Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

Kulturoloji xəbərlər çələngi... Ödüllər, ədəbi-mədəni hadisələr...

 

AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİ AVROPA XƏBƏR AGENTLİKLƏRİ ALYANSINA ÜZV QƏBUL EDİLMİŞDİR
AzərTAc MDB MƏKANINDA İTAR-TASS VƏ UKRİNFORMDAN SONRA EANA-DA TƏMSİL OLUNAN ÜÇÜNCÜ AGENTLİKDİR

Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmişdir.
AzərTAc-ın bu mötəbər regional informasiya qurumuna üzvlüyü məsələsinə aprelin 18-də EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallinndə keçirilən iclasında baxılmış və böyük səs çoxluğu ilə qərar qəbul olunmuşdur.

İclasda EANA-nın Büro üzvü, Macarıstan İnformasiya Agentliyinin baş direktoru cənab Matyas Vins qurumun Baş katibi cənab Erik Naylenlə Bakıya səfərdən sonra müvafiq hesabat hazırladıqlarını və AzərTAc-ın quruma üzvlüyü üçün heç bir maneə görmədiklərini bidirmişdir.
EANA-nın prezidenti cənab Volfqanq Vislozil bu məsələyə əvvəlcə Büroda baxıldığını bildirərək demişdir ki, Azərbaycan demokratik dəyərlərə üstünlük verərək sürətlə inkişaf edən bir ölkədir. Bu baxımdan da Büro AzərTAc-ın EANA-ya üzvlük məsələsini dəstəkləyir.
Müzakirələrdə çıxış edən Fransanın Frans Press, Türkiyənin Anadolu Ajansı və Albaniyanın ATA agentliklərinin rəhbərləri AzərTAc-ın Avropa xəbər agentliklərinin regional qurumuna qəbul edilməsinə tərəfdar olduqlarını bildirmişlər. Sonra məsələ səsə qoyulmuş, EANA-nın iclasda təmsil olunan 29 üzvündən 26-sı AzərTAc-ın təşkilata üzv qəbul edilməsinə səs vermişdir.
Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi, təşkilatın isə sayca 31-ci üzvü olmuşdur.
İndi AzərTAc dünyada xəbər agentliklərinin ən böyük iki regional qurumunda – OANA və EANA-da təmsil edilir ki, bu da dinamik inkişaf edən, demokratik vətəndaş cəmiyyəti quran Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılmasına yeni imkanlar açır.

ABİTURİYENT – 2008

59412 abituriyent “Elektron ərizə” doldurub. “Elektron ərizə” qəbulunun başa çatmasına 44 gün qalır
Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün TQDK-nın serverinə 59412 “Elektron ərizə” daxil olmuşdur. (17 aprel, saat 15:00).
Aprelin 11-dən etibarən Sənəd Qəbulu Komissiyalarında (SQK) 24412 “Elektron ərizə” təsdiq edilib. “Elektron ərizə” təqdim edən abituriyentlər respublikanın bütün bölgələrini əhatə edir və elə bir bölğə yoxdur ki, oradan təsdiq olunmuş “Elektron ərizə” daxil olmasın.
Respublikamızda ilk dəfə kütləvi prosesdə kompüter texnologiyalarının tətbiqi müsbət nəticələrini verməkdədir. Gündəlik həyatda internetdən geniş istifadə olunmasını müasir dünya standartlarına qoşulmaq istiqamətində böyük addım hesab etmək olar.
“Elektron ərizə”lərin təsdiq olunması mayın 31-də başa çatacaqdır. Abituriyentlər mayın 31-dək paralel olaraq internet vasitəsilə “Elektron ərizə” doldura bilərlər.
Abituriyentlər “Elektron ərizə”ni təsdiq etdirmək üçün müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) aşağıdakı sənədləri təqdim etməlidirlər:
Orta məktəbi, orta ixtisas məktəbini və ya peşə məktəbini cari ildə bitirən məzunlar buraxılış sinfində təhsil aldığını təsdiqləyən arayış (16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan abituriyentlərə verilən arayışa abituriyentin 3x4 sm ölçüdə şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Ali, orta ixtisas, peşə məktəblərinin məzunları və orta məktəbi əvvəlki illərdə bitirən abituriyentlər SQK-ya təhsili haqqında sənədin əslini təqdim edirlər. Bunlardan əlavə abituriyentlər SQK-ya şəxsiyyətlərini təsdiq edən sənədin əslini (16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnamə), hərbi bilet və ya çağırışçı şəhadətnaməsini təqdim etməlidirlər.
Bütün abituriyentlər SQK-ya TQDK-nın “Ödəmə kartı“nı təqdim edirlər. “Ödəmə kartı” təqdim etməyən abituriyentlərin “Elektron ərizə”si təsdiq edilməyəcək.
“Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün rus bölməsinin abituriyentlərinə müəyyən olunmuş tarixlərdə ərizələrini təsdiq etdirdikləri SQK-da “İmtahana buraxılış vərəqəsi” veriləcək. “Buraxılış vərəqəsi”nin verilmə tarixləri barədə məlumat TQDK-nın internet saytında yerləşdiriləcəkdir.

ÖLKƏMİZDƏ TARİXİ VƏ MƏDƏNİ ABİDƏLƏRİN QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

AzərTAc xəbər verir ki, aprelin 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Beynəlxalq Abidələr gününə həsr olunmuş konfrans keçirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, son illər ölkəmizdə istər tarixi, istər mədəni-dini abidələrə diqqət xeyli artırılmışdır. Onların qorunması, bərpası, təbliği ilə əlaqədar respublikamız bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Təkcə ötən il Prezident İlham Əliyev bir neçə tarixi-memarlıq qoruğunun yaradılması haqqında Sərəncam imzalamışdır. Həmin qoruqların ərazisində onlarla mədəni abidələr, dini ocaqlar vardır.
Son vaxtlar AMEA-nın Azərbaycan Tarixi Muzeyinin, Qubanın Rustov və Qusarın ən ucqar kəndindəki məscidlərin, Hacıqabul rayonundakı Pirhəsən dini ocağının və s. əsaslı təmirdən sonra istifadəyə verildiyini diqqətə çatdıran natiq bildirmişdir ki, ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələrə, onların bərpasına və qorunmasına xüsusi qayğı ilə yanaşılır. Eyni zamanda Prezidentimizin göstərişi ilə Bakı şəhərinin görkəmi gün-gündən dəyişir. Tarixi binalar bərpa olunur, müasirləşdirilir.
Azərbaycanda iki tarixi memarlıq abidəsinin Dünyanın Mədəni İrs siyahısına salınmasını son vaxtlar mədəni irsimizin beynəlxalq aləmdə aparılan təbliğat işinin uğuru kimi vurğulayan nazir, gələcəkdə də bu istiqamətdə təbliğatın gücləndirilməsinin vacibliyindən danışmışdır. O, abidələrimizin tanıdılmasında Bakıda keçirilən beynəlxalq tədbirlərin xüsusi əhəmiyyətini qeyd etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun müavini Nəcəf Müseyibli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova, Milan Universitetinin professoru, doktor Luici Skripzi, Fransa Milli Araşdırmalar Mərkəzinin tədqiqatlar üzrə direktoru, arxeoloq Bermiy Lione konfransda çıxış etmişlər. Natiqlər xarici ölkədən olan tərəfdaş qrumlarla birgə layihələrin həyata keçirilməsi sahəsində görülən işlərin vəziyyətindən danışmışlar.
Tədbirdə vurğulanmışdır ki, ermənilər ənənəvi çirkin əməllərini bu gün də həyata keçirməyə çalışır, Azərbaycana aid mədəni-tarixi, mənəvi abidələri öz adlarına çıxmağa cəhd göstərirlər. Bunun qarşısının alınmasında ən vacib yollardan biri beynəlxalq aləmdə öz abidələrimizə sahib çıxmaqdır. Konfransda bu istiqamətdə müxtəlif təkliflər səsləndirilmişdir.
Axırda konfrans iştirakçıları Beynəlxalq Abidələr gününə həsr olunmuş fotosərgiyə baxmışlar.

 

“QOBUSTANA QAYIDIŞ” SƏNƏDLİ FİLMİ BEYNƏLXALQ FESTİVALDA NÜMAYİŞ ETDİRİLƏCƏKDİR

Rejissor İlqar Safatın “Qobustana qayıdış” sənədli filmi (“Narimanfilm” kinostudiyasının 2007-ci il istehsalı) mayın 23-dən 27-dək Almatıda keçiriləcək “Şakenin ulduzları-2008” beynəlxalq kinofestivalında nümayış etdiriləcəkdir.
“Şakenin ulduzları” kinofestivalı 2003-cü ildən keçirilir, məşhur Qazax rejissoru və aktyoru Şakenin adı ilə adlandırılmışdır. O, Mərkəzi Asiyada debüt kino və gənc kinematoqrafçıların yeganə beynəlxalq festivalıdır ki, hər il keçirilir.
Bundan başqa, “Qobustana qayıdış” sənədli filmi 2008-ci il may ayının 19-dan başlayaraq bir neçə həftə ərzində İsveç telekanallarında və internet saytlarında yayımlanacaqdır. Bu, Azərbaycan sənədli filmlərinin tarixində yeni bir addımdır.

Yazıçı Çingiz Aytmatov bankda işə düzəlib
Lit.az xəbər verir ki, aprel ayının 14-də məşhur qırğız yazıçısı Çingiz Aytmatov Kazaxıstanın "TuranAləm" (BTA Bank) bankının direktorlar şurasına müstəqil üzv seçilib. Bu barədə bankın rəsmi saytında məlumat dərc olunub. Rəhbərlik bu addımı bankın sosial siyasətinə uyğun olaraq atdıqlarını bildirib. Belə ki, "TuranAləm" bankı MDB ölkələrində mədəniyyətin, ədəbiyyatın dirçəlməsi və inkişaf etməsində maraqlıdır. "MDB ölkələri arasında mədəniyyət və ədəbiyyat sahəsində əlaqələrin inkişafı çox önəmlidir. Bu işdə Çüngiz ağanın böyük əməyi olub və düşünürük ki, bundan sonra da o, bu işlərə yardım edəcək". Bunu bank rəhbərliyi dünən yaydığı press-relizdə açıqlayıb. Xatırladaq ki, "TuranAləm" bankı MDB məkanında ən böyük banklardan biri sayılır.
C.Roulinq, İ.Makyüen və X.Hüseyn “Nibble” mükafatını aldılar
Lit.az xəbər verir ki, çoxbilmiş Harri Potter adlı qəhrəmanı haqqında silsilə romanların müəllifi olan britaniyalı yazıçı Coan Roulinq Britaniya Naşirlər Assosiasiyasının “Nibble” mükafatına layiq görülüb. Mükafat ənənəvi olaraq hər il Böyük Britaniyanın ən yaxşı yazıçısına təqdim olunur. Roulinq bu mükafata naşirlər, kitab ticarətçiləri və oxucular arasında aparılmış sorğuya əsasən layiq görülüb. Roulinqlə yanaşı mükafat “Çesil çimərliyində” adlı romanına görə İen Makyüenə və “Min ecazkar Günəş” romanına görə Xalid Hüseynə təqdim olunub. Xatırladaq ki, sonuncunun əsəri 2008-ci ilin ilk hesablamalarına görə Britaniyada ən çox satılan romandır. “The Guardian” yazır ki, cari ilin birinci rübündə Xalid Hüseynin əsərini 700 min oxucu alıb.
Frans Kafka mükafatı"na Arnoşt Lustinq layiq görülüb
Lit.az xəbər verir ki, bu günlərdə ekvivalenti 6400 avro olan "Frans Kafka mükafatı"nın təqdimetmə mərasimi keçirilib. 15 məşhur yazıçının rəyi ilə mükafata çex yazıçısı Arnoşt Lustinq layiq görülüb. Təsisçiləri "Frans Kafka cəmiyyəti" və Praqa bələdiyyəsi olan mükafat indiyədək avstriya yazıçısı Elfrida Yelinek, Britaniya dramaturqu Harold Pinter, amerika yazıçısı Filipp Rot və yapon yazıçısı Haruki Murakamiyə də təqdim olunub. Mükafatın builki qalibi 1926-cı ildə Praqada yəhudi ailəsində anadan olub. 16 yaşından etibarən Terezine, Osvensim, Buhenvald ölüm düşərgələrində ağır yeniyetməlik dövrünü yaşayıb. Onun əsərlərinin böyük hissəsi məhz o illərə həsr olunub. 1948-1949-cu illərdə İsraildə hərbi müxbir kimi çalışıb. 2003-cü ildə Çex Respublikasının prezidenti Vaslav Havelin göstərişi ilə yazıçıya xüsusi təqaüd ayrılıb və malikanə hədiyyə edilib. Arnoşt Lustinq "Kafka makafatı"na "Gözəl yaşıl gözlər" (Krásné zelené oči) adlı romanına görə layiq görülüb.

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha