Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Azərbaycanda və Yaponiyada elm...

 

QIRX ÇIRAQDA XII-XIII ƏSRLƏRƏ AİD ARXEOLOJİ NÜMUNƏLƏR TAPILMIŞDIR

 Salyan rayonunun Qırx Çıraq qəsəbəsinin ərazisindən XII-XIII əsrlərə aid olduğu ehtimal edilən arxeoloji nümunələr tapılmışdır. Qəbir daşı üzərindəki yazıları oxuyan tarixçi mütəxəssislər tapıntının elmi əhəmiyyətinə əmindirlər. Arxeoloji nümunələr rayon Tarix-Diyarşunaslıq muzeyinə təhvil verilmişdir.
Orta əsrlərə aid yazılı mənbələrində Böyük İpək Yolu üzərində yerləşən Qırx Çıraq qəsəbəsi barədə məlumatlar verilmişdir. Qəsəbədə əvvəllər aparılan arxeoloji ekspedisiyalar tarixçilərə bu qədim məskənin bəzi xarakterik cizgiləri ətrafında fikir yürütmək imkanı da yaratmışdı.

YAPON GEOLOQLARI ZƏLZƏLƏLƏRİN MƏNBƏYİNDƏN SÜXUR NÜMUNƏLƏRİ GÖTÜRMÜŞLƏR

AzərTAc xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Avropa Geoloji Elmlər İttifaqının illik görüşündə yapon alimləri seysmik zona kimi tanınmış Nankay dəniz çökəkliyindən çıxarılmış süxur nümunələrinin təhlilinin ilk nəticələrini təqdim etmişlər.
Yapon geoloqları “Chikyu” adlı xüsusi qazma gəmisinin köməyi ilə tarixdə ən genişmiqyaslı dərin qazma layihələrindən birini həyata keçirirlər. Bu layihənin məqsədlərindən biri – yer qatını dəlib keçmək, digəri – 6 kilometrə qədər dərinlikdə yer qatında zəlzələlər və sunamilər barədə əvvəlcədən xəbər verə biləcək qurğular yerləşdirməkdir.
Yaponiyanın cənub-şərq sahillərinin yaxınlığında yerləşən Nankay çökəkliyi 1944-cü ildə Tonankay zəlzələsinin, 1946-cı ildə isə Nankaydo zəlzələsinin mərkəzi olmuşdur. Bu zəlzələlərin maqnitudası 8-dən yuxarı idi. Çökəklik öz strukturuna görə 2004-cü ildə Hind okeanı sahillərində tüğyan etmiş sunaminin başlandığı Zond çökəkliyinə oxşayır.
Nankay çökəkliyində subduksiya zonası yerləşir: burada bir tektonik layın kənarı digər tektonik layın altına düşür. Bu da gərginliyin artmasına və vaxtaşırı külli miqdarda enerjinin azad olmasına gətirib çıxarır.
Layihənin birinci mərhələsində qazılmış quyulardan götürülmüş süxur nümunələri kompyuter tomoqrafiyasının köməyi ilə təhlil edilmişdir. Müvafiq skanerin quruluşu analoji tibbi alətdə olduğu kimidir. Əldə edilmiş şəkillər nümunələr üzərində gərginlik xətlərini görməyə imkan verir: ehtimal edildiyi kimi, onların əksəriyyəti tektonik layların hərəkət istiqaməti boyunca yerləşir, lakin nümunələrin birində bir-birinə nəzərən 90 dərəcəlik bucaq altında yerləşir.
Bu xətlərin təhlil edilməsi subduksiya zonasının quruluşunu, yəni plitələrin hansı hissələrinin möhkəm “sıxılmış” olmasını və hansı hissələrin nisbətən sərbəst hərəkət edə bilməsini anlamağa imkan verəcəkdir. Ehtimallara görə gərginlik hədsiz çox olanda və “sıxılmış” sahələr böyük qüvvə ilə təzyiqdən azad olanda sunami əmələ gəlir.
Hələlik quyuların dərinliyi nisbətən azdır. 6 kilometr dərinliyə 2010-2012-ci illərdə çatmaq nəzərdə tutulur. Nankay çökəkliyinə sualtı kabel çəkilməsi planlaşdırılır. Bu, ölçmə cihazlarının göstəricilərini sahildəki laboratoriyalarda real zaman rejimində təhlil etməyə imkan verəcəkdir.

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha