Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

Blog Haqqında

artyazar
Diqqətçəkən - maraqli kulturoloji informasiyalar və intellektual materiallar Sizin ixtiyarınızda...

Axtarış

Sayqaç

  • İndi blogda: 16
  • Keçən ayın hiti: 3577
  • Dünənki hit: 124
  • Bugünki hit: 125
  • Ümumi hit: 28686

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif



VYANADA “XƏMSƏ”Sİ ƏSASINDA HAZIRLANMIŞ DİSKİN TƏQDİMATI

artyazar     Aprel 25, 2008 19:16
VYANADA NİZAMİ GƏNCƏVİNİN “XƏMSƏ”Sİ ƏSASINDA HAZIRLANMIŞ DİSKİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Aprelin 23-də Avstriya Milli Kitabxanasının “Kamineum” zalında dünya poeziyasının görkəmli nümayəndələrindən biri, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin bu kitabxanada saxlanan əlyazması əsasında hazırlanmış multimedia diskinin təqdimat mərasimi keçirilmişdir.
Təqdimatda Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Avstriyanın
Azərbaycandakı səfiri Marius Kalligaris, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya parlamentində Avstriya-Qafqaz və Orta Asiya işçi qrupunun rəhbəri Karl Öllinger, Nizami əsərlərini almancaya çevirən professor Yohann Kristof Bürgel, Avstriya hökumət və ictimaiyyətinin nümayəndələri, çoxlu sayda nizamisevərlər və həmyerlilərimiz iştirak etmişlər.
Avstriya Milli Kitabxanasının direktoru xanım Yohanna Raxinger açılış nitqi ilə çıxış edərək, kitabxananın nadir incilərindən sayılan “Xəmsə”nin XII əsrdə qələmə alındığını və yalnız “İsgəndərnamə” poemasının ikinci hissəsi istisna olmaqla, beş poemanın tam təfsilatı ilə əlyazmada əks olunduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə həmin əlyazma artıq bərpa olunmuşdur və əlyazma əsasında üç dildə multimedia diski hazırlanmışdır.
Y.Raxinger 2007-ci ilin yazında Azərbaycanda səfərdə olarkən hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladaraq, gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında Nizami Gəncəvi yaradıcılığı və əsərlərinin elmi-fəlsəfi dəyəri haqqında, onun sənətkarlığının Yaxın Şərq xalqlarının ədəbiyyatının inkişafına göstərdiyi güclü təsirdən bəhs etmiş və “Xəmsə” toplusunun dünya mədəniyyəti xəzinəsinin əvəzsiz tərkib hissəsi olduğunu qeyd etmişdir.
Ə.Vəliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə Avstriyaya rəsmi səfəri və göstərdiyi xüsusi qayğısı, habelə Avstriya Milli Kitabxanasının baş direktoru xanım Y.Raxingerin 2007-ci ildə Azərbaycana səfəri və ölkələrimizin kitabxanaları arasında qurulmuş səmərəli əlaqələr nəticəsində “Xəmsə”nin elektron versiyasının hazırlanmasını əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Sonra Ə.Vəliyev 800 rəqəmsal vərəqdən ibarət və ingilis, alman və fransız dillərində izahatların daxil edildiyi disk haqqında məlumat vermiş, bu diskin təqdimat mərasiminin təşkilatçılarına minnətdarlığını bildirmiş, Avstriya Milli Kitabxanasına Azərbaycan müəlliflərinin kitablarını hədiyyə etmişdir.
Tədbirin bədii hissəsində dramaturq və rejissor Nadya Xəyalinin tərtibatında, avstriyalı aktyorlar Maria Köstlinqer və Paul Zondereqqerin ifasında Nizami Gəncəvinin “Xosrov və Şirin” və “Yeddi gözəl” poemalarından parçalar oxunmuşdur.
Sonda əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə gənc muğam ustası İlkin Əhmədov Nizami Gəncəvinin qəzəllərindən ibarət muğam parçaları, Üzeyir Hacıbəyovun “Sevgili canan”, “Leyli və Məcnun” operasının müqəddiməsi və digər milli musiqi əsərlərini ifa etmişdir.

Bookmark and Share
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:42     Aprel 25, 2008 19:16    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog