların iştirakçısı olduğu sərgi və mükafatlandırma mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, AR Gənclər və İdman, AR Mədəniyyət və Turizm Nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, eləcə də xalq şairi Sabir Rüstəmxanlı, Misir Mədəniyyət Mərkəzinin direktoru, “Azərbaycan İnterneşl” dərgisinin baş redaktoru Betti xanım Bleyer və başqaları çıxış edərək təşkilatçıları təbrik etdilər. Daha sonra 2007-ci ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinə Milli Kulturoloji Mükafat qaliblərinin adı açıqlanır, fərqlənənlərə VIII Bakı Kitab Bayramının diplom və hədiyyələri verilir. Sərgidə yeni kitablara ictimai baxış, yazar və şairlər tərəfindən öz kitablarının imzalanma mərasimi, təqdimat və tanıtım hadisələri də baş tutdu.
VIII Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni və kitab-nəşr layihələrinin sırasında 33 iş uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır.
VIII Bakı Kitab Bayramı Layihəsi çərçivəsində Milli Kulturoloji Mükafatın 2007-ci ilin müxtəlif nominasiyaları üzrə aşağıdakı qaliblər layiq görülüblər:
1. Nominasiya: “2007-ci ilin Ədəbiyyat dostu”. Qalib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Təqdimat: Milli mədəniyyətimizin - çağdaş ədəbiyyatımızın inkişafına təkan verən dövlət proqramlarına, kulturoloji layihələrə və yeni kitabların kütləvi nəşrinə sərəncam verdiyinə, eləcə də yazarlara xüsusi diqqət və qayğısına, milli-mənəvi dəyərlərin inkişafındakı xidmətlərinə görə layiq görülür.
2. Nominasiya: “2007-ci ilin Dəyərli nəşriyyatı”. Qalib: “Təhsil” nəşriyyatı, direktoru Bəhruz Axundov. Təqdimat: Milli kitab nəşrini, nəşriyyat-poliqrafiya mədəniyyətimizi yüksək dünya standartlarına qaldırdığına, kitab sənətinin inkişafındakı qiymətli töhfələrinə, peşəkar poliqrafiya müəssisəsi kimi fəaliyyət göstərdiyinə görə layiq görülür.
3. Nominasiya: “2007-ci ilin ədəbi-intellektual saytı”. Qalib: “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana. Təqdimat: “www.aliyevgeritage.org” İnternet ünvanında 30-a yaxın dildə dünya oxucusuna Ümummilli Liderimiz Heydər Əliyevin dəyərli irsini innovativ formada çatdırdığına, həmçinin çoxsaylı nəşr məhsulları ilə Ulu Öndərin yaratmış olduğu siyasi-dövlətçilik məktəbini layiqincə təbliğ etdiyinə görə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi layiq görülür.
4. Nominasiya: “2007-ci ilin tarixi romanı”. Qalib: Xalq şairi Sabir Rüstəmxanlinın “Ölüm zirvəsi”. Təqdimat: Azərbaycan tarixinin ən mürəkkəb və şanlı səhifələrindən birinin müəllifi – Gəncə xanlığının başçısı Cavad xanın ömür-ölüm yolu haqqında sənətkarlıqla qələmə alınan dəyərli əsərə və ədəbiyyatımızın tarixi-bədii nəsr qolunun inkişafındakı xidmətlərinə görə layiq görülür.
5. Nominasiya: “2007-ci ilin bədii romanı”. Qalib: Yazıçı-publisist Aqil Abbasın “Dolu” kitabı. Təqdimat: “Dolu” romanında işğalçı Ermənistanın Azərbaycanın qədim torpağında - Dağlıq Qarabağda törətdiyi vəhşilikləri bədii ustalıqla təsvir etdiyinə, çağdaş milli bədii nəsrimizin Qarabağ mövzusunda maraqlı sənət əsəri yaratdığına görə layiq görülür.
6. Nominasiya: “2007-ci ilin mədəniyyət xeyriyyəçisi”. Qalib: “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti, cənab Abdolbari Goozal. Təqdimat: Çağdaş milli mədəniyyətimizin zənginləşməsindəki önəmli xidmətlərinə, çoxsaylı ədəbi-mədəni tədbirlərə verdiyi maliyyə yardımlarına, xeyriyyəçilik fəaliyyətinə, eləcə də yeni kitabların nəşrində göstərdiyi maddi-mənəvi dəstəyə görə layiq görülür.
7. Nominasiya: “2007-ci ilin ədəbiyyat xeyriyyəçisi”. Qalib: “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov. Təqdimat: Yeni Azərbaycan ədəbiyyatının təbliğindəki xidmətlərinə, müxtəlif nəsil şair və yazıçılara göstərdiyi qayğıya, eyni zamanda müxtəlif kitabların nəşrinə verdiyi dəstəyə görə layiq görülür.
8. Nominasiya: “2007-ci ilin elektron kitabı”. Qalib: Yazıçı-publisist Hüseynbala Mirələmovun “İlham Əliyev: bioqrafiya davam edir” elektron kitabı. Təqdimat: Ədəbiyyat və kitab tariximizdə yeni mərhələnin real nümunəsi olaraq hazırlanmış elektron nəşr kimi innovativliyinə, eləcə də Prezident İlham Əliyevin bioqrafiyasını sənətkarlıqla ədəbiyyata gətirdiyinə görə layiq görülür.
9. Nominasiya: “2007-ci ilin elm kitabı”. Qalib: AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Seçilmiş əsərləri”. Təqdimat: “Elm” nəşriyyatı tərəfindən nəşr olunmuş beşcildlik “Seçilmiş əsərləri”ndəki elmi dəyərinə, intellektual türkologiyanın inkişafındakı əhəmiyyətinə və milli elmimizi dünya səviyyəsinə qaldırdığına görə layiq görülür.
10. Nominasiya: “2007-ci ilin ictimia-siyasi kitabı”. Qalib: Elşad Abdullayevin “Azərbaycan demokratik inkişaf yolunda” əsəri. Təqdimat: Azərbaycan və rus dillərində nəşr olunmuş “Azərbaycan demokratik inkişaf yolunda” monoqrafiyasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər daha da sürətlənən siyasi-iqtisadi proseslərə intellektual-ictimai qiymətə, milli geosiyasi ədəbiyyatımızı zənginləşdirdiyinə görə layiq görülür.
11. Nominasiya: “2007-ci ilin xaricdə çıxan kitabımız”. Qalib: “Azərbaycan xalq nağılları”, naşiri İlqar Abbasov. Təqdimat: Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun sədri, xeyriyyəçi İlqar Abbasovun təşəbbüsüylə Kiyevdə ukraynca nəşr edilmiş “Azərbaycan xalq nağılları” kitabı ilə dost ölkədə xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrimizi möhkəmləndirdiyinə, həmçinin ədəbiyyatımızı dünyada tanıtdığına görə layiq görülür.
12. Nominasiya: “2007-ci ilin Qarabağ mövzusunda kitabı”. Qalib: Yazıçı-tədqiqatçı Əlisahib Əroğlun “Erməni-daşnak faşizmi və Azərbaycan” əsəri. Təqdimat: Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə layiqincə çatdırdığına, ictimai-siyasi publisistikamızı zənginləşdirdiyinə, Qarabağ faciəsinin əsasında çürümüş erməni-daşnak ideologiyasının durduğunu tarixi faktlarla göstərdiyinə görə layiq görülür.
13. Nominasiya: “2007-ci ilin poeziya kitabı”. Qalib: Şair-tərcüməçi Hamlet İsaxanlının “Dördlüklər” poetik toplusu. Təqdimat: Azərbaycan, Rusiya, Gürcüstan və İranda işıq üzü görən kitablarına, eləcə də “Dördlüklər” kitabındakı maraqlı üslubda poetik nümunələrinə, yeni şeir axtarışlarına görə layiq görülür.
14. Nominasiya: “2007-ci ilin esse kitabı”. Qalib: AMEA-nın müxbir üzvü Kamal Abdullanın “300 Azərbaycanlı” toplusu. Təqdimat: “Mütərcim” nəşriyyatı tərəfindən çap edilmiş “300 Azərbaycanlı” ədəbi-bədii esselər kitabında gedən dəyərli sənət nümunələrinə, milli esse janrının zənginləşməsindəki roluna görə layiq görülür.
15. Nominasiya: “2007-ci ilin bədii nəsr kitabı”. Qalib: Yazıçı-tərcüməçi Kamran Nəzirlinin “Komada olan adam” kitabı. Təqdimat: “Komada olan adam” kitabındakı povest və hekayələrində yeni üslub, fərqli sənətkarlıq nümayiş etdirərək çağdaş hekayə janrına fərqli ruh gətirdiyinə, xaricdə müntəzəm çap olunaraq yeni Azərbaycan ədəbiyyatını tanıtdığına görə layiq görülür.
16. Nominasiya: “2007-ci ilin detektiv kitabı”. Qalib: Yazıçı-publisist Yusif Əhmədovun “Ələkeçməzlər” əsəri. Təqdimat: Eyniadlı roman və detektiv əsərlərində cəmiyyətimizdə baş verən neqativ hallara qarşı sənətkar etirazını qaldırdığına, milli detektiv ədəbiyyatımızı yeni mərhələyə qaldırdığına görə layiq görülür.
17. Nominasiya: “2007-ci ilin nəğmələr kitabı”. Qalib: Şair Fəxrəddin Ziyanın “Bu da bir istəkdi” şeirlər toplusu. Təqdimat: “Bu da bir istəkdi” kitabında toplanmış şeir və nəğmələrindəki poetik axtarışlarına, maraqlı sənət tapıntılarına, eləcə də çağdaş poeziyamızı zənginləşdirdiyinə görə layiq görülür.
18. Nominasiya: “2007-ci ilin publisistik-sənədli kitabı”. Qalib: Şairə-publisist Flora Xəlilzadənin “Yolum düşə Zəngəzura” əsəri. Təqdimat: Qərbi Azərbaycanın fiziki, siyasi və mədəni soyqırıma məruz qalmış qədim bölgəsinin – Zəngəzurun tarixi, mədəniyyət abidələri, yer adları, insanları barədə qiymətli faktlarla, arxiv materiallarıyla, real təsvirlərlə ensiklopediyasını yaratdığına görə layiq görülür.
19. Nominasiya: “2007-ci ilin qadın şairi”. Qalib: Şairə-publisist Zərəngiz Dəmirçi Qayalı. Təqdimat: Son illərdəki yaradıcılıq məhsuldarlığına, həmçinin qadın yazarlar arasında poetik axtarışlarıyla seçildiyinə, Qarabağ və şəhidlər mövzusunun çağdaş şerdə uğurlu həllini tapdığına görə layiq görülür.
20. Nominasiya: “2007-ci ilin qadın nasiri”. Qalib: Yazıçı-tərcüməçi Gülşən Tofiqqızı. Təqdimat: Azərbaycanda, MDB ölkələrində, rusdilli ədəbi-mədəni məkanda qazandığı sənət uğurlarına, son illər çap etdiyi nəsr kitablarındakı oxunaqlı hekayələrinə, eləcə də fransız dilindən tanınmış mühacir yazıçımız Baninin əsərlərini orijinal tərcümələrinə görə layiq görülür.
21. Nominasiya: “2007-ci ilin kulturoloji kitabı”. Qalib: Osman Nuri Topbaşın “Vəqf, infaq, xidmət: mədəniyyətimizin fəzilət zirvələrindən” əsəri. Təqdimat: Qloballaşma dövrünün tələbi kimi İslam mədəniyyəti və xeyriyyəçilik vasitəsiylə Türk dünyasının intellektual-mənəvi inkişafına, işıqlı gələcəyinə maraqlı elmi-ilahiyyat baxışlarına, eləcə də “İpək yolu” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunduğuna görə layiq görülür.
22. Nominasiya: “2007-ci ilin təhsil-maarif kitabı”. Qalib: “Təhsil” nəşriyyatının “Heydər Əliyev məktəblilərin gözüylə”. Təqdimat: “Heydər Əliyev məktəblilərin gözüylə” (II kitab) toplusunda Ümummilli Liderimizin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş respublika inşa müsabiqəsinin materiallarının yüksək poliqrafik səviyyədə nəşrinə və bununla da ilə Azərbaycançılıq ideologiyasını zənginləşdirdiyinə görə layiq görülür.
23. Nominasiya: “2007-ci ilin dərslik kitabı”. Qalib: “Aspoliqraf” nəşriyyatının “Gənclərin çağırışaqədərki hazırlığı”. Təqdimat: Həbib Ocaqovun müəllifliyi ilə nəşrə hazırlanmış ikicildlik “Gənclərin çağırışaqədərki hazırlığı” (10 və 11 sinif şagirləri üçün) milli dərslik mədəniyyəti tariximizdəki yeniliyə, maraqlı metodoloji səviyyəsinə görə layiq görülür.
24. Nominasiya: “2007-ci ilin lüğət kitabı”. Qalib: Xəzər Universitəsi nəşriyyatının “Xəzər: İngiliscə-azərbaycanca Böyük lüğət”. Təqdimat: Altıcildlik böyük kulturoloji layihənin I və II cildi olaraq 250 min söz və ifadəni özündə cəmləyən dəyərli sözlük kimi milli dilçilik və qarışıq tərcümə sənəti tariximizdə yeni mərhələyə çevrildiyinə görə layiq görülür.
25. Nominasiya: “2007-ci ilin gənc şairi”. Qalib: Şair-publisist Səxavət Sahil. Təqdimat: Azərbaycan ədəbiyyatında gənc imza sahibi kimi “N+Sevgi” şeirlər toplusundakı şeirləri və müxtəlif ədəbi İnternet saytlarında verilmiş poeziya nümunələri ilə fərqləndiyinə görə layiq görülür.
26. Nominasiya: “2007-ci ilin yeni nəsil şairi”. Qalib: Şair Nicat Qafuroğlu. Təqdimat: Gənc şair kimi ədəbi prosesə fəal qoşulduğuna, “Mobil şeirlər” poetik toplusunda və çoxsaylı ədəbi İnternet saytlarındakı modern poeziya nümunələrinə görə layiq görülür.
27. Nominasiya: “2007-ci ilin ədəbi telekanalı”. Qalib: İctimai Televiziya və Radio Yayımları Şirkətinin musiqili, bədii və əyləncəli verilişləri departamenti. Təqdimat: Departamentin direktoru, “Gecənin aydınlığı” verilişinin müəllifi Füzuli İsmayılovun rəhbərliyi ilə çağdaş Azərbaycan mədəniyyətini, ədəbiyyatını və kitabının təbliğindəki məhsuldar xidmətlərinə, orijinal verilişlərə görə layiq görülür.
28. Nominasiya: “2007-ci ilin ədəbi radiosu”. Qalib: Azərbaycan Radiosunun “Səhər” İnformasiya proqramı. Təqdimat: Mübariz Süleymanlının redaktorluğu ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin gündəlik radio proqramı olaraq ədəbiyyatımızı və milli kitabımızı, ədəbi-mədəni prosesimizi operativ, geniş işıqlandırdığına, hazırladığı səsli ədəbiyyat – mədəniyyət materaillarına görə layiq görülür.
29. Nominasiya: “2007-ci ilin ədəbi qəzeti”. Qalib: “Mədəniyyət qəzeti”. Təqdimat: Son illər milli və dünya mədəniyyətinin təbliğindəki axtarışlarına, ədəbiyyat və kitab sahəsinə aid qiymətli məqalələrə, oxunaqlı materiallara, eləcə də il boyu təşkil etdiyi sənət-yazı müsabiqələrinə görə layiq görülür.
30. Nominasiya: “2007-ci ilin kitabxanası”. Qalib: M.F.Axundov adına Milli Kitabxana. Təqdimat: 85 il ərzində Azərbaycan milli elmi-mədəni ocağı kimi fəaliyyət göstərərək kitab və digər informasiya-məlumat vasitələrinin ictimai saxlanğıcı olaraq ötən il həyata keçirtdiyi çoxsaylı proqram, tədbir, ədəbi görüş və təqdimat mərasimlərinə, eləcə də oxuculara göstərdiyi yüksək xidmətlərinə görə layiq görülür.
31. Nominasiya: “2007-ci ilin sənədli-bədii kitabı”. Qalib: Yazıçı-publisist Ənvər Seyidovun “Təlatüm” əsəri. Təqdimat: Ölkəmizdə sürətlənən və uğurla aparılan demokratik cəmiyyət quruculuğu prosesindəki çətinlikləri maraqlı tərzdə ədəbiyyata gətirdiyinə, sənədli roman janrını qabağa apardığına və çağdaş detektiv ədəbiyyatımızı zənginləşdirdiyinə görə layiq görülür.
32. Nominasiya: “2007-ci ilin ənənələri yaşadan gənc şairi”. Qalib: Şair Anar Amin. Təqdimat: Son vaxtlar ədəbi prosesdə fəallıq göstərdiyinə, milli poeziyamızın ənənələrinə sadiqlik nümayiş etdirərək klassik şeir ruhunda qələmə aldığı poetik nümunələrə görə layiq görülür.
Yeni Yazarlar və Sənətçilər Qurumu – VIII Bakı Kitab
Bayramı layihəsinin Analitik İnformasiya Bölümü

Названы лучшие книги и издательства Азербайджана
26.05.2008 18:06:07
Азербайджан, Баку, 26 мая /корр. TrendLife Эльдар Гусейнзаде/
Вот уже восьмой год Общество новых писателей и деятелей искусств при поддержке министерств молодежи и спорта, культуры и туризма, а также Союза писателей проводит «Праздник книги». В его рамках определяются 33 лучших книжных изданий, издательств, а люди, оказывающие посильную помощь развитию книгопечатания в Азербайджане. Это мероприятие, как передает TrendLife, по традиции проводится в Центральной библиотеке имени М.Ф. Ахундова. Нынешний праздник книги посвящен сразу двум крупным датам: 90-летию АДР и 100-летию народного писателя Мир Джалала Пашаева.
«Более пяти тысяч книг и других печатных изданий представлены сегодня на выставке. Кроме этого, мы назовем лучших в области книгоиздания за минувший год в различных номинациях. Очень радует, что книги, ставшие лучшими по итогам нашей номинации каждый год принимают участие в различных международных книжных выставках и конкурсах, где занимают высокие места.
Да, конечно, у нас в Азербайджане есть серьезные проблемы, связанные с книгопечатанием. Но мы стараемся их разрешать. Несколько типографий сейчас уже стали выпускать книги очень высокого уровня. Ведь интерес к книгам в нашей стране немаленький. С утра наш сегодняшний праздник книги посетило до десяти тысяч человек. Кроме того, в продолжение этой выставку, мы устроим и виртуальную в Интернете. Если говорить о том, какой направленности в Азербайджане книг выходит больше, то скажу, что первое место занимают учебники, то есть образовательная литература. Затем, научные, религиозные книги, поэзия и художественная литература. За последнее время меня очень удивило и немалое количество книг о правах человека, законах. Отдельно хочу сказать и о художественной литературе. Очень интересны читателям произведения Анара, Гюнель Анаргызы, Сабира Рустамханлы, Кямала Абдулла, Гамида Эрисчи, Акшина, Ильгара Фахми и других. Что очень важно, сейчас книги хорошо читаются и посредством Интернета, и в Азербайджане согласно нашим исследованиям много виртуальных читателей», - сказал нам до открытия праздника председатель Общества новых писателей и деятелей искусств Айдынхан Абилов.
Своими мыслями с TrendLife поделился и известный поэт, зав.сектором печати Министерства культуры и туризма Чингиз Алиоглу. «Поверьте, Азербайджан сейчас в международном мире книжной печати занял свое достойное место. Я очень рад, что Общество новых писателей и деятелей искусств вот уже который год проводит подобные книжные праздники, объявляет лучших в области книжного издания».
На открытии выступили Айдынхан Абилов, директор библиотеки им. Ахундова Керим Таиров, поэт Сабир Рустамханлы и другие. Всех 33-х лучших называть не будем. Отметим лишь, что другом литературы 2007-года признан президент Ильхам Алиев, лучшим издательством - «Tehsil», лучшим литературно-интеллектуальным сайтом - электронная страница о наследии Гейдара Алиева, лучшим историческим романом - произведение Сабира Рустамханлы «Вершина смерти», а лучшим детективом - «Неприкасаемые» Юсифа Ахмедова. Всего в конкурсе приняло участие более 300 книг и различных издательских проектов.
E-mənbə: http://life.trend.az/?newsid=1208772


