Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

Blog Haqqında

artyazar
Diqqətçəkən - maraqli kulturoloji informasiyalar və intellektual materiallar Sizin ixtiyarınızda...

Axtarış

Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 3577
  • Dünənki hit: 124
  • Bugünki hit: 115
  • Ümumi hit: 28676

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif



Avropada Azərbaycan kitabı. Mir Cəlal - 100...

artyazar     Aprel 21, 2008 20:51
AVROPA ÖLKƏLƏRİNİN KİTABXANALARI AZƏRBAYCANA AİD KİTABLARLA ZƏNGİNLƏŞİR
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birinci katibi, Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının (BATƏŞ) fəxri prezidenti Fuad Hümbətov AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, BATƏŞ tərəfindən Benilüks ölkələrindəki bütün aparıcı kitabxanalara Azərbaycanın inkişaf səviyyəsi, iqtisadi potensialı, mədəniyyəti, eləcə də ölkəmizə qarşı davam edən erməni işğalı barədə kitabların, kompakt disklərin paylanılması kampaniyası keçirilir.


Bu il martın sonunda Brüsseldəki kitabxanaların mərkəzləşdirilmiş şəbəkəsinə ölkəmizlə bağlı kitablar daxil edildikdən sonra, BATƏŞ-in Hollandiyadakı fəal üzvlərindən olan “Vahid və Bölünməz Azərbaycan Uğrunda Birlik” təşkilatı aprelin əvvəllərində Maastrixt Universitetinin kitabxanasına “Azərbaycana xoş gəlmişsiniz”, “Azərbaycan 2007”, “Xocalı faciəsi”, “Azərbaycanda gömrük” kimi ədəbiyyat təqdim olunmuşdur. Bundan başqa, Hollandiyanın Valkenburq, Marqrant, Heerlen şəhərlərinin əsas kitabxanalarına Azərbaycan tarixi, dövlətçiliyi, erməni işğalı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış dəyərli ədəbiyyatlar verilmişdir.
Təşkilatın fəal üzvlərindən İradə Uluxanlı və Selman Qasımov Heerlen və Marqraten kitabxanalarından ölkəmizə aid kitabların qəbulu və kitabxanalarda yaradılmış Azərbaycan şöbələrində yerləşdirilməsi barədə rəsmi arayış almışlar.

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR

AzərTAc xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Təhsil Nazirliyi, LDU və Milli Elmlər Akademiyası Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi tədbirdə cənub bölgəsi ictimaiyyətinin nümayəndələri, o cümlədən ziyalılar, elm xadimləri, təhsil işçiləri iştirak etmişlər.
Universitetin rektoru, professor Asəf İsgəndərov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, bütün ömrünü elmi, bədii və pedaqoji yaradıcılıq fəaliyyətinə həsr etmiş Mir Cəlal Paşayevin 100 illik yubileyinin YUNESKO-nun qərarı ilə beynəlxal aləmdə, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə geniş qeyd edilməsini onun ədəbi irsinə göstərilən hörmət və qayğının nəticəsi kimi qiymətləndirmişdir.
Konfransda Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, professor Məhərrəm Qasımlı «Görkəmli alim, nasir və pedaqoq Mir Cəlal Paşayev» mövzusunda məruzə etmişdir.
Məruzə ətrafında müzakirələrdə Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musayeva, Lənkəran Dövlət Universitetinin müəllimləri Mirhaşım Talışlı, Yədulla Ağazadə, Kamran Kazımov, Mirhüseyn Abbas, Mili Aviasiya Akademiyasının professoru İbrahim Quliyev və başqaları çıxış edərək, Mir Cəlal Paşayevin milli ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışmış, bədii və elmi əsərlərinin ölkəmizdə və onun hüdudlarından kənarda sevilə-sevilə oxunduğunu, ədəbi irsinin xalqımızın milli-mənəvi, təfəkkür və intellekt ənənələrinin inkişafına xidmət etdiyini vurğulamışlar.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.


Bookmark and Share
Art-xəbərlər, Mədəniyyət tariximiz     Şərhlər(0)     Baxış sayı:42     Aprel 21, 2008 20:51    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog