Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

Blog Haqqında

artyazar
Diqqətçəkən - maraqli kulturoloji informasiyalar və intellektual materiallar Sizin ixtiyarınızda...

Axtarış

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 3577
  • Dünənki hit: 124
  • Bugünki hit: 112
  • Ümumi hit: 28673

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif



Ədəbiyyat, teatr və memarlıq olayları...

artyazar     Aprel 22, 2008 21:07
BİR ÖMÜRDƏ ÜÇ ÖMÜR YAŞAMIŞ İNSAN: ƏDƏBİYYATŞÜNAS ALİM, YAZIÇI, MÜƏLLİM MİR CƏLAL
Aprelin 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə günü keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə yubilyarın həyat və yaradıcılığı ilə əlaqədar kitabxana əməkdaşlarının hazırladıqları “Mir Cəlal Paşayev-100” sərgisi ilə tanış olmuşlar.

Bakı Dövlət Universitetinin Mir Cəlal Paşayev adına Azərbaycan klassik ədəbiyyatı kafedrası ilə birgə keçirilən tədbiri Kitabxananın direktoru Mayıl Əhmədov açaraq bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlalın anadan olmasının 100 illik yubileyi YUNESKO tərəfindən bütün dünyada qeyd olunur. Bu münasibətlə kitabxana kollektivinin hazırladığı “Mir Cəlal Paşayev-100” adlı elektron biblioqrafik göstərici haqqında məlumat verən natiq diqqətə çatdırmışdır ki, görkəmli alim haqqında ilk biblioqrafiya 1968-ci ildə ədibin 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Elmlər Akademiyasının əsaslı kitabxanasında, ikinci bibilioqrafiya isə 90 illiyi münasibətilə M.F.Axundov adına Dövlət kitabxanasında hazırlanmışdır. Birinci biblioqrafiyada 944, ikincidə 238 istinad vardırsa, indiki göstəricidə 1950 istinad vardır.
Göstəricinin bu tip məlumat nəşrlərinin strukturuna uyğun tərtib edildiyini vurğulayan M.Əhmədov bildirmişdir ki, burada Mir Cəlalın həyatı və fəaliyyəti, əsərləri, monoqrafiyaları, məqalələri, haqqındakı digər materialları, tərcümələri, redaktə etdiyi işlər tam əhatə olunmuşdur. Göstəricidən istifadəni asanlaşdırmaq üçün müəllifin əsərlərinin və onun haqqında yazıların adları əlifba sırası ilə tərtib edilmişdir. Göstəricinin üstün cəhətlərindən biri də onun elektron versiyasının da hazırlanmasıdır. Yəni istənilən oxucu kitabxanaya gəlmədən internet səhifəsində bu göstəricidən istifadə edə bilər. Elektron göstəricinin başqa bir üstün məziyyəti də onun mütəmadi dəyişmək imkanının olmasındadır.
Tədbirdə yubilyarın tələbələri, filologiya elmləri doktorları, BDU-nun professorları Qara Namazov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, İfrat xanım Əliyeva, Cəlil Nağıyev, Tofiq Hüseynoğlu Mir Cəlal Paşayevin müəllim, yazıçı və ədəbiyyatşünas alim kimi fəaliyyətini eyni dərəcədə yüksək dəyərləndirmişlər. Vurğulanmışdır ki, ölkəmizdə üç istiqamətdə fəaliyyət göstərən başqa şəxslərdə olmuşdur. Lakin onların heç biri Mir Cəlal kimi həmin istiqamətləri eyni səviyyəyə qaldıra bilməmişdir. Maraqlıdır ki, 1928-ci ildə müəllim kimi fəaliyyətə başlayan yubilyar məhz həmin ildə özünün “Dünya romantizmi” mövzusunda yazdığı geniş elmi məqaləsini və ilk şeirlərini dərc etdirmişdir. Mir Cəlal həmin vaxtdan ömrünün sonunadək bu üç istiqamətdə böyük məsuliyyətlə fəaliyyət göstərmişdir. Təsadüfi deyildir ki, ədəbiyyatşünaslar bu gün də onun namizədlik dissertasiyasını-“Füzuli sənətkarlığı” monoqrafiyasnı füzulişünaslığa açar hesab edirlər. Onlar “Bir gəncin manifesti” romanını klassik nəsrimizin gözəl nümunəsi sayır, nasirin hekayə yaradıcılığını müdrikliyinə və lakonikliyinə görə təkcə Rusiyada deyil, dünyada hekayə janrının böyük ustadı Anton Çexovla müqaisə edirlər.
Tədbirdə yubilyarla ciyin-ciyinə işləmiş tələbələri Mir Cəlalın yüksək insani keyfiyyətlərindən, onlara sonsuz diqqət və qayğısından ətraflı söz açmış, onunla bağlı şirin, nümunəvi, ibrətamiz xatirələrini danışmışlar.
Professor Cəlil Nağıyevin “Mir Cəlalın yaradıcılığı hələ lazımınca öyrənilməmişdir, müasir baxış bucağından onun əsərlərinin yenidən təhlilə böyük ehtiyac var” fikri tədbir iştirakçıarı tərəfindən razılıqla qarşılanmışdır. Professorun bu fikrinə münasibət bildirən xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev demişdir ki, doğrudan da Mir Cəlal yaradıcılığından bəhs edən bəzi əsərlər sovet dövründə yazıldığından onlar istər mövzu, istərsə də məna baxımından ətraflı, obyektiv təhlilini tapmamışdır.
Axırda Hafiz Paşayev atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

XALQ TEATRLARININ I ÜMUMRESPUBLİKA BAXIŞ-MÜSABİQƏSİNİN 2-Cİ TURUNA START VERİLMİŞDİR

Aprelin 22-də Xalq Teatrlarının I Ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna start verilmişdir. Bu münasibətlə həmin tura vəsiqə qazanmış müsabiqə iştirakçıları Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək, ulu öndərin əziz xatirəsini yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Əlikram Əliyev jurnalistlərin suallarını cavablandıraraq bildirmişdir ki, iki turdan ibarət baxış-müsabiqədə ölkəmizin 11 bölgəsindən 44 xalq teatrı iştirak etmişdir. Məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsi, bölgələrdə əhalinin teatr sənətinə marağının artırılmasından ibarətdir. Birinci tur cədvələ uyğun martın 24-dən aprelin 18-dək regionlarda keçirilmiş və ikinci tura 14 kollektiv vəsiqə qazanmışdır.
Növbəti mərhələnin açılışı Abdulla Şaiq adına Dövlət Kukla Teatrında olmuş və Masallı rayonunun N.Cəncəvi adına mədəniyyət evinin xalq teatrının tamaşası göstərilmişdir. Hacı Mirabdullanın “Xocalıdan gələn səslər” əsəri əsasında rejissor Cəmaləddin Əliyevin quruluşunda təqdim edilən eyniadlı tamaşada əsas rolları Cəmaləddin Əliyev, Ülviyyə Xankişiyeva, Qardaşxan Bədirov və başqaları oynamışlar.
Xatırladaq ki, qalibləri 5 nəfərdən ibarət münsiflər heyəti seçəcək və aprelin 25-də saat 19:00-da təqdimat mərasimi keçiriləcəkdir. İştirakçılar və qaliblər üçün aşağıdakı mükafatlar təsis edilmişdir:
I yer üçün -1000 manat və I dərəcəli diplom
II yerə görə - 750 manat və II dərəcəli diplom
III mükafat - 500 manat və III dərəcəli diplom
Naminasiyalar üzrə:
Ən yaxşı rejissor işi üçün - 300 manat və diplom
Ən yaxşı musiqi tərtibatına görə - 250 manat və diplom
2 ən yaxşı qadın rolunun ifaçısına - 200 manat və diplom
2 ən yaxşı kişi rolunun ifaçısı üçün - 200 manat və diplom.
Ümumiyyətlə, II turda iştirak edən bütün kollektivlər baxış-müsabiqənin diplomları ilə təltif olunacaqlar.

AZƏRBAYCAN VƏ FRANSA BÖYÜK MEMARLIQ ƏNƏNƏLƏRİNƏ MALİKDİR

Bu fikir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi Frankofoniya günləri çərçivəsində “Memarlıq və şəhər mühitindəki keçidlər” mövzusunda fransız dilində keçirilən elmi konfransda vurğulanmışdır.
Universitetin rektoru Gülçöhrə Məmmədova bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Fransa əlaqələri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda fransız dilinə, mədəniyyətinə, şəhərsalma və memarlıq ənənələrinə böyük maraq göstərildiyini deyən rektor, rəhbərlik etdiyi təhsil ocağı ilə Fransanın Monpelye Universiteti arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını söyləmişdir. “Tempus” layihəsi çərçivəsində azərbaycanlı tələbələr təhsillərini Fransada davam etdirmiş, təcrübə keçmişlər. Həmin proqramın davamı olaraq 10 tələbə hazırda Monpelye Universitetində təhsil alır.
Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik dü Şafo AMİU-da fransız dilində keçirilən elmi konfransdan məmnun olduğunu, belə tədbirlərin qarşılıqlı əlaqələrin inkişafına təsir göstərdiyini bildirmişdir. Böyük memarlıq ənənələrinə malik Fransa və Azərbaycanın bu sahədə əməkdaşlığı hər iki tərəf üçün faydalıdır.
Səfir vurğulamışdır ki, AMİU-nun rəhbərliyi ilə razılaşmaya əsasən fransalı memarlar Azərbaycana gələcəklər.
Sonra AMİU-nun tələbələri “Bakıda sahil memarlığının formalaşması”, “Qədim şəhərin sirləri”, “Bizim doğma Bakımız”, “Bionika memarlığı”, “Bakıda keçidlər” və digər mövzularda təqdimatlarla çıxış etmişlər.


Bookmark and Share
Art-xəbərlər, Mədəniyyət tariximiz, Kulturoloji olaylar     Şərhlər(0)     Baxış sayı:48     Aprel 22, 2008 21:07    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog