Ərəb işğalı nəticəsində Xilafət tərkibinə qatılmış Bütün ölkələrdə olduğu kimi VIII yüzililn əvvəllərində Azərbaycanda da rəsmi dövlət dilinin ərəb dili olması , bu dilin tabe edilmiş xalqların ünsiyyət vasitəsinə çevrilməsi , onun çox keçmədən ədəbi-elmi yaradıcılıqda da hakim dil olmasına gətirib çıxartdı. Lakin əhalisinin çox böyuk faizi türk-dili olan Azərbaycan ərazisində ictimai- siyasi və əxlaqi fikirlərlə zəngin folklor da mövcud idi. Məzmun və deyim etibarilə müsəlmaçılıqdan əvvələ aid atalar söszləri , zərb-məsəllər və başqa ədbi nümunələr sırasında el ozanı Dədə Qorqudun dili ilə söylənilən dastanlar daxa çox şöhrət qazanmışdı. Tədqiqatçıların "Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası" adlandırığı bu oğuz dastanı şifahi şəkildə VI-VIIIəsrlərdə formalaşmağa başlamış , VII-IX əsrlərdə tam təşəkkül tapmışdır.
Davamı...
Yazarlar, yazarlar
Baxış sayı:265
Oktyabr 20, 2007 21:31