Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Yazın mədəniyyət - ədəbiyyat qovğaları...

 

AZƏRBAYCANDA MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANMIŞDIR

Aprelin 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olmuşdur.
Tədbir Misirin Bakıdakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əliqismət Lalayev Azərbaycan ilə Misir arasındakı dostluq əlaqələrinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da inkişaf etdiyini və ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirildiyini bildirmişdir.

Natiq, mərasimin R. Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsinin də təsadüfi olmadığını vurğulamış və xalq artisti Rəşid Behbudov xalqlarımız arasındakı mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışmışdır.
Misir Ərəb Respublikasının Bakıdakı səfiri Yusif Əhməd əl- Şarkavi qədim köklərə malik Misir-Azərbaycan dostulunun ulu öndər Heydər Əliyevin 1994-cü ildə Misirə tarixi səfərindən sonra daha da möhkəmlənidiyini, Prezident İlham Əliyevin 2006-cı ildə ölkəsinə səfərindən sonra daha sürətlə inkişaf etdiyini bildirmişdir. Natiq qeyd etmişdir ki, bu dostluğun və sevginin əlaməti olaraq Misirin görməli yerlərindən birində Heydər Əliyev parkı salınmış və həmin parkda ulu öndərin abidəsi ucaldılmışdır. Səfir Bakı şəhərində Hüsnü Mübarək bağının salınmasını və abidəsinin qoyulmasını yüksək qiymətləndirmişdir.
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş mədəniyyət günlərinin proqramının zəngin olduğunu bildirmişdir. Azərbaycanda Misir mədəniyyəti günləri çərçivəsində dost ölkənin incəsənət ustalarının əsərlərindən ibarət sərgilər açılacaq, konsert və digər mədəniyyət tədbirləri təşkil olunacaqdır. Bu cür tədbirlər Sümqayıtda da keçiriləcəkdir.
Tədbirin sonunda Misirin mədəniyyət ustaları konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycanda Misir mədəniyyəti günləri aprelin 23-dək davam edəcəkdir.

MİNİATÜR KİTABLAR MUZEYİNİN DİREKTORU HAQQINDA MİNİATÜR KİTAB

“Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru, əməkdar mədəniyyət işçisi, Azərbaycan miniatür kitabının respublikamızda və dünyada fədakar təbliğatçısı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Zərifə Salahovanın yubileyinə həsr olunmuş “ZS” adlı miniatür kitab yenicə işıq üzü görmüşdür.
23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları günü ərəfəsində Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının çap etdirdiyi kitab “Z.T.Salahovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə açılır.
Kitabda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc), “Azərbaycan”, “Xalq qəzeti”, “Olimpiya dünyası”, “Cəmiyyət və qadın” qəzetlərinin, “El” jurnalının, Miniatür Kitab Muzeyi və onun direktoru haqqında materialları dərc olunmuşdur. Miniatür nəşrin böyük bir bölməsi 75 illik yubileyi ilə əlaqədar Zərifə Salahovaya ünvanlanmış təbrik teleqramları və məktublara ayrılmışdır.
Materialların, teleqram və məktubların müəllifləri arasında görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimləri, şair və yazıçılar, diplomatlar vardır.
“İndiqo” mətbəəsində nəşr olunmuş 272 səhifəlik miniatür kitabda 30-dan artıq rəngli şəkil verilmişdir.

BAKIDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ FİDE-NİN QRAN-PRİ TURNİRİNİN AÇILIŞI OLMUŞDUR

Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri turnirinin təntənəli açılışı olmuşdur.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov tədbir iştirakçılarını təbrik etmiş, ölkəmizdə şahmatın inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır. Bildirmişdir ki, məhz ulu öndərin təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində Azərbaycanda şahmatın zəngin ənənələrinin əsası qoyulmuş, idmanın bu növünü tədris edən müvafiq məktəblərin geniş şəbəkəsi yaradılmışdır. Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu davam etdirməsi nəticəsində indi Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır.
Prezident Heydər Əliyevin 1998-ci ildə qəbul edilmiş sərəncamları gənc şahmatçılara xüsusi dövlət qayğısını təmin etmişdir. T.Rəcəbov, V.Həşimov, Ş.Məmmədyarov, Q.Hüseynov, R.Məmmədov və başqa qrossmeysterlərimiz belə bir qayğı sayəsində şahmat aləmində tanınıb, uğurlar qazanmışlar. Onlardan üçü Azərbaycanı FİDE-nin Qran-pri turnirində təmsil edəcəklər.
E. Rüstəmov, Azərbaycan şahmatçılarının bundan sonra da dünya şahmatına öz töhfəsini verəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Mərasimdə iştirak edən FİDE-nin prezidenti Kirsan İlümjinov Qran-pri turnirinin Bakıda keçirilməsini Azərbaycanda şahmatın inkişafına yüksək diqqət və qayğının nümunəsi kimi qiymətləndirmişdir. O, demişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev nəinki Azərbaycanda, eləcə də dünyada şahmatın inkişafı naminə böyük işlər görmüşdür. Bakıda şahmat şəhərciyi, muzeyi və şahmat akademiyasının yaradılması təşəbbüsü ilə çıxış edən Federasiya prezidenti bu işlərin gerçəkləşdirilməsi üçün rəhbərlik etdiyi təşkilatın hər cür köməklik göstərməyə hazır olduğunu bildirmişdir.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezident İlham Əliyevin idmana ğöstərdiyi diqqət və qayğıdan danışmış, idmançlarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlardan söz açmışdır.
Sonra şahmatçılar arasında püşkatma mərasimi keçirilmişdir.
Xatırladaq ki, yarışda 10 ölkədən 14 beynəlxalq qrossmeyster iştirak edir. Mükafat fondu 162 min avro olan turnir reytinqinə görə 19-cu dərəcəyə aid edilmişdir.
6 mərhələdən ibarət Qran-pri yarışları Bakıdan sonra daha beş şəhərdə təşkil olunacaqdır. Turnirin qalibi 6 mərhələnin yekununa görə müəyyənləşəcəkdir. Birinci yeri tutan qrossmeyster dünya kuboku turnirinin qalibi ilə görüşmək, daha sonra dünya şahmat tacı uğrunda mübarizə aparmaq imkanı qazanacaqdır.
Turnir mayın 5-dək davam edəcəkdir.

TƏLƏBƏLƏR ARASINDA FUTBOL ÜZRƏ BİRİNCİ AZƏRBAYCAN ÇEMPİONATINA HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞ ÇAPDAN ÇIXMIŞDIR

AFFA ilə Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə birinci Azərbaycan çempionatı ilə bağlı “Futbol dünyası” qəzetinin xüsusi buraxılışı çapdan çıxmışdır.
Buraxılışda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin geniş tərcümeyi-halı öz əksini tapmışdır.
AFFA prezidenti Rövnəq Abdullayevin və təhsil naziri Misir Mərdanovun ölkəmizdə futbolun inkişafı, bu idman növündə kütləviliyin artırılması məqsədi ilə görülən işlər, habelə gənc nəslin sağlam yetişməsində belə turnirlərin əhəmiyyəti barədə fikirləri yer almışdır.
Bundan əlavə AFFA-nın vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədovun fikirləri də buraxılışda öz əksini tapmışdır.
Sonuncu səhifədə isə çempionatda iştirak edən komandaların qruplar üzrə bölgüsünü əks etdirən cədvəllər və qrup mərhələsini adlayan kollektivlərin hansı ardıcıllıqla qarşılaşacağını göstərən sxem dərc olunmuşdur.

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha